Asiya İnkişaf Bankının (ADB) sentyabr hesabatına görə, bu ilin ikinci yarısında Azərbaycanda inflyasiya yavaşlayacaq. "2025-ci ilin I yarısında idxal məhsullarının qiymətlərinin artması, eləcə də 2024-cü ilin ortasında və 2025-ci ilin əvvəlində (dövlət tərəfindən tənzimlənən xidmətlərə - red.) tariflərin artırılması fonunda inflyasiya sürətlənib. Orta illik inflyasiya bu ilin iyun ayının sonuna 5,9 %-ə (2024-cü ilin birinci yarısındakı 0,7 %) qədər yüksəlib. Bu zaman qida məhsullarının qiymətləri 6,6 %, digər malların qiymətləri 2,7 %, xidmətlərin qiymətləri isə 7,5 % artıb", - bankın hesabatında qeyd olunub. ADB-nin qiymətləndirməsinə görə, inflyasiya ilin qalan hissəsində yavaşlayacaq. Buna səbəb qiymətlərin inzibati tənzimlənməsinin təsirinin tədricən azalması olacaq.
Mətləb Salahov