çərşənbə axşamı günü, 06 oktyabr 2026
     

COP29-da tarixi ilk yaşandı - su faktoru dünya gündəminə gətirildi...

Image


Aparılan araşdırmalar göstərir ki, ötən il qlobal müşahidələr tarixində, yəni otuz ildən artıq dövrdə çaylar üçün ən quraq il kimi qeydə alınıb. Bu məsələ COP29 çərçivəsində keçirilən "İqlim, təbiət və insanlar üçün suyun həyat xəttini qeyd edirik" adlı tədbirdə də əsas diqqət mərkəzində yer alan məqamlardan biri olub. 

Onu da qeyd edək ki, tədbirdə qlobal iqlim fəaliyyəti çərçivəsində daha güclü su ölçüsü yaratmaqla İqlim Fəaliyyəti naminə Su üzrə Bakı Dialoquna rəsmi start verilib.

Açılış nitqi ilə çıxış edən ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev susuzluq probleminin COP29 müzakirələrində prioritet məsələlərdən biri olduğuna diqqət çəkib: "Su iqlim problemlərinin aradan qaldırılmasında həlledici rol oynayır. Buna baxmayaraq uzun illər su problemi qlobal iqlim müzakirələrindən kənarda qalmışdı. İqlim dəyişiklikləri ilə bağlı məsələlərin həllində susuzluq probleminə bütün aspektlərdən nəzər yetirməliyik. Çünki su həyatdır. Məhz bu səbəbdən COP29 Sədrliyi su məsələsini prioritetə çevirib". Daha sonra M.Babayev hər kəsi ilk Su Bəyannaməsinə qoşulmağa dəvət edib: "Dialoqları sürətləndirmək tərəfdaşlığın artırılmasına təkan verəcək. Biz iqlim fəaliyyəti çərçivəsində su tərəfdaşları tapmalıyıq. Fəaliyyətlərə təkan üçün Bakı Dialoqu mühümdür". Beləliklə COP tarixində ilk dəfə olaraq su problemi da dünyanın diqqət mərkəzinə məhz Bakıda gətirilir. Bu məsələ iqlim böhranı fonunda müstəsna əhəmiyyətə malikdir. Bunu BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen da təsdiq edir. O bildirib ki, dünyada 3 milyarda yaxın insan su qıtlığından əziyyət çəkir: "Bir çox problem su çatışmazlığından yaranır. 2023-cü ildən bəri emissiyalar 1,3 faiz artıb. Qlobal istilik artımı həddinin 1,5 dərəcə səviyyəsində qalmasını təmin etmək üçün hələlik götürdüyümüz öhdəlikdən uzağıq, həmçinin istixana qazlarının emissiyasında artım qeydə alınır". İcraçı direktor emissiyaların azaldılmasına diqqət çəkib: "Biz emissiyanı azaltmasaq 1,5 dərəcə hədəfinə nail olmayacağıq. Tədbir görməliyik və su probleminin həlli həmin səylərin tərkib hissəsi olmalıdır. Uzunmüddətli dayanıqlığı, su resurslarının dözümlülüyünü təmin etmək üçün su resurslarının keyfiyyətinin idarə edilməsi həyata keçirilməlidir, həmçinin ətraf mühit və iqlim məsələlərinin toqquşduğu məqamları nəzərə almalıyıq". Ümumdünya Meteorologiya Təşkilatının baş katibinin müavini Ko Barret də vəziyyətin həyəcanverici olduğunu bəyan edir: "Planetin təxminən yarısı normal səviyyədən aşağı illik çay axını ilə üzləşib. Dünyanın buzlaqları son 50 illik müşahidə dövründə ən böyük kütlə itkisini yaşayıb ki, bu da milyardlarla insanın gələcək su təhlükəsizliyi üçün narahatedici siqnaldır. Biz həm dərinləşən quraqlıqlardan, həm də dağıdıcı daşqınlardan əziyyət çəkirik. Daha isti atmosfer daha çox rütubət saxlaya bilir, daha isti okeanlar isə intensiv yağıntıları artırır. İstiləşmənin hər əlavə payı ekstremal yağıntı riskini daha da yüksəldir. Su ilə əlaqəli fəlakətlər bir çox ölkələrdə insan və iqtisadi itkilərin əsas səbəbidir".

