Energetika naziri Pərviz Şahbazov Energetiklər Günü ilə bağlı rəsmi qəzetdə dərc edilmiş məqaləsində mühüm faktlarla çıxış edib. Nazir öz məqaləsində yazır ki, yaxın zamanlarda Cəbrayılda 50 MVt gücündə "Şəms" və 50 MVt gücündə "Üfüq" günəş elektrik stansiyalarının (GES) təməlinin qoyulması planlaşdırılır. Məqalədə qeyd edilir ki, qarşıdakı iki il ərzində Azərbaycanda "yaşıl enerji"nin inkişafının birinci mərhələsi - 10 günəş və külək elektrik stansiyasının inşası - planlaşdırıldığı kimi uğurla başa çatdırılacaq. Bu çərçivədə 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyası ilin sonunadək tam istismara veriləcək: "Stansiyanın Abşeron və Xızı sahələrində ümumilikdə 37 turbindən 35-i (227,5 MVt gücündə) artıq quraşdırılıb, qalan 2 turbinin quraşdırılması isə oktyabr ayı ərzində tamamlanacaq. İki 220/33 kV-luq yarımstansiyadan biri inşa edilərək istismara tam hazır vəziyyətə gətirilib, digər yarımstansiyanın tikintisi isə gələn ay yekunlaşacaq".
Mətləb