Bazar ertəsi günü, 05 oktyabr 2026
     

Azad sahibkarlığın qanunvericilik əsasları daim təkmilləşdirilir...

Image


Azərbaycanda sahibkarlığın inkişafı, genişlənməsi üçün məqsədyönlü siyasət yürüdülür. Bu gün sahibkarlığın inkişafı ilə bağlı Azərbaycan dövləti öz iradəsini nümayiş etdirir. Ölkədə sahibkarlığın stimullaşdırılması məqsədilə biznes və investisiya mühiti davamlı olaraq yaxşılaşdırılır, qanunvericilik bazası təkmilləşdirilir.

Son 5-6 ildə Azərbaycanda azad sahibkarlığın təşviqi üçün nə kimi qanunvericilik aktları qəbul olunub və həyata keçirilib? Vergi güzəştləri tətbiq olunub, ya müəssisələrin qeydiyyatdan keçirilməsi proseduru sadələşdirilib?

Sahibkarlara hansı güzəştlər tanınıb?

“Mikrosahibkarlara 75 faizə qədər gəlir vergisi güzəştləri verilib”

İqtisadi və Sosial Araşdırmalara Yardım İB sədri Əyyub Kərimli “Bakı-Xəbər”ə bildirdi ki, bu istiqamətdə saysız işlər görülüb və görülən işlər azad sahibkarlığın inkişafında, o cümlədən, təşviqində əhəmiyyətli rol oynayır.

“Ölkəmizdə son beş-altı ildə azad sahibkarlığın təşviqi üçün bir sıra mühüm islahatlar həyata keçirilib. Bu islahatlar əsasən normativ-hüquqi bazanın təkmilləşdirilməsi, vergi siyasətinin daha da şəffaflaşdırılması, iqtisadiyyatın rəqəmsallaşdırılması, dövlət dəstəyi vasitəsilə sahibkarlıq fəaliyyətinin stimullaşdırılması və sairlə bağlıdır. Qəbul olunan qanunvericilik aktları əsasən Sahibkarlığın İnkişafı Fondunun fəaliyyətinin genişləndirilməsi, güzəştli kreditlərin həcminin artırılması və sair baxımdan əhəmiyyətlidir. Lisenziyalar və icazələr haqqında qanuna dəyişikliklər edilib. Lisenziya tələb edən fəaliyyət növləri azalaraq onların lisenziyaları əldə edilməsi prosedurları kifayət qədər sadələşdirilib. Son illərdə bir neçə dəfə Vergi Məcəlləsinə dəyişikliklər olunub, kiçik və orta sahibkarlıq subyektləri üçün vergi yükü azaldılıb. Eyni zamanda müxtəlif xidmət qurumlarının əhatəsi genişləndirilib. KOB evləri, Asan Xidmət və Asan biznes mərkəzlərinin fəaliyyətidir ki, regionlarda da xidmətlərin əlçatanlığını təmin etmişdir. Bunların əhatəsi də regionlarda genişləndirilib. Düşünürəm ki, elektron məhkəmə portalının genişləndirilməsi biznes xidmətində şəffaflığın və operativliyin artırılmasına müsbət təsir göstərib.

Vergi güzəştləri barədə əsasən onu qeyd edərdim ki, 2020-ci ildən sadələşdirilmiş vergi rejimləri tətbiq olunur. Burda mikrosahibkarlara 75 faizə qədər gəlir vergisi güzəştləri verilib. Eyni zamanda, bu kateqoriyaya aid sahibkarlar əmlak vergisindən də azad olunublar”.

“Burda dövlət zəmanətli güzəştli kreditləri qeyd edə bilərik”

Ə.Kərimli qeyd etdi ki, “Startap”lar üç il müddətinə gəlir və mənfəət vergisindən azad olunublar, vergi ödəyicilərinin qeydiyyat müddəti 1 günə endirilib və onlayn qeydiyyat tətbiq edilib ki, bu da sahibkarlıq fəaliyyətinin başlanılması üçün çox rahat və şəffaf bir mühit yaradıb. “Həmçinin 1 pəncərə sistemi tətbiq edilib ki, bu da sahibkarlıq fəaliyyətinin başlanmasına rahat imkanlar verir. Həmçinin əmək müqavilələrinin elektron qeydiyyatı sahəsi genişləndirilib, ciddi nəzarət altına götürülüb. Həmçinin həm özəl sektorda çalışanların əmək və pensiya hüquqlarının təmin olunması da çox vacib məsələlərdən biridir. Eyni zamanda sahibkarlara bu gün tanınan güzəştlər haqqında danışsaq, burda dövlət zəmanətli güzəştli kreditləri qeyd edə bilərik ki, sahibkarlara dövlət zəmanətli kreditlər verilir. Bu da onların ölkədən kənarda fəaliyyətinə geniş imkanlar yaradır. Vergi tətillərinin, vergi güzəştlərinin bəzi hallarda tətbiq olunması bəzi zəif fəaliyyət göstərən vergi ödəyicilərinin fəaliyyətinə dəstək olur.

Kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara subsidiyaların verilməsi artırılıb və torpaq vergisindən azad olma tətbiq olunub. Həmçinin ixracın təşviqi proqramları var ki, bu da xarici ölkələrə ixracı təşviq edir və sahibkarlara maliyyə dəstəyi göstərir”.

Mütəxəssis qeyd etdi ki, həmçinin innovasiya yönümlü “Startap”lara investisiya imkanları, vergi güzəştləri tətbiq edilib və onlara yeni investisiya imkanları yaradılıb.

