İranın dondurulmuş aktivlərinin açılması ilə bağlı əldə olunan razılaşma fonunda ABŞ Prezidenti Donald Tramp Vaşinqtonla aparılan danışıqlara toxunaraq bildirib ki, İran ABŞ-ın kənd təsərrüfatı məhsullarının ixracı üçün yeni bazara çevriləcək. Tramp bu barədə Ağ Evdə amerikalı fermerlərlə keçirilən şam yeməyində çıxışı zamanı danışıb. "Düşünürəm ki, bu, çox böyük olacaq", – deyə ABŞ Prezidenti vurğulayıb. Cümə axşamı "The New York Post" qəzeti ABŞ-nin yüksəkvəzifəli rəsmisinə istinadla yazıb ki, razılaşmaya əsasən ABŞ-da dondurulmuş İran vəsaitləri açılsa da, həmin vəsaitlər faktiki olaraq İran hakimiyyətinin birbaşa sərəncamına verilməyəcək. Vaşinqton israr edir ki, bu vəsaitlər birbaşa İranın kənd təsərrüfatı məhsulları, tibbi avadanlıqlar və digər təsdiqlənmiş malları ala biləcəyi şirkətlərə yönəldilsin. İran mediasının məlumatına görə, Tehran vəsaiti iki tranşla olmaqla ümumilikdə 12 milyard dollar həcmində alacaq.
İRADƏ