çərşənbə axşamı günü, 06 oktyabr 2026
     

COP29-un təyin etdiyi 300 milyard dolları bu 24 ölkə ödəyəcək...

Image


Azərbaycanın   noyabrın 12-22-də Bakıda keçirilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi etməsi dünya miqyasında təqdir edilməklə yanaşı, iqlim böhranına qarşı mübarizənin yeni mərhələsi kimi də qəbul edilir. 

Elə bu fonda ABŞ prezidenti Co Bayden COP29-da əldə edilən razılaşmanı tarixi nəticə kimi qiymətləndirib və COP29 Azərbaycan prezidentliyini və  iştirakçı tərəfləri buna görə təbrik edib. O deyib ki, iqlimlə bağlı məqsədlərə nail olmaq üçün qarşıda onları hələ də böyük iş gözləyərkən, bugünkü nəticə onları məqsədə əhəmiyyətli bir addım daha da yaxınlaşdırır.

Bununla yanaşı, Bayden vurğulayıb ki, bu razılığın əldə olunmasında ABŞ nümayəndə heyətinin də yorulmaz səyləri var: "Bakıda Birləşmiş Ştatlar ölkələri təcili seçim etməyə çağırdı: ya həssas icmaları daha da fəlakətli iqlim fəlakətlərinə təslim edin, ya da bir addım atıb daha yaxşı gələcəyə doğru hamımızı təhlükəsizlik yoluna çıxarın". ABŞ prezidenti qeyd edib ki, ölkələr birlikdə 2035-ci ilə qədər iddialı beynəlxalq iqlim maliyyə məqsədini qoyurlar: "Bu, bütün mənbələrdən maliyyə səviyyəsini səfərbər etməyə kömək edəcək, o da öz növbəsində inkişaf etməkdə olan ölkələrin ehtiyacları olan təmiz enerjiyə, Amerika istehsallı nəqliyyat, batareya və digər məhsullara yeni bazar açan dayanıqlı iqtisadiyyata keçidinin sürətlənməsinə təsir edəcək". Böyük Britaniyanın enerji naziri Ed Miliband əldə  olunmuş Bakı razılaşmasından sonra deyib ki, hamı üçün irəliyə doğru bir addım atılıb. Onun sözlərinə görə, yeni sövdələşmə Britaniyanın üzərinə daha çox iqlim maliyyəsi öhdəliyi qoymur, amma əslində Britaniya biznesinə başqa bazarlara sərmayə qoymaq üçün böyük fürsətdir. Danışıqlarda iştirak edən Avropa İttifaqının İqlim məsələləri üzrə komissarı Hopke Hoekstra deyib ki, COP29 iqlim maliyyəsi üzrə yeni dövrün başlanğıcı kimi yadda qalacaq. O, razılaşmanı iddialı, real hədəfi olan və töhfə verməkdə genişlənən baza kimi qiymətləndirib. Bakıda əldə edilən razılaşmalar inkişaf etməkdə olan ölkələrə ilk növbədə iqlim böhranı ilə mübarizədə maliyyə sahəsində çoxsaylı yardımların ayrılmasına səbəb olacaq. İnkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə təxminən 10 il ərzində hər il 300 milyard dollar ödəyəcəklər. inkişaf etməkdə olan ölkələrin  sayı isə heç də az deyil. Əslində, ölkələrin inkişaf etmiş və inkişaf etməkdə olan növlərə bölünməsində ümumi qəbul edilmiş qayda yoxdur. Hər təşkilat müxtəlif meyarlara görə ölkələri bu və ya digər şəkildə bir-birindən fərqləndirməyə çalışır. Məsələn, Dünya Bankı ölkələri yüksək gəlirli, nisbətən yüksək gəlirli, nisbətən aşağı gəlirli və aşağı gəlirli ölkələr olaraq 4 qrupa bölür. Beynəlxalq Valyuta Fondu dövlətləri yüksək inkişaf etmiş, inkişaf etməkdə olan və aşağı gəlirli ölkələr kimi 3 növə ayırır. Birləşmiş Millətlər Təşkilatı isə dövlətləri inkişaf etmiş, keçid iqtisadiyyatı və inkişaf etməkdə olan ölkələrə ayırır.

