çərşənbə axşamı günü, 06 oktyabr 2026
     

COP29 planetin əsas xilas platformasına çevrilir...

Image


Bu günlərdə İspaniyada baş verən rekord dərəcədə güclü yağışlar və daşqınlar xeyli insan tələfatına, dəhşətli dağıntılara və iqtisadi itkilərə səbəb olub. Bunun əsas səbəblərindən biri isə iqlim dəyişikliyidir. Təəssüf ki, İspaniyada baş verənlərə bənzər misalların sayı getdikcə artır.  

Dünya Meteorologiya Təşkilatının məlumatına görə, planetin hər yerində ekstremal hava hadisələrinə səbəb olan qlobal iqlim dəyişikliyi qarşısında beynəlxalq ictimaiyyətin əsas prioriteti insan həyatının xilas edilməsi olmalıdır. 

İqlim maliyyələşdirməsini artırmaq üçün COP29 əsas fürsətdir

İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin məlumatına görə, şiddətli daşqınlara və quraqlığa səbəb olan ekstremal hava hadisələri insanların yaratdığı iqlim dəyişikliyi səbəbindən daha çox ehtimal və daha dağıdıcı hala çevrilib. Ümumdünya Ticarət Təşkilatının baş katibi Selest Saulo bu xüsusda bildirib: "Temperatur yüksəldikcə hidroloji dövr sürətlənib, o da daha qeyri-sabit və gözlənilməz hala gəlib və biz getdikcə su problemi ilə üzləşirik. Daha isti atmosfer daha çox rütubət saxlayır və bu da güclü yağışlara səbəb olur". İqlim dəyişikliyinin okeanların istiləşməsi və atmosfer rütubətinin artması ilə bu tendensiyanın sürətləndirilməsi gözlənilir.

Alimlər həmçinin müəyyən ediblər ki, bu il iqlim dəyişikliyi yağışların intensivliyini artırıb və Sahel, Qərbi və Şərqi Afrika, Nepal, Hindistan, Pakistan, Əfqanıstan və Braziliyanın cənubunda daşqınların təsirlərini pisləşdirib. Tədqiqatlar müəyyən edib ki, bəzi təbii fəlakətlər urbanizasiya, torpaq və su ehtiyatlarının pis idarə olunması və yoxsulluq da daxil olmaqla, digər amillərdən qaynaqlanır. İqlim dəyişikliyi üzrə türkiyəli ekspert Ümit Şahin qeyd edir ki, dövlətlər Paris Sazişinə uyğun olaraq öz iqlim öhdəliklərinə məhəl qoymasalar, qlobal temperatur artımı əsrin sonuna qədər həyəcanverici 3 dərəcə Selsiyə çata bilər ki, bu da Yer kürəsini yaşayış üçün daha əlverişsiz edər. O, qlobal istiləşmənin 1,5 dərəcə Selsiyə qədər məhdudlaşdırılması ilə bağlı qlobal razılaşmanı xatırladıb və qeyd edib ki, Kioto Protokolundan fərqli olaraq, Paris Sazişində atmosferə istixana qazı emissiyalarının azaldılmasına dair aydın öhdəliklər yoxdur. Bu səbəbdən məsələnin həllində qəti addımlar atılması zəruri şərtə çevrilir. Sözügedən fonda bir nüansı da qeyd edək ki, alimlərin hesablamalarına görə, Yer kürəsində qlobal temperaturun sonuncu dəfə 3 dərəcə artması 10 milyon il əvvəl baş verib: "Əgər indi atmosferə atılan tullantıların həcmi 3-5 dəfə azalmasa, yaxın 15-20 ildə qlobal temperatur artaraq 2 dərəcə Selsiyə çatacaq. Bəşəriyyət üçün bu da fəalkət deməkdir. Məhz bundan irəli gələrək, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində zəruri addımların atılması zəruri sayılır. Planetin xilası üçün burada ləngimədən taleyüklü qərarların qəbulu vacib hesab olunur. COP29 Azərbaycan üçün qlobal səviyyədə iqlim dəyişikliyinə qarşı mübarizə proqramlarını beynəlxalq ictimaiyyətə təqdim etmək üçün mühüm bir platformadır. Ölkə COP29-da müəyyən istiqamətlər üzrə beynəlxalq əməkdaşlıq qurmağı və iqlim dəyişikliyi siyasətlərini gücləndirməyi hədəfləyib. Bütün bunlar dünyada da yüksək qarşılanır. Avropa Regionlar Komitəsi, BMT-nin Fondu və Yaşıl İqlim Fondu kimi beynəlxalq təşkilatlar sosial şəbəkələrdə aksiyalar keçirərək, COP29 konfransının əhəmiyyətinə diqqət yetiriblər. Avropa Regionlar Komitəsinin üzvü Andris Qrifroy regionların və şəhərlərin mühüm rolunu qeyd edib: "Biz Avropa Regionlar Komitəsinin üzvləri olaraq COP29-da Yaşıl Sövdələşməni gücləndirməyi planlaşdırırıq. Ümid edirəm ki, COP29-da biz qlobal Yaşıl Sövdələşmədə yerli və regional rolumuzu daha da vurğulaya bilərik". BMT Fondu bəyan edir ki, iqlim dəyişikliyinin təsirləri cəmiyyətləri uyğunlaşmağa məcbur edir və mövcud maliyyə bu ehtiyacları ödəmək üçün kifayət deyil. Fondun ekspertləri COP29-u maliyyələşdirməni artırmaq üçün bir fürsət hesab edirlər. Onların fikrincə, bu konfrans dünya liderləri üçün iqlim dəyişikliyindən ən çox təsirlənən inkişaf etməkdə olan ölkələr üçün lazımi maliyyəni təmin etmək üçün əla fürsətdir.

