Baş nazirin müavini Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan, Rusiya və İran hökumət nümayəndələrinin üçtərəfli görüşündə çıxışı zamanı mühüm fikirlər səsələndirib. Ş.Mustafayev qeyd edib ki, 2028-ci ildən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə Azərbaycandan ildə azı 5 milyon ton yük daşınacaq. O xatırladıb ki, 2024-cü ilin dekabr ayında Azərbaycanla Rusiya arasında Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə tranzit yükdaşımaların inkişafı sahəsində əməkdaşlıq haqqında Saziş bağlanılıb. Baş nazirin müavini bəyan edib ki, Bu həcm, Tərəflərin müvafiq qərarı qəbul edildikdən sonra isə azı 15 milyon ton təşkil edəcək".
Mətləb Salahov