BMT-nin 2024-cü ildə açıqladığı statistikaya görə, hazırda 37 inkişaf etmiş ölkə var. Bu ölkələrin hər birində əhalinin illik gəliri, yaşayış standartı, təhsil səviyyəsi yüksək, ömrü isə uzundur. Son dövlərdə Kipr, Cənubi Koreya, Baltik ölkələri, Sloveniya, Slovakiya texnoloji inkişaf səviyyəsi də nəzərə alınmaqla inkişaf etmiş ölkələr sırasına daxil olmağı bacarıb. Hazırda 37 inkişaf etmiş ölkə olsa da, iqlim maliyyələşməsi ilə bağlı məsələlərdə onların sadəcə 23-nün adı çəkilir. Səbəb isə bu 23 ölkənin daha yüksək iqtisadiyyata malik olmasıdır. BMT-nin iqlim dəyişikliyi ilə bağlı çərçivə konvensiyasında da məhz həmin ölkələr digər dövlətlərə iqlim problemi ilə bağlı mübarizədə maddi dəstək vermə öhdəliyi götürüb. Həmin ölkələr bunlardır: ABŞ, Almaniya, Avstraliya, Avstriya, Belçika, Kanada, Danimarka, Finlandiya, Fransa, Yunanıstan, İslandiya, İrlandiya, İtaliya, Yaponiya, Lüksemburq, Niderland, Yeni Zelandiya, Norveç, Portuqaliya, İspaniya, İsveç, İsveçrə və Böyük Britaniya. İqtisadiyyatları inkişaf etməkdə olan və ya tam sənayeləşməmiş ölkələr inkişaf etməkdə olan ölkələr qrupuna aid edilir. Kasıb ölkələr də bura daxildir. Lakin Dünya Bankı, Ümumdünya Ticarət Təşkilatı və digər beynəlxalq institutlar, inkişaf etməkdə olan ölkələri "keçid iqtisadiyyatı, inkişaf etməkdə olan və ən az inkişaf etmiş" formalara bölürlər. İnkişaf etmiş 37 ölkədən başqa bütün dövlətlər inkişaf etməkdə olan ölkə sayılır. Azərbaycan keçid iqtisadiyyatına malik inkişaf etməkdə olan ölkədir. Bu kateqoriya inkişaf etməkdə olan ölkələr arasında nisbətən yüksək pillə sayılır. Qonşuları Ermənistan və Gürcüstanla yanaşı, Türkiyə və Rusiya da keçid iqtisadiyyatına malik ölkələr kimi səciyyələndirilir. İran isə inkişaf etməkdə olan ölkə kimi öz qonşularından geri qalır. Buna səbəb yaşayış səviyyəsinin, uzunömürlülüyün və təhsilin digər ölkələrlə müqayisədə daha aşağı olmasıdır. BMT bir ölkənin inkişaf edib-etməməsini ilk olaraq, həmin ölkənin iqtisadi göstəricisinə görə müəyyən edir. Bu zaman ölkənin illik ümumdaxili məhsulu və ya adambaşına düşən milli gəliri əsas götürülür. Daha sonra həmin ölkədə əhalinin yaşayış standartlarına, təhsil səviyyəsinə və nə qədər uzunömürlü olmasına baxılır. Bu göstəricilər 1992-ci ildə qəbul edilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına əsaslanır. Son dövrlər ölkələrin nə qədər inkişaf etməsi həmin dövlətlərdə qadın iştirakçılığı, eləcə də ölkənin texnoloji infrastrukturu nəzərə alınmaqla hesablanır. 1992-ci ildən bəri fərqli iqtisadi amillərin, texnoloji yeniliklərin və yeni dəyərlərin ortaya çıxması BMT-ni öz qiymətləndirməsində dəyişiklər aparmağa məcbur edib. Bunu nəzərə alan təşkilat 2017-ci ildən etibarən ölkələrin inkişaf edib-etməməsini Dayanıqlı İnkişaf Məqsədlərinə əsasən müəyyən etməyə başladı. BMT-nin digər beynəlxalq təşkilat və maliyyə institutları ilə apardığı məsləhətləşmələrindən sonra, 2021-ci ildə "inkişaf etmiş" və "inkişaf etməkdə olan" ifadələrindən istifadə dayandırıldı. Hazırda "inkişaf etmiş" və ya "inkişaf etməkdə olan" ifadələri 1992-ci ildə qəbul edilmiş qayda çərçivəsində və yalnız statistik məlumatları dəqiqliklə təsvir etmək üçün istifadə edilir.  Çin və Hindistan, eləcə də Körfəz ölkələrinin iqtisadiyyatları güclü olsa da, əhali arasında uzunömürlülük, yaşayış standartları və təhsil aşağı səviyyədə olduğu üçün onlar inkişaf etməkdə olan ölkələrdir. Bu dövlətlər sənayeləşmə və texnoloji infrastruktur baxımından da inkişaf etmiş ölkələrdən geri qalırlar.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

