Zəngəzur dəhlizi açıldıqdan sonra bu şirkətlərin xərcləri azalacaq

"Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası" (ABADA) İctimai Birliyinin baş katibi Kənan Qurbanov jurnalistlərə açıqlamasında bildirib ki, Zəngəzur dəhlizi açıldıqdan sonra nəqliyyat və logistika sahəsində fəaliyyət göstərən şirkətlərin xərclərinin azalacağı gözlənilir.
Onun sözlərinə görə, bu dəhlizin istifadəyə verilməsi yüklərin daha tez daşınmasına imkan yaradacaq: "Məsafənin azalması nəqliyyat xərclərinə birbaşa təsir göstərəcək və bu da öz növbəsində daşıma tariflərinin aşağı düşməsinə şərait yaradacaq". Baş katib vurğulayıb ki, Zəngəzur dəhlizi tranzit imkanlarını artıraraq, regional ticarət əlaqələrinin daha da genişlənməsinə imkan yaradacaq.
Mətləb Salahov