çərşənbə axşamı günü, 06 oktyabr 2026
     

COP29 "yaşıl eraya" uğurlu keçidin mühüm platforması kimi özünü təsdiqlədi....

Image


Məlum olduğu kimi, Azərbaycanın ev sahibliyi etdiyi COP29-un hədəflərindən biri ətraf mühitə təsir göstərən dekarbonizasiya prosesini sürətləndirmək, yəni  alternativ enerjidən istifadə etməklə karbon qazı və istilik effekti yaradan qazların azaldılması, hətta onun minimuma - 0 səviyyəsinə endirilməsinə nail olmaqdır. Bu, eyni zamanda  yaşıl iqtisadiyyatın inkişafı və innovativ-elmi yanaşmanın təşviq olunması deməkdir.

Hesab edilir ki, dünyada enerji keçidi və yaşıl iqtisadiyyata transformasiya proseslərinin geniş vüsət aldığı bir dövrdə COP29 konfransının Bakıda keçirilməsi yalnız Azərbaycanın deyil, bütün regionun gələcək inkişaf istiqamətləri üçün mühüm əhəmiyyət daşıyır. Bu tədbir yerli ictimaiyyəti qlobal iqlim problemləri və onların həlli yolları barədə məlumatlandırmaqla yanaşı, daha geniş şüur inkişafına və ətraf mühitə həssas yanaşmaya təkan verir. COP29 çərçivəsində yaşıl iqtisadiyyata keçidin Azərbaycanın əsas prioritetlərindən biri kimi vurğulandığını diqqətə çatdıran ekspertlər ölkəmiz qarşısnda yeni bir mərhələnin açıldığını bildirir. Qarşıdakı dövrdə dövlətin birbaşa dəstəyi ilə maliyyə institutlarının yaşıl enerji ilə bağlı layihələrə əlverişli şərtlərlə maddi dəstək göstərməsi planlaşdırılır. Bu, həm sahibkarlara, həm də adi vətəndaşlara ekoloji cəhətdən faydalı layihələr həyata keçirmək üçün yeni imkanlar yaradacaq. Məsələn, bərpaolunan enerji mənbələrinin istifadəsinin genişləndirilməsi, tullantıların idarə edilməsi və ekoloji təmiz istehsalat texnologiyalarının tətbiqi təşviq ediləcək. Şübhəsiz ki, yaşıl iqtisadiyyata keçid prosesində inkişaf etmiş ölkələrin uğurlu təcrübələrinin öyrənilməsi və tətbiqi də mühüm rol oynayacaq. Bu ölkələrdə sosial, iqtisadi və maliyyə sektorlarında atılan addımlar Azərbaycanın yaşıl keçid prosesinə inteqrasiyasını asanlaşdıracaq. Davamlı inkişafın təmin edilməsi üçün texnoloji yeniliklərdən istifadə və ekoloji təhsilin gücləndirilməsi vacibdir. O da xüsus qeyd olunmalıdır ki, COP29 konfransı yalnız Azərbaycanın deyil, bütün dünyanın üzləşdiyi iqlim böhranının həlli üçün mühüm addım olacaq. Bu tədbir həm qlobal səviyyədə müzakirələrin aparılması, həm də yerli səviyyədə konkret fəaliyyət planlarının hazırlanması üçün əvəzolunmaz platform kimi özünü təsdiq edib. Qeyd edildiyi kimi iqlim dəyişikliyi qlobal yaşıl iqtisadiyyata keçidi şərtləndirən başlıca faktordur. İstixana qazlarının emissiyalarının və qlobal istiləşmənin təsirlərinin azaldılması zərurəti ölkələri daha təmiz enerji mənbələri və daha səmərəli texnologiyalar axtarmağa sövq edir. Bunun üçün qabaqcıl təcrübələrin mübadiləsi zəruri əhəmiyyət kəsb edir. COP29 çərçivəsində sözügedən istiqamətdə yeni təşəbbüslərin irəli sürülməsi, müvafiq qərarların qəbulu bu mənada böyük önəm kəsb edir. Aparılan təhlillər göstərir ki, ətraf mühitə dəyən ziyan və resurs çatışmazlığı ilə bağlı yaranan maliyyə riskləri ölkələrin iqtisadi fəaliyyətlərində öz strategiyalarını yenidən nəzərdən keçirməsini şərtləndirir. COP29 zamanı bu mövzu üzrə də müzakirələrin aparılması, konkret addımları özündə ehtiva edən fəaliyyət  istiqamətlərinin müəyyənləşdirilməsi bu fonda tamamilə təbi hal hesab  olunur. Tədbir çərçivəsində bərpa olunan enerji və "yaşıl texnologiya"lara investisiyaların iqtisadi artıma təkan verməsi və inkişaf etməkdə olan sənayelərdə məşğulluq yaratması kimi məsələlər də xüsusi diqqət mərkəzində olub.

