ABŞ şirkətləri ilə Azərbaycan tərəfi arasında imzalanan yeni kommersiya sazişlərinin ümumi dəyəri 8 milyard ABŞ dollarından çoxdur.
Bu barədə ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr 1-ci Azərbaycan-ABŞ iqtisadi dialoquna həsr olunmuş mətbuat konfransında deyib.
O, qeyd edib ki, ABŞ Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsində və ölkə iqtisadiyyatının strateji sektorlarına investisiyaların artırılmasında maraqlıdır.
ZÜMRÜD