Sənaye zonalarında rezident olan müəssisələrə əmlak və mənfəət vergi güzəştləri tətbiq olunub. Bu gün sahibkarların daha çox hansı sahələrdə fəaliyyət göstərməyə üstünlük verir? Sözsüz ki, ilk növbədə bu qida səneyesi və emal müəssisəsidir. Bu sahədə geniş imkanlar verilib. İkincisi, logistika və ticarət sahəsindəki yeniliklər, elektron ticarətin genişləndirilməsi, onlayn ticarətin artırılması bu sahədə imkanlar yaradıb. Həmçinin kənd təsərrüfatı sahəsinə, aqrobiznesə maraq çoxdur. Əsasən də istixanaların və bağçılığın inkişafına maraq yaranıb. Həmçinin yeni texnologiyaların, informasiya texnologiyalarının, eyni zamanda startapların fəaliyyəti bu gün daha cəlbedicidir. Əsasən də bu gənc sahibkarlar tərəfindən tətbiq olunur, daha da mənimsənilir. Ənənəvi sahələrdən kənd turzimidir, böyük investorlar üçün tikinti və daşınmaz əmlak sektorunda da imkanlar yaranıb. Sahibkarlar ora yönəlir.

Bütövlükdə, iqtisadiyyatın ən dinamik sahəsi olan xidmət sektorunda da biz daha çox gənclərimizin və başqa yaş qrupunda olan insanlarımızın fəaliyyətini görürük. Eyni zamanda kuryer xidməti, kosmetologiya, sağlamlıq mərkəzləri, fitnes klublar və sair bu qəbildəndir.

Hesab edirəm ki, biz əgər rəqəmlərlə danışaq bu gün ölkədə kənd təsərrüfatı sahəsində 35 faiz sahiblarlarımız məşğuldur. Qida sahəsində 15, xidmət sektorunda 20 faiz, informasiya texnologiyaları sahəsində 10 faiz, tikinti və daşınmaz əmlak sahəsində 7 faiz insanlar məşğuldurlar.

Bu gün Sahibkarlığın İnkişafı Fondu tərəfindən 8 mindən çox sahibkara güzəştli kreditlər verilib. Bu 2024-cü ilin rəqəmələridir. Bu dəstəyə 1, 3 milyarda manata yaxın vəsait xərclənib. Güzəştli kreditlərin verilmə faizi 5-6 faizdir ki, bu da ümumi ölkə üzrə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır. Həmçinin fermerlərin və kənd təsərrüfatına dəstək üçün 2023-cü ildə 380 milyon manata yaxın subsidiyalar ayrılıb. İxracın təşviqi, ödənişləri 2022-ci ildə 17 milyona çatıb. Həmçinin 37 növ lisenziya tələb olunan sahə ləğv edilib və ya sadələşdirilib. Nəticə olaraq qeyd edim ki, bütün bunlar son 5 ildə yalnız regionlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin sayı 32 faizdən 45 faizə yüksəlib. Həmçinin yeni qeydiyyatdan keçmiş sahibkarların sayında əhəmiyyətli dərəcədə artım olub. 2023-cü ildə 27 faiz artım müşahidə olunub ki, bu da ölkədə kiçik, mikro və orta sahibkarların, sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanların sayında artım deməkdir”-deyə Ə.Kərimli qeyd etdi.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

05.10.2026 / 17:02
Hörmüzdə nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər - Beynəlxalq təşkilatdan xəbərdarlıq…

05.10.2026 / 16:50
Ermənistanda Sarkisyana yeni cinayət işi açıldı...

05.10.2026 / 16:41
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTO

05.10.2026 / 16:38
İranın Hörmüzdə maraqlı taktikası - neft daşınır, lakin qiymətlər düşmür ki düşmür...

05.10.2026 / 16:28
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdi

05.10.2026 / 16:21
"Azərbaycan AQEM-in Asiyada əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndirir" - XİN

05.10.2026 / 16:18
Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

05.10.2026 / 16:07
Səhiyyə Nazirliyindən İrkutskda yayılan xəstəliklə bağlı açıqlama ... - Azərbaycanda epidemioloji vəziyyət sabitdir

05.10.2026 / 16:03
Zelenski Moskvaya tuşlanmış dəhşətli silahı payızda hazır edəcək...

05.10.2026 / 15:49
Tramp Braziliyanı Hindistanla səhv saldı, sonra da paylaşımı sildi…

05.10.2026 / 15:35
Gürcüstan Azərbaycanla sərhəd delimitasiyasına qərar verdi...

05.10.2026 / 15:24
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi

05.10.2026 / 14:39
Rusiya Moldova-Ukrayna sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurdu…

05.10.2026 / 14:03
Estoniya elit qoşunlarını Rusiya sərhədinə yığır…

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:40
Prezident İlham Əliyev Malayziya səfirini qəbul edib - FOTO

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

05.10.2026 / 11:05
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışını etdi - FOTO

05.10.2026 / 10:58
Rusiyada vəba aşkarlandı - bir nəfər öldü, fövqəladə iclas çağırıldı, yüzlərlə insan karantinə alındı...

05.10.2026 / 10:42
İlin sonunadək 100 məktəb adambaşı maliyyələşmə sisteminə keçəcək...

05.10.2026 / 10:35
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi

05.10.2026 / 10:25
Rusiyanın təhdidlərinə baxmayaraq Qərb səfirlikləri Kiyevdən çəkilməkdən imtina etdi…

05.10.2026 / 09:57
ABŞ Hərbi Dəniz Qüvvələri İran sahillərindən 1000 km geri çəkildi – SEPAH-dan iddiia...

05.10.2026 / 09:08
Keçmiş İsrail nazirindən ŞOK İDDİA - Trampdan sonrakı ABŞ prezidenti Fələstini tanıyacaq…

05.10.2026 / 08:10
ABŞ strateji bombardmançılarını Britaniyadan çıxardı...

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