06.10.2026 / 14:02
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

05.10.2026 / 17:02
Hörmüzdə nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər - Beynəlxalq təşkilatdan xəbərdarlıq…

05.10.2026 / 16:50
Ermənistanda Sarkisyana yeni cinayət işi açıldı...

05.10.2026 / 16:41
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTO

05.10.2026 / 16:38
İranın Hörmüzdə maraqlı taktikası - neft daşınır, lakin qiymətlər düşmür ki düşmür...

05.10.2026 / 16:28
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdi

05.10.2026 / 16:21
"Azərbaycan AQEM-in Asiyada əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndirir" - XİN

05.10.2026 / 16:18
Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

05.10.2026 / 16:07
Səhiyyə Nazirliyindən İrkutskda yayılan xəstəliklə bağlı açıqlama ... - Azərbaycanda epidemioloji vəziyyət sabitdir

05.10.2026 / 16:03
Zelenski Moskvaya tuşlanmış dəhşətli silahı payızda hazır edəcək...

05.10.2026 / 15:49
Tramp Braziliyanı Hindistanla səhv saldı, sonra da paylaşımı sildi…

05.10.2026 / 15:35
Gürcüstan Azərbaycanla sərhəd delimitasiyasına qərar verdi...

05.10.2026 / 15:24
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi

05.10.2026 / 14:39
Rusiya Moldova-Ukrayna sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurdu…

05.10.2026 / 14:03
Estoniya elit qoşunlarını Rusiya sərhədinə yığır…

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:40
Prezident İlham Əliyev Malayziya səfirini qəbul edib - FOTO

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

05.10.2026 / 11:05
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışını etdi - FOTO

05.10.2026 / 10:58
Rusiyada vəba aşkarlandı - bir nəfər öldü, fövqəladə iclas çağırıldı, yüzlərlə insan karantinə alındı...

05.10.2026 / 10:42
İlin sonunadək 100 məktəb adambaşı maliyyələşmə sisteminə keçəcək...

05.10.2026 / 10:35
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi

05.10.2026 / 10:25
Rusiyanın təhdidlərinə baxmayaraq Qərb səfirlikləri Kiyevdən çəkilməkdən imtina etdi…

05.10.2026 / 09:57
ABŞ Hərbi Dəniz Qüvvələri İran sahillərindən 1000 km geri çəkildi – SEPAH-dan iddiia...

05.10.2026 / 09:08
Keçmiş İsrail nazirindən ŞOK İDDİA - Trampdan sonrakı ABŞ prezidenti Fələstini tanıyacaq…

05.10.2026 / 08:10
ABŞ strateji bombardmançılarını Britaniyadan çıxardı...

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