Son aylarda tanınmış rusiyalı sahibkarlar aktiv şəkildə sərvətlərini xarici daşınmaz əmlaka, kriptovalyutalara, qızıla və özəl fondlara yönəltməyə başlayıblar. Bu vəsaitlər əsasən Türkiyəyə, Fars körfəzi ölkələrinə, Kiprə və Afrikaya gedir. Bu barədə "Bloomberg" korporativ sənədlərə və altı iş adamı ilə söhbətlərə istinadən məlumat verib.
Jurnalistlər bu ilin əvvəlindən bəri qeyri-rəsmi kapital axınını on milyardlarla dollar qiymətləndirirlər ki, bu da ötən ilin bütün göstəricisindən çoxdur. Hesabatda deyilir: "Altı varlı rusiyalı və ölkənin bəzi milyarderlərinin düşüncə tərzi ilə tanış olan digər insanların fikrincə, yüksək səviyyəli aktivlərin müsadirə edilməsi Rusiya elitasının üzvləri arasında dövlətin onların əmlakını müsadirə edə biləcəyi və ya sərvətlərini itirə biləcəkləri ilə bağlı qorxuları artırıb". Agentliyin məlumatına görə, bundan əlavə, ölkənin bank sektoru ilə bağlı narahatlıqlar axını daha da artırıb. 27 mayda prokurorluq xüsusi əməliyyatın başlamasından sonra investor Aleksandr Qalitskinin mənfəətini İsveçrə və Türkiyəyə köçürməyə başladığını, həmçinin Rusiya bankından üç milyard rubl çıxararaq naməlum yer ə apardığını bildirib.
Tahir TAĞIYEV