Görünən odur ki, COP29 yaşıl iqtisadiyyata uğurlu keçid üçün mühüm bir platforma olacaq. Bu müstəvidə tədbir çərçivəsində "yaşıl iqtisadiyyat"a keçidin sürətləndirilməsi məqsədilə yeni yollar və staregiyalar müəyyənləşməsi gözlənilən prosesdir. Azərbaycanın bu istiqamətdə təcrübəsinin təqdimatı üçün COP29  geniş imkanlar vəd edir. Ölkəmizdə sözügedən kontekstdə struktur dəyişikliklərinin dərinləşdirilməsinə, iqtisadiyyatın baza sahələrinin modernləşdirilməsinə və şaxələndirilməsinə, ərazilərin müasir tələblər çərçivəsində tarazlaşdırılmış sosial-iqtisadi inkişafına yönəlmiş kompleks tədbirlər həyata keçirilir. Hazırda beynəlxalq miqyasda yaşıl iqtisadiyyat üzrə mal və xidmətlər bazarının dövriyyəsi 1,3 trilyon dollardır və bu da dünya iqtisadiyyatının 2,4 faizini təşkil edir. BMT-nin hesablamalarına görə, inkişaf etməkdə olan ölkələrdə yaşıl iqtisadiyyatın inkişafı üçün hər il 40 milyard dollar investisiya tələb edilir. "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə edilməsi üzrə Dövlət Proqramı"nın icrası son illərdə ölkəmizdə yaşıl iqtisadiyyata əsaslanan günəş və külək enerjisi istehsalı üçün güclü zəmin yaradıb. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına uyğun olaraq, reallaşdırılmış tədbirlər müasir ekoloji layihələrin reallaşdırılmasını, o cümlədən "yaşıl iqtisadiyyat"a keçid prosesini sürətləndirib. "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədində ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpasının təşviqi, ekoloji baxımdan əlverişli olan "yaşıl" texnologiyaların tətbiqinin genişləndirilməsi ilə bağlı qarşıya konkret hədəflər əksini tapıb. Ölkəmizdə qurulmuş təkrar emal prosesi "yaşıl iqtisadiyyat"ın inkişafına, rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsinə, ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edir. "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması və təbii sərvətlərdən səmərəli istifadəyə dair 2015-2020-ci illər üçün Tədbirlər Planı"nda davamlı inkişafın əsasını təşkil edən yaşıl iqtisadiyyat konsepsiyasının müddəaları əsas götürülüb.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

05.10.2026 / 17:02
Hörmüzdə nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər - Beynəlxalq təşkilatdan xəbərdarlıq…

05.10.2026 / 16:50
Ermənistanda Sarkisyana yeni cinayət işi açıldı...

05.10.2026 / 16:41
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTO

05.10.2026 / 16:38
İranın Hörmüzdə maraqlı taktikası - neft daşınır, lakin qiymətlər düşmür ki düşmür...

05.10.2026 / 16:28
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdi

05.10.2026 / 16:21
"Azərbaycan AQEM-in Asiyada əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndirir" - XİN

05.10.2026 / 16:18
Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

05.10.2026 / 16:07
Səhiyyə Nazirliyindən İrkutskda yayılan xəstəliklə bağlı açıqlama ... - Azərbaycanda epidemioloji vəziyyət sabitdir

05.10.2026 / 16:03
Zelenski Moskvaya tuşlanmış dəhşətli silahı payızda hazır edəcək...

05.10.2026 / 15:49
Tramp Braziliyanı Hindistanla səhv saldı, sonra da paylaşımı sildi…

05.10.2026 / 15:35
Gürcüstan Azərbaycanla sərhəd delimitasiyasına qərar verdi...

05.10.2026 / 15:24
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi

05.10.2026 / 14:39
Rusiya Moldova-Ukrayna sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurdu…

05.10.2026 / 14:03
Estoniya elit qoşunlarını Rusiya sərhədinə yığır…

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:40
Prezident İlham Əliyev Malayziya səfirini qəbul edib - FOTO

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

05.10.2026 / 11:05
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışını etdi - FOTO

05.10.2026 / 10:58
Rusiyada vəba aşkarlandı - bir nəfər öldü, fövqəladə iclas çağırıldı, yüzlərlə insan karantinə alındı...

05.10.2026 / 10:42
İlin sonunadək 100 məktəb adambaşı maliyyələşmə sisteminə keçəcək...

05.10.2026 / 10:35
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi

05.10.2026 / 10:25
Rusiyanın təhdidlərinə baxmayaraq Qərb səfirlikləri Kiyevdən çəkilməkdən imtina etdi…

05.10.2026 / 09:57
ABŞ Hərbi Dəniz Qüvvələri İran sahillərindən 1000 km geri çəkildi – SEPAH-dan iddiia...

05.10.2026 / 09:08
Keçmiş İsrail nazirindən ŞOK İDDİA - Trampdan sonrakı ABŞ prezidenti Fələstini tanıyacaq…

05.10.2026 / 08:10
ABŞ strateji bombardmançılarını Britaniyadan çıxardı...

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