Dünya Bankının enerji məsələləri üzrə baş mütəxəssisi Florian Kitt Bakıda keçirilən "Yaşıl Enerji Həftəsi 2025: Azərbaycan və Mərkəzi Asiya" adlı tədbirdə mühüm fikirlər səsləndirib. O qeyd edib ki, hazırda Azərbaycanın elektrik enerjisi bazarında təklif artıqlığı müşahidə olunur, bu, sektorun inkişafı üçün maneələrdən biridir.
SİTAT: "Sizin (Azərbaycanın - red.) artıq çoxlu sayda mövcud generasiya gücləriniz var. Buna görə də bərpa olunan enerji mənbələri hesabına yeni stansiyalar tikmək üçün yeni istehlak mərkəzləri tapmaq lazımdır. Azərbaycan bu yaxınlarda çox böyük yeni qaz elektrik stansiyasını istifadəyə verib. Ona görə də düşünürəm ki, əsas məsələ elektrik enerjisinin ixracı üçün bazarlar tapmaqdır", - F.Kitt bildirib.
Mətləb Salahov