"Bu il 240 meqavat gücündə külək elektrik stansiyası istifadəyə veriləcək"

Energetika naziri Pərviz Şahbazov Bakı Enerji Forumunda çıxışı zamanı bəyan edib ki, bu il 240 meqavat gücündə külək elektrik stansiyası istifadəyə veriləcək, 200 meqavat gücündə üç günəş elektrik stansiyasının tikintisinə başlanılacaq. O qeyd edib ki, 2,7 milyard dollar investisiya dəyəri olan bu yaşıl enerjilayihələrində bərpaolunan enerjinin payı 2027-ci ildə 33,7 faizə çatacaq.
SİTAT: “Planlarımız bu göstəricini 2030-cu ildə 38 faizə, 2035-ci ildə isə 42,5 faizə yüksəltməkdir. Növbəti 5 il ərzində quruda və dənizdə yaradılacaq 6 qiqavatdan çox “yaşıl enerji gücü”nün 4 qiqavatı ixraca yönəldiləcək. Həmçinin “yaşıl enerji zonası” - Naxçıvanın 6 qiqavat bərpaolunan enerji potensialının ən azı 1 qiqavatı ixrac ediləcək.",- deyə nazir bildirib.
Mətləb Salahov