Gürcüstanın Axalkalaki dəmir yolu və logistika kompleksində regionun mühüm yükdaşıma marşrutlarından biri olan Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirilmədən sonra açılışı olub.
Tədbirdə Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, habelə Qazaxıstan və Özbəkistanın dəmir yollarının rəsmi şəxsləri, dəmir yolu və liman administrasiyalarının rəhbərləri iştirak ediblər.
Baş nazir İrakli Kobaxidze, nazirlər Rəşad Nəbiyev, Abdulkadir Uraloğlu, Mariam Kvrivişvili çıxış edərək Orta Dəhlizin inkişaf etdirilməsindən, ölkələr arasında iqtisadi ticarət əlaqələrinin inkişafında BTQ-nin rolundan danışıblar.
ZÜMRÜD