İran Gömrük Xidməti polad məhsullarının ixracına qadağa qoyub.
Bu barədə IRNA xəbər verir. İranın "Etemad" qəzeti yazır ki, müharibə İranın polad istehsalı gücünə təxminən 30%-ə yaxın ziyan vurub və istehsal müəssisələrini sıradan çıxarıb. Rəsmi statistikaya görə, İran ötən il 32 milyon ton polad istehsal edərək polad istehsalında dünyada 10-cu yeri tutub. Lakin ABŞ və İsrail tərəfindən İranın əsas sənaye obyektlərinə vurulan zərbələr Fulad Mobarakeh Esfahan və Fulad Xuzistandakı polad zavodlarına da ciddi ziyan vurub. Dünya Polad Assosiasiyasının (WSA) məlumatına görə, Yaxın Şərqdə polad istehsalı təkcə mart ayında 33,5% azalaraq 3,5 milyon tona düşüb.
SAMİRƏ