O qeyd edib ki, su ehtiyatlarının inteqrasiya olunmuş idarə edilməsi, iqlim davamlılığı və uyğunlaşma proseslərinin təməl daşıdır: "Su və iqlim sahəsində fəaliyyətlər bir medalın iki üzüdür. Su, istixana qazı emissiyalarının azaldılmasına töhfə verən mühüm amildir və iqlim dəyişikliyinin təsirlərinin yumşaldılmasında həyati rol oynayır. Su, bərpa olunan enerji mənbələrini dəstəkləyir, hidroenergetikanı hərəkətə gətirir və aşağı emissiyalı elektrik stansiyalarının soyudulması üçün zəruridir. Həmçinin su, hidrogen və batareya texnologiyaları üçün vacib mineralların istehsalında əsas rol oynayır. Bu, "yaşıl enerji" keçidini su tələb edən bir prosesə çevirir". Barret su resurslarının səmərəli idarə edilməsinin "yaşıl enerji"yə keçidin sürətləndirilməsi üçün kritik əhəmiyyət daşıdığını vurğulayaraq, qlobal səylərin bu istiqamətdə daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Finlandiyanın İqlim və ətraf mühit naziri Kai Maykanen vəziyyətin təhlükəli məctrada inkişaf rtdiyini vurğulayır: "Suyun beynəlxalq siyasətə inteqrasiyası və 2050-ci ilə qədər qlobal cəmiyyətdə su resurslarının dayanıqlılığına nail olmaq Avropa İttifaqının məqsədləridir. Bakı Bəyannaməsi suyun iqlim dəyişikliyinin mərkəzində olduğunu qəbul edir və iqlim təsirlərinin əksəriyyəti su dövranındakı pozuntular vasitəsilə özünü göstərir. O həmçinin təbii fəlakətlər və fövqəladə halların əksəriyyətinin su ilə əlaqəli olduğunu nəzərə alır. Bakıda qəbul edilmiş İqlim Fəaliyyəti üçün Su Dialoqu Bəyannaməsi mühüm təşəbbüsdür və mən COP 29-da Azərbaycanın sədrliyi altında bu sənədin hazırlanmasına görə təşəkkür etmək istərdim. Bu sənəd su məsələsini qlobal iqlim gündəliyində daha yüksək səviyyəyə qaldırır ki, bu da bizə lazımdır".  Almaniyanın ətraf mühit, təbiətin mühafizəsi, atom təhlükəsizliyi və istehlakçıların hüquqlarının müdafiəsi üzrə naziri Steffi Lemkeyə görə, İqlim Fəaliyyəti üçün Su üzrə Bakı Dialoqu mühüm müzakirələrə və konkret fəaliyyətlərə təkan verəcək: "Hazırda biz daha çox quraqlıqlar, artan su qıtlığı və dağıdıcı daşqınlarla üzləşirik. Su böhran simvolu deyil, həllin ayrılmaz hissəsi olmalıdır. Buna görə də COP rəhbərliyinin su məsələsinə diqqət yetirməsini yüksək qiymətləndiririk. Bakı Dialoqu diqqətli müzakirələrə və konkret tədbirlərin həyata keçirilməsinə böyük töhfə verə bilər". Nazir Bakı Dialoqunun qlobal su idarəçiliyi üçün vacib bir platforma olduğunu vurğulayaraq əlavə edib: "Biz bir-birimizdən su idarəçiliyi ilə bağlı çox şey öyrənə bilərik. Almaniya bu prosesdə fəal iştirak etməyə hazırdır. Suyun həyat mənbəyi kimi qorunması üçün birlikdə çalışmalıyıq". S.Lemke suyun yalnız iqlim uyğunlaşması deyil, həm də qlobal dayanıqlılıq və həyat üçün əsas şərt olduğunu bir daha diqqətə çatdırıb. Bunlar fonunda Bakıda qəbul edilmiş İqlim Fəaliyyəti üçün Su Dialoqu Bəyannaməsi bəşəriyyətin iqlim böhranından xilası üçün müstəsna əhəmiyyətə malik bir sənənd hesab olunur. Bu, həm də COP29-un tarixi nailiyyətləri sırasında yer alır.

Samirə SƏFƏROVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

06.10.2026 / 16:15
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

05.10.2026 / 17:02
Hörmüzdə nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər - Beynəlxalq təşkilatdan xəbərdarlıq…

05.10.2026 / 16:50
Ermənistanda Sarkisyana yeni cinayət işi açıldı...

05.10.2026 / 16:41
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTO

05.10.2026 / 16:38
İranın Hörmüzdə maraqlı taktikası - neft daşınır, lakin qiymətlər düşmür ki düşmür...

05.10.2026 / 16:28
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdi

05.10.2026 / 16:21
"Azərbaycan AQEM-in Asiyada əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndirir" - XİN

05.10.2026 / 16:18
Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

05.10.2026 / 16:07
Səhiyyə Nazirliyindən İrkutskda yayılan xəstəliklə bağlı açıqlama ... - Azərbaycanda epidemioloji vəziyyət sabitdir

05.10.2026 / 16:03
Zelenski Moskvaya tuşlanmış dəhşətli silahı payızda hazır edəcək...

05.10.2026 / 15:49
Tramp Braziliyanı Hindistanla səhv saldı, sonra da paylaşımı sildi…

05.10.2026 / 15:35
Gürcüstan Azərbaycanla sərhəd delimitasiyasına qərar verdi...

05.10.2026 / 15:24
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi

05.10.2026 / 14:39
Rusiya Moldova-Ukrayna sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurdu…

05.10.2026 / 14:03
Estoniya elit qoşunlarını Rusiya sərhədinə yığır…

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:40
Prezident İlham Əliyev Malayziya səfirini qəbul edib - FOTO

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

05.10.2026 / 11:05
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışını etdi - FOTO

05.10.2026 / 10:58
Rusiyada vəba aşkarlandı - bir nəfər öldü, fövqəladə iclas çağırıldı, yüzlərlə insan karantinə alındı...

05.10.2026 / 10:42
İlin sonunadək 100 məktəb adambaşı maliyyələşmə sisteminə keçəcək...

05.10.2026 / 10:35
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