Türkiyə Dünya Bankı (DB) ilə bərpaolunan enerji mənbələrinin əsasında generasiya gücünü artırmaq üçün 6 milyard dollar maliyyə paketinin ayrılması məsələsini müzakirə edir. Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar mediaya açıqlamasında bildirib ki, mövzu Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Antonella Bassaninin iştirakı ilə görüşdə nəzərdən keçirilib.
"İlkin maliyyə paketi üzərində işə başlamaq üçün razılıq əldə edilib və bu paket Türkiyənin Günəş və külək elektrik stansiyalarının generasiya gücünü 2035-ci ilə qədər 120 min MVt-a çatdırmaq məqsədi ilə istifadə olunacaq”, - deyə Bayraktar izah edib.
Mətləb Salahov