MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən məhdud tərkibdə iclasında çıxış edən Prezident İlham Əliyev Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin ardıcıl şəkildə inkişaf etdiyini bildirib.
Dövlətimizin başçısı deyib: “Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin ardıcıl inkişafını qeyd etmək istərdim. Bu əlaqələr qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır və böyük inkişaf potensialına malikdir”.