Ermənistanda iqtisadi tənəzzül durmadan dırinləşir. Erməni KİV-lərinin yazdığına görə, cari ildə qüvvəyə minən vergi dəyişikliklərindən sonra kiçik və orta sahibkarlıq subyektlərinin vergi yükünü əhəmiyyətli dərəcədə artıran yeniliklər 2025-ci ilin ilk 10 ayında ölkədə görünməmiş sayda müəssisənin bağlanmasına səbəb olub. Məlum olub ki, fəaliyyətini dayandıran fərdi sahibkarların və kommersiya təşkilatlarının sayı yeni qeydiyyatdan keçmiş və ya yenidən açılmış müəssisələrin sayından 3 429 çoxdur.
Dövlət Gəlirləri Komitəsinin məlumatına görə, xüsusilə yanvar-oktyabr aylarında Ermənistanda 30 169 vergi ödəyicisi fəaliyyətini dayandırıb ki, bunlardan 22 850-si fərdi sahibkar, 6 950-si isə kommersiya təşkilatı olub. Ötən ilin eyni dövründə 21 720 vergi ödəyicisi fəaliyyətini dayandırıb ki, bunlardan 15 632-si fərdi sahibkar və 5 758-i kommersiya təşkilatıdır.
Mətləb Salahov