Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində mühüm iqtisadi layihələr barədə məlumatlar əksini tapıb. Nazirliyin hazırladığı sənədə əsasən, Azərbaycanda növbəti iki il ərzində 10 günəş və külək elektrik stansiyasının istismara verilməsi planlaşdırılır. Məlumata görə, beynəlxalq maliyyə təşkilatlarının iştirakı ilə həyata keçirilən və ümumi investisiya dəyəri 2,7 milyard ABŞ dolları olan bu layihələr nəticəsində bərpaolunan enerji mənbələrinin ümumi enerji istehsalında payının 2027-ci ildə 33,7 %-ə, 2030-cu ildə isə 38 %-ə çatdırılması nəzərdə tutulur. Bununla da, 2027-ci ilə qədər Azərbaycanın quraşdırılmış enerji gücündə bərpa olunan enerji mənbələrinin payının 33,7 %-ə, 2030-cu ildə 38 %-ə və 2035-ci ildə isə 42,5 %-ə çatması planlaşdırılır.
Mətləb