çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Çinin avtomobil biznesinin genişlənməsi Azərbaycandan asılı qalıb...

Image


Çin ölkədə sata bilmədiyi, benzinlə işləyən avtomobillərlə dünya bazarlarını doldurur. Bu sırada Azərbaycan da yer alır. Çində daha çox elektrik avtomobillər satıldığından ölkənin avtomobil istehsalçıları benzinlə işləyən maşınları ixrac edirlər.

“Reuters”in dərc etdiyi xüsusi hesabatda qeyd ediilr ki, elektrik avtomobilləri sənayesi cəmi bir neçə il ərzində Çindəki bazarının yarısını əldə edib. Bundan təkcə xarici şirkətlər deyil, elə Çinin öz avtomobil istehsalçıları da itirib və sonuncular mədən yanacağı ilə işləyən maşınlarını dünya bazarlarına doldurublar.

2020-ci ildən bəri Çinin avtomobil ixracının 76 faizini məhz bu cür avtomobillər tutub, illik göndərişlər 1 milyondan bu il 6,5 milyona çatıb. Statistikanı Çinin “Automobility” konsaltinq şirkəti açıqlayıb. Ən böyük ixracatçılar SAIC, BAIC, “Dongfeng” və “Changan” nəhəngləridir. 1980-ci illərdə onlar xarici avtomobil istehsalçıları ilə birgə müəssisələr qururdular. Son vaxtlar Çinin özündə BYD kimi elektrik avtomobilləri istehsalçıları artdıqca, birgə müəssisələrin satışı da azalıb. Məsələn, SAIC-GM 2020-ci ildə 1,4 milyon avtomobil satıb, 2024-cü ildə 435 min. “Reuters” yazır ki, indi bu dövlətə məxsus oyunçular ixrac bazarlarında satışı gücləndirirlər. SAIC-in öz brendlərinin ixracı 2020-ci ildə 400 min, ötən il 1 milyondan çox olub. “Dongfeng” ötən il 250 minə yaxın avtomobil ixrac edib ki, bu da beş ildə dörd qat artım deməkdir. Şirkətin Mərkəzi Avropa üzrə meneceri Yalte Vernoy bunu məhz dövlətə məxsus olmaları faktı ilə izah edir: “Ayaqda qalacağımıza şübhə yoxdur”. “Reuters” benzinlə işləyən avtomobillərin Şərqi Avropa, Latın Amerikası, Afrika bazarlarında daha yaxşı satıldığını yazır. Bu yerlərdə elektrik avtomobillərinin enerji doldurma infrastrukturu da zəifdir. Ötən ilin ilk 10 ayında isə Azərbaycan Çindən 396 milyon dəyərində 15 min 471 hibrid və elektrik avtomobili idxal edib. 2023-cü ildə isə 154 milyon dollarlıq 4 min 636 avtomobil gətirilmişdi. Bu il Çindən gətirilən avtomobillər daha çoxdur. Bu arada qeyd edək ki, Çin Mərkəzi Asiyanın elektrik avtomobil bazarında dominant rola malikdir. İndi Pekin Qafqazda uğurunu təkrarlamağa çalışır. Azərbaycan Pekinin regiona giriş nöqtəsi kimi meydana çıxır. Azərbaycana ixracın artması Çinin qlobal elektrik avtomobillər bazarında artan üstünlüyünün təzahürüdür. Çin modelləri yeni bazarlara aqressiv genişlənmə sayəsində indi dünya üzrə elektrik avtomobillər və “plug-in hibrid” satışlarının heyrətamiz 76 faiz payına sahibdir. Azərbaycanda elektrik avtomobillərinin təşviqi də çinin diqqətini cəlb edir. 2019-cu ildən idxal olunan elektrik avtomobilləri əlavə dəyər vergisindən azad edilib, 2022-ci ildən isə akkumulyator və doldurma avadanlıqlarının idxalına görə gömrük rüsumları ləğv edilib . Bu siyasətlər istehlakçıları diqqətlərini adi avtomobillərdən Çin elektrikli avtomobillərinə çevirməyə sövq etdi. Düzdür, gələn ilin əvvəlində bu güzəştlər ləğv ediləcək. Amma artıq bazarda Çin avtomobillərinin xüsusi çəkisi xeyli artıb. Azərbaycanın Çindən olan elektrik avtomobillərinin idxalı sürətini artırır. 2023-cü ilin iyul ayında isə Bakıda yerləşən “SARDA Group”un törəmə şirkəti olan “Electrify Azerbaijan” MMC Çinin BYD şirkəti ilə Azərbaycanda elektrik avtobuslarının alınması və elektrobus istehsalının yaradılmasını əhatə edən müqavilə imzalayıb. Müqaviləyə əsasən, pilot proqrama başlamaq üçün Azərbaycana BYD mühərrikləri ilə təchiz edilmiş 160 elektrik avtobusu gətirilib, bəzi avtobuslar ötən ilin noyabrında keçirilən COP29 ətraf mühit konfransı zamanı istismara verilib. Artıq həmin avtobusların ölkəmizdə də yığımına başlanıb. BYD sövdələşməsi 60 milyon ABŞ dolları məbləğində sərmayəni nəzərdə tutur, ilkin 17,1 milyon dollar Sumqayıt Kimya Sənaye Parkında elektrik avtobuslarının istehsalı üzrə birgə müəssisənin yaradılmasına sərf edilib və 600 iş yeri yaradılıb. BYD-nin Azərbaycanda ehtiyat hissələrinin yerli istehsalına başlayacağı gözlənilir və proqnozlaşdırılır ki, yerli istehsal komponentləri 2030-cu ilə qədər avtobusların yığılması xərclərinin 40 faizini ödəyəcək. Yekunda şirkət Sumqayıt müəssisəsində illik istehsal gücünü 500 avtobusa çatdırmağı planlaşdırır. COP29 çərçivəsində digər Çin elektrik avtomobil istehsalçısı “Nio” Azərbaycanda fəaliyyət göstərən “Green Car” MMC ilə müqavilə bağlayıb. Həmin müqaviləyə əsasən, “Green Car” “Nio”nun Azərbaycandakı distribyutoru kimi fəaliyyət göstərir. Çin regionda qonşu bazarlarda Çin istehsalı olan elektrik avtomobillərinin satışlarının genişləndirilməsinə imkan yaradaraq, Azərbaycanın mərkəz kimi xidmət edəcəyinə ümid edir. Azərbaycan üçün Çinin elektrikli avtomobillərinin artan mövcudluğu karbon emissiyalarını azaltmağa kömək edən çoxsaylı üstünlüklər qazandırır. Elektrikli avtomobillər hökumətin bərpa olunan enerjidən elektrik enerjisi istehsalını artırmaq planlarına da uyğun gəlir. İqtisadi baxımdan, Çin elektrikli avtomobilləri Azərbaycan istehlakçıları üçün rəqabət aparan Qərb istehsalı olan modellərdən daha münasibdir . Bundan əlavə, elektrik avtomobillərinin istismarı benzinlə işləyən avtomobildən təxminən beş dəfə ucuzdur.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