çərşənbə günü, 25 noyabr 2026
     

Gürcüstan Azərbaycana qarşı sərtləşir - niyə məhz tütün?

Image


Akif Nəsirli: “Gürcüstanın sərt davranmasının əsas ehtimal edilən səbəbi tütün məhsullarına qarşı sərt nəzarət siyasətidir”

Azərbaycanla Gürcüstan arasında normal qonşuluq, əməkdaşlıq münasibətinin davam etdiyi vəziyyətdə mətbuatda yayılan məlumata görə, Batumidə və Tiflisdə gömrük-keçid məntəqələrində 20 gündən artıqdır ki, Azərbaycan yük maşınları saxlanılıb.

Maraqlıdır ki, problemin digər məhsulları daşıyan TIR-larla deyil, tütün yükləri daşıyan maşınlarla bağlı olduğu deyilir. Yəni digər məhsulları daşıyan TIR-ların hərəkətinə heç bir maneçilik törədilmir, maneə ilə tütün daşıyan maşınlar üzləşir.

Hadisə barədə Azərbaycan mətbuatına danışan TIR sürücülərindən biri deyib ki, Gürcüstan tərəfi gürcü maşınlarına toxunmasa da, onları buraxsa da, Azərbaycan maşınlarını buraxmırlar. Məsələ burasındadır ki, Gürcüstanın gömrük qurumu da azərbaycanlıların müraciətinə cavab verməyib. TIR sürücüsü Arslan Kərimov deyib ki, maşınların buraxılmaması üçün heç bir məhkəmə qərarı yoxdur və onlar yalnız gömrük işçilərinin müşahidəsi altında saxlanılırlar.

Azərbaycanın Batumidə Baş konsulluğundan mətbuata bildirilib ki, vəziyyətdən məlumatlıdırlar və məsələnin həlli istiqamətində iş aparırlar.

Azərbaycanın Gürcüstandakı səfirliyindən isə deyiblər ki, onlara yazılı ərizə ilə müraciət ediblər və onlar da bu işlə məşğuldurlar.

Batumidə və Tiflisdə Azərbaycan yük maşınlarının 20 gündən artıq müddətdə saxlanılması son zamanlarda Gürcüstan ilə Azərbaycan arasında gömrük və sərhəd keçidi ilə bağlı yaşanan bir sıra narazılıqlarla əlaqələndirilir.

Bəzi ekspertlərə görə, bu məsələnin bir neçə mümkün səbəbi ola bilər.

Bunu Sərhəd Keçidi Qaydalarındakı Dəyişikliklərlə əlaqələndirənlər də var. Yəni Gürcüstan və Azərbaycan arasında gömrük prosedurlarında dəyişikliklər, yeni qanunvericilik aktları və tələblərin tətbiqi nəticəsində, yük maşınlarının keçidi daha uzun müddət tələb edə, bu, hər iki tərəf üçün uyğunlaşdırma dövrü və bürokratik maneələrə səbəb ola bilər.

Bunu son illər Gürcüstanın tütün məmulatlarının idxalına, tranzit və satışına dair qaydaların sərtləşdirilməsi ilə əlaqələndirənlər də var. Ekspertlər daha çox bu versiyanın üzərində dayanırlar.

Azərbaycanla Gürcüstanın münasibətlərinin mehriban qonşuluq müstəvisində davam etdiyi bir halda Azərbaycana məxsus tütün daşıyan maşınların qonşu ölkənin gömrüyündə saxlanılması təəccüblü görsənir.

“Azərbaycan maşınlarının saxlanılması...”

Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə bildirdi ki, hələlik məsələ ilə bağlı Gürcüstan tərəfindən rəsmi açıqlama yoxdur. A.Nəsirli vurğuladı ki, Azərbaycanın Batumidəki Baş Konsulluğu və Gürcüstandakı səfirlik məsələ ilə məşğul olduqlarını bildiriblər: “Lakin hələlik Gürcüstan gömrüyündən heç bir açıqlama verilməyib.

Gürcüstanın bu addımı atmasının səbəbi rəsmi şəkildə izah edilməsə də, ölkənin tütün məhsullarına qarşı çox sərt qanunları və yüksək nəzarət mexanizmləri mövcuddur. Tütün məmulatlarının idxalı, tranziti və satışına dair qaydalar Gürcüstanda son illər daha da sərtləşdirilib. Bunun səbəbi qaçaqmalçılıq, vergidən yayınma və saxta məhsulların dövriyyəsinə qarşı mübarizədir. Tütün tranziti həssas sahə sayıldığından, gömrük orqanları ən kiçik uyğunsuzluq şübhəsində belə maşınları uzun müddət saxlayır.

Bu baxımdan, Azərbaycan maşınlarının saxlanılması, ehtimal ki, tütün yükündə sənədləşmə, etiket, vergi, mənşə və ya tranzit rəsmiləşməsi ilə bağlı şübhə və ya əlavə yoxlama tələbləri ilə əlaqələndirilə bilər. Lakin dəqiq səbəb açıqlanmadığından, nə baş verdiyini rəsmi şəkildə bilmək olmur.

Gürcüstan tərəfi hələlik ictimaiyyətə açıqlama verməyib və bu da vəziyyəti daha da müəmmalı edir.

Yəni Gürcüstanın sərt davranmasının əsas ehtimal edilən səbəbi tütün məhsullarına qarşı sərt nəzarət siyasətidir. Amma konkret hadisədə rəsmi izah olmadığı üçün proses tam şəkildə aydın deyil”.

A.Nəsirli qeyd etdi ki, Gürcüstan tərəfi bizə qarşi heç bir qərəzə malik ol bilməz, çünki Gürcüstan üzərindən və onunla birlikdə həyata keçirilən Azərbaycan layihələrindən gələn gəlirlər bu ölkənin dövlət büdcəsi gəlirlərinin 40 faizindən çoxunu təşkil edir. “Yəni Azərbaycan qonşuları arasında daha çox Gürcüstana xeyir verir. O üzdən yaxın günlərdə məsələnin müsbət yöndə çozülməsi və bununla bağlı rəsmi açıqlama verilməsi gözləniləndir”-deyə o bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...

25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN

25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini – Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…

25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə – “Rosneft”in iki nəhəng zavodu vuruldu…

25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi – Putini də götür, Kiyevə gəl…

25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...

25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - FOTO

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı – pullar Özbəkistana qaytarılır...

25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı – 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...

25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat – Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...

25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu

25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur

25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı - sanksiyalardan yayınmanın unikal yolu…

25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı

24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ... Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...

24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL – Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...

24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı – müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...

24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır - Trampın çağırışı ilə yox, başqa səbəbdən...

24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...

24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...

24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...

24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...

24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq - Şübhəlidir...

24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?

24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...

24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)

24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj - Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...

24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir" - Maka Boçorişvili

24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...

24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu

24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir" - Nazir

24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi

24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...

24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...

24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq... şirkət direktoru məhkəmə qarşısına çıxarılır...

24.11.2026 / 18:27
Prezident sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb

24.11.2026 / 18:25
Tramp demokratlara qarşı plan hazırlayıb - yanvaradək...

24.11.2026 / 18:10
Rusiya-Ukrayna müharibəsində yeni cəbhə xətti: Finlandiya savaş meydanına çevrilir

24.11.2026 / 18:02
İki baş həkim vəzifəsindən azad edildi

24.11.2026 / 17:50
Paşinyan Zəngəzur dəhlizində ilkin olaraq elektrik xəttini açmaq istəyir...

24.11.2026 / 17:33
Ramiz Mehdiyevin kürəkəni Əli Kərimlinin məhkəməsində hakimdən nə xahiş edib?..

24.11.2026 / 17:24
Gənclərin PUA-lar barədə praktiki vərdişlərə yiyələnməsi təmin ediləcək

24.11.2026 / 17:18
Mətbuat Şurası media subyektlərini jurnalist etikası qaydalarına əməl etməyə çağırdı

24.11.2026 / 17:02
Azərbaycan Vatikan Apostol Arxivi ilə əməkdaşlığın yeni istiqamətlərini müəyyən edən sənəd imzalayıb - FOTO

24.11.2026 / 16:48
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - FOTO

24.11.2026 / 16:37
"...yoxlasan, babası lütün biri olub" - Siyavuş Novruzov

24.11.2026 / 16:21
Vüqar Rəhimzadə: Hər daşı, qayası tarix olan Kəlbəcər canlı təbiət muzeyini xatırladır

24.11.2026 / 16:12
İran Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında iki tankerin minaya düşdüyünü açıqlayıb

24.11.2026 / 15:59
Portuqaliyada qatarların yarıdan çoxu maşinistlərin tətili səbəbindən yoldan çıxıb

24.11.2026 / 15:57
Tramp və Rutte noyabrın 25-də danışıqlar aparacaqlar

24.11.2026 / 15:50
TRIPP-in açılışı Rusiya və İranın Ermənistana hücumlarını artırır...

24.11.2026 / 15:46
Tehrandan Vaşinqtona 7 maddəlik ultimatum – şərtlər qəbul edilməsə, müharibə genişlənəcək...

24.11.2026 / 15:38
Zelenski nöqtəni qoydu - "Krım körpüsü mövcud olmayacaq"...

24.11.2026 / 15:37
“Özbəkfilm” neyroşəbəkələr vasitəsilə film çəkməyə başlayacaq

24.11.2026 / 14:37
Memarlıq və İncəsənət İnstitutunun əməkdaşının məqaləsi Türkiyədə çapdan çıxıb

24.11.2026 / 14:18
Yunanıstan pasportunda Xankəndi “Stepanakert” kimi göstərilib - XİN faktı araşdıracaq

24.11.2026 / 13:50
ABŞ-da Azərbaycan bayrağı ilə bağlı yayılan məlumatlar təkzib edildi

24.11.2026 / 13:25
İlham Əliyev Beynəlxalq Konqres qarşısında vəzifə qoydu - İpək yolunun bərpa imkanları... - İpək yolunun bərpa imkanları...

24.11.2026 / 12:49
Qafqazda və Azərbaycan memarlığında Kəlbəcər abidələrinin yeri və rolu

24.11.2026 / 12:46
Azərbaycançılıq: milli suverenlik və dövlətçilik ideologiyası

24.11.2026 / 12:31
"Heç bir dastanımızda Azərbaycan kişisinin iki qadını yoxdur" – Gündüz İsmayılov

24.11.2026 / 12:18
Prezidentin sosial şəbəkə hesablarında Monteneqronun Baş nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

24.11.2026 / 11:56
Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - FOTO

24.11.2026 / 11:55
"Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib" - Prezident

24.11.2026 / 11:31
Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb

24.11.2026 / 11:25
Yaxın Şərq müharibəsi Avropaya sıçraya bilər – Tehran ABŞ-ın Avropadakı müttəfiqlərinə xəbərdarlıq etdi

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