Yeni Dövlət Proqramında pambıqçılığın klaster formasında inkişaf etdirilməsi nəzərdə tutulur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov Sabirabad rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda pambıqçılıq sahəsində nəzərdə tutulan hədəflərə çatmaq üçün qarşıda duran vəzifələrin müzakirəsi ilə bağlı regional müşavirədə deyib.
Nazir qeyd edib ki, 2030-cu ilədək ixtisaslaşmış rayonlarda pambıq üzrə orta məhsuldarlığın 50 sentnerə çatdırılması, istehsalın 17 faiz, emalın isə 4 dəfə artırılması qarşıya məqsəd kimi qoyulub.