Yaşıl İqlim Fondu COP29-dan əvvəl verdiyi bəyanatlarda Paris Sazişinin məqsədlərinə çatmaq üçün davamlı investisiyaları diqqətə çatdırıb və onun iqlimin maliyyələşdirilməsi üçün əsas platformalardan biri kimi xidmət etdiyini qeyd edib. İnkişaf etməkdə olan ölkələrin ehtiyac və məqsədlərinə əsaslanaraq, Yaşıl İqlim Fondu tərəfindən maliyyələşdirilən hər bir iqlim layihəsi hamı üçün dayanıqlı və yaşana bilən planet yaratmağı hədəfləyir.

Bəşəriyyətin hələ də iqlim dəyişikliyinin ən pis təsirlərindən qaçmaq üçün kiçik şansı var, COP29 da buna xidmət edir

Qeyd edək ki, COP29 zamanı "Yeni Kollektiv Kəmiyyət Hədəfi" ilə bağlı razılaşma əldə edilməsi gözlənilir. Bu, iqlim böhranının həllində mühüm rol oyanayacaq. "Yaşıl dünya naminə həmrəylik" şüarı altında təşkil edilən COP29-un tematik tədbirlərinin gündəliyini və proqramını nəzərə alaraq, demək olar ki, burada iştirakçı ölkələr həlledici addımlar atmaq imkanı əldə edəcəklər. 

Hazırda bəşəriyyətin gələcək taleyi iqlimlə bağlı əməli addımların atılmasından keçir. Düzdür, planetin temperaturu uzun müddət, istiləşmə və soyuma dövrləri ilə dəyişib. Lakin 10 min il əvvəlki son buz dövründən bəri iqlim nisbətən sabitdir və elm adamlarının fikrincə, bu, insan sivilizasiyasının inkişafı üçün kritik əhəmiyyətə malikdir. İndi bu sabitlik sarsılıb. Yer kürəsi ən azı son 2000 il ərzində sürətlə istiləşir, temperatur sənayedən əvvəlki dövrlərdən təxminən 1,2 dərəcə daha istidir . İqlimlə bağlı digər əsas göstəricilər də kəskin yüksəlib. Qlobal okean temperaturu, dəniz səviyyələri və atmosferdəki istixana qazlarının konsentrasiyası rekord sürətlə artır, dəniz buzları və buzlaqlar isə həyəcan verici sürətlə əriyir. İqlim dəyişikliyi təbii proses olsa da, insan fəaliyyəti onu sürətləndirir. İqlim Dəyişiklikləri üzrə Hökumətlərarası Panelin yüzlərlə aparıcı iqlim aliminin araşdırmasına əsaslanan  hesabatı göstərir ki, son 200 ildə qlobal istiləşmənin demək olar ki, hamısına görə insanlar məsuliyyət daşıyır. İstiləşmənin böyük əksəriyyəti kömür, neft və qazın yanması nəticəsində baş verir. Bu qalıq yanacaqların yandırılması istixana qazlarını atmosferə buraxır və bu qazlar planeti yorğan kimi sararaq istiliyi saxlayır. Buz nüvələrindən tutmuş ağac halqalarına qədər hər şeyi ölçməklə alimlər istixana qazlarının konsentrasiyasını izləyə biliblər. Karbon dioksid səviyyələri son iki milyon ilin ən yüksək səviyyələrində, digər iki istixana qazının, metan və azot oksidinin səviyyