Bu ilin birinci rübünün sonuna Azərbaycanın strateji valyuta ehtiyatları 117,4 milyon dollar artaraq 85,2 milyard dollar təşkil edib.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqə deyib.
"Dövr ərzində ölkənin ehtiyat aktivlərinin reallaşmış hissəsi təxminən 300 milyon dollar azalıb. Lakin buna baxmayaraq ölkənin strateji valyuta aktivləri ilin əvvəlindən bu ilin birinci rübün sonuna 117,4 milyon dollar artaraq 85,2 milyard dollar təşkil edib. Strateji valyuta ehtiyatlarının bu həcmdə olması ölkənin makroiqtisadi dayanıqlılığının daha da gücləndiyini və maliyyə resurslarının genişləndiyini bir daha sübut edir", - o bildirib.