çərşənbə axşamı günü, 06 oktyabr 2026
     

Minimum istehlak səbəti yenidən hesablanacaq - 270 manat reallığa uyğun gəlmir...

Image


Azərbaycanda adambaşına düşən istehlak səbətinin dəyərinin yenidən hesablanması son günlərdə yenidən gündəmə gətirilib. Artıq Milli Məclisin komitələrinin birgə iclasında bildirilib ki, ölkədə gələn il minimum istehlak səbətinin tərkibinə yenidən baxıla bilər. 

Sonuncu dəfə istehlak səbətində dəyişiklik 10 il əvvəl edilib. Ancaq keçən bu 10 il ərzində ölkədə inflyasiya artıb, yaşayış minimumunun məbləği da dəyişib. Üstəlik, bəzi ekspertlərin fikrincə, Azərbaycanda tətbiq olunan minimum istehlak səbətində ciddi dəyişikliklər olunmalıdır. Bəzi mal və məhsullar əlavə edilməlidir.

Məlumat üçün bildirək ki, yaşayış minimumu istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilən toplusudur. Bu səbəbdən də istehlak məhsullarının (ərzaq və qeyri-ərzaq malları) və xidmətlərin qiymətindəki artımlar minimum istehlak səbətinin dəyərini də artırır. Hazırda ölkədə Nazirlər Kabinetinin 2014-cü il iyunun 6-da verdiyi qərar ilə təsdiq edilmiş minimum istehlak səbətinin tərkibi qüvvədədir. Halbuki, qanunvericiliyə görə, bir sıra nazirliklər və dövlət komitələri QHT-lər ilə birlikdə minimum istehlak səbətinin tərkibini üç ildə bir dəfə yenidən müəyyənləşdirərək təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir. Məlumat üçün qeyd edək ki, minimum istehlak səbətinə daxil olan qidalar "uşaqlar", "əməkqabiliyyətli əhali" və "pensiyaçılar" olmaqla üç kateqoriyaya görə müəyyənləşdirilib. Minimum istehlak səbətinə görə, əməkqabiliyyətli bir nəfər üçün ildə ət və ət məhsullarının norması 32.9 kiloqramdır. Bu, ayda 2.75 kilo, gündə isə 90 qram edir. Səbətdə 97.2 kq tərəvəz və bostan məhsulları göstərilir ki, bu, gündəlik 265 qram deməkdir. Səbətindəki kərə yağının illik miqdarı 7 kilodur, gündəlik isə 19 qramdır. Minimum istehlak səbətində illik 150 yumurta qeyd olunub ki, bu da gündə heç yarım yumurta etmir. Halbuki, Ümumdünya Səhiyyə Təşkilatının standartlara görə, yumurtanın gündəlik norması 1.5 ədəd, meyvə və tərəvəzlərin norması isə 400 qramdır. Minimum istehlak səbətinə görə, üç il altı ay ərzində altı cüt ayaqqabı norma sayılır. 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manatdır. 2014-cü ildə 125 manat olub. Bunlar fonunda İqtisadiyyat Nazirliyindən "Turan"a bildirilib ki, minimum istehlak səbətinin tərkibinə baxılması məsələsi daima nəzarətdə saxlanılır. Vurğulanıb ki, məsələ ilə bağlı İşçi Qrup da fəaliyyət göstərir: "İşçi Qrupun ən sonuncu görüşü 2021-ci ildə baş tutub. Görüşdə Dövlət Statistika Komitəsindən, eləcə də digər qurumlardan təqdim olunmuş məlumatlara əsasən səbətin tərkibinə baxılıb və onu dəyişmədən saxlanılması qərarına gəlinib. 2025-ci ildə mövcud iqtisadi vəziyyətə uyğun minimum istehlak səbətinin tərkibinə yenidən baxılacaq". Respublikaçı Alternativ Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli isə "Azadlıq" radiosuna bildirib ki, minimum istehlak səbətinin tərkibi çoxdan dəyişdirilməli idi: "Azərbaycanda hesablama qaydaları və səbətinin tərkibi ilə bağlı ciddi suallar var".

