“Anakliya sadəcə bir liman deyil, Gürcüstanın milli təhlükəsizliyi məsələsidir və ölkənin Avropa və Avroatlantik gələcəyi üçün bir layihədir”. Bunu Lelo partiyasının liderlərindən biri olan İrakli Kupradze bildirib.
Kupradze hesab edir ki, liman Gürcüstan, Azərbaycan və Ermənistanın birgə iştirakı ilə tikilməli və bütün dünya üçün Qafqaza açılan bir qapıya çevrilməlidir: "Bizim üçün Anakliya heç vaxt sadəcə bir liman olmayıb. Anakliya Gürcüstanın milli təhlükəsizliyidir. Anakliya Gürcüstanın iqtisadi müstəqilliyidir. Anakliya ölkənin Avropa və Avroatlantik gələcəyi üçün bir layihədir...
Məhz buna görə də Anakliya limanı tam şəffaflıqla, Qərb strateji tərəfdaşlarının, beynəlxalq maliyyə institutlarının və güclü özəl investorların iştirakı ilə tikilməlidir”.
Onun sözlərinə görə, liman Gürcüstan, Azərbaycan və Ermənistanın birgə iştirakı ilə tikilməli və bütün dünya üçün Qafqaza açılan qapıya çevrilməlidir.
Tahir TAĞIYEV