İqtisadçıya görə, bir çox ölkələrdə gündəlik tələbat malları ilə bağlı ayrıca hesablamalar aparılır: "Azərbaycanda minimum istehlak səbətinə yüzlərlə məhsul adları, xidmətlər daxildir, amma effektiv deyil. Faktiki olaraq orta statistik Azərbaycan vətəndaşı gündəlik həyatında 30 adda ərzaq məhsulları istifadə edir. Onların qiymətləri daha çox qalxır. Amma onların qiymətinin daha çox artması ümumi səbət hesablamalarında faizi aşağı çəkir". N.Cəfərlinin sözlərinə görə, normaların yüksəldilməsi baş versə, Azərbaycanda faktiki minimum istehsal səbətinin dəyəri artacaq: "Dəyəri artacaqsa, deməli, yoxsulluq səviyyəsi yüksələcək. Bu da hökumətin siyasətinə, onun ritorikasına uyğun deyil. Onlar müxtəlif formalarda rəqəmlərdə düzəlişlər edərək ölkədə uzun illərdir yoxsulluq səviyyəsini 5 faiz göstərirlər. Amma bu, belə olmur. Ola bilməz ki, ölkədə 10-15 il ərzində yoxsulluğun faiz nisbəti dəyişməsin. Doğru-dürüst hesablamalar aparılsa, Azərbaycanda yoxsulluq səviyyəsinin daha çox olduğu məlum olacaq". Hazırda Azərbaycanda yaşayış minimumunun indiki səviyyəsi ilə real bazar qiymətləri arasında təzad yaranıb. Bu səbəbdən minimum istehlak səbətində dəyişikliklər olması labüd sayılır. Araşdırmalar onu da göstərir ki, səbətə daxil olan bəzi məhsullar üzrə müəyyən ölkələrdən öndə, digər məhsullar üzrə geridəyik. Yəni, minimum istehlak səbətimiz müəyyən istiqamətlər üzrə beynəlxalq qəbul edilmiş standartlardan, dərəcələrdən aşağıdır. Burada, sözsüz ki, inflyasiyanın təsirləri də nəzərə alınmalıdır. Reallıqla müqayisədə fərqlər var və əlbəttə ki, bu fərqlər aradan qaldırılmalıdır. Eyni zamanda "xidmətlər" bölməsinə müasir dövrün tələblərindən irəli gələn əlavə xidmətlər daxil edilməlidir. Situasiya tam təhlil edilərək digər əlavələr olunmalı və mövcud göstəricilərdə müəyyən kəmiyyət dəyişikliyi edilməlidir.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

06.10.2026 / 14:02
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

05.10.2026 / 17:02
Hörmüzdə nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər - Beynəlxalq təşkilatdan xəbərdarlıq…

05.10.2026 / 16:50
Ermənistanda Sarkisyana yeni cinayət işi açıldı...

05.10.2026 / 16:41
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTO

05.10.2026 / 16:38
İranın Hörmüzdə maraqlı taktikası - neft daşınır, lakin qiymətlər düşmür ki düşmür...

05.10.2026 / 16:28
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdi

05.10.2026 / 16:21
"Azərbaycan AQEM-in Asiyada əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndirir" - XİN

05.10.2026 / 16:18
Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

05.10.2026 / 16:07
Səhiyyə Nazirliyindən İrkutskda yayılan xəstəliklə bağlı açıqlama ... - Azərbaycanda epidemioloji vəziyyət sabitdir

05.10.2026 / 16:03
Zelenski Moskvaya tuşlanmış dəhşətli silahı payızda hazır edəcək...

05.10.2026 / 15:49
Tramp Braziliyanı Hindistanla səhv saldı, sonra da paylaşımı sildi…

05.10.2026 / 15:35
Gürcüstan Azərbaycanla sərhəd delimitasiyasına qərar verdi...

05.10.2026 / 15:24
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi

05.10.2026 / 14:39
Rusiya Moldova-Ukrayna sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurdu…

05.10.2026 / 14:03
Estoniya elit qoşunlarını Rusiya sərhədinə yığır…

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:40
Prezident İlham Əliyev Malayziya səfirini qəbul edib - FOTO

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

05.10.2026 / 11:05
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışını etdi - FOTO

05.10.2026 / 10:58
Rusiyada vəba aşkarlandı - bir nəfər öldü, fövqəladə iclas çağırıldı, yüzlərlə insan karantinə alındı...

05.10.2026 / 10:42
İlin sonunadək 100 məktəb adambaşı maliyyələşmə sisteminə keçəcək...

05.10.2026 / 10:35
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi

05.10.2026 / 10:25
Rusiyanın təhdidlərinə baxmayaraq Qərb səfirlikləri Kiyevdən çəkilməkdən imtina etdi…

05.10.2026 / 09:57
ABŞ Hərbi Dəniz Qüvvələri İran sahillərindən 1000 km geri çəkildi – SEPAH-dan iddiia...

05.10.2026 / 09:08
Keçmiş İsrail nazirindən ŞOK İDDİA - Trampdan sonrakı ABŞ prezidenti Fələstini tanıyacaq…

05.10.2026 / 08:10
ABŞ strateji bombardmançılarını Britaniyadan çıxardı...

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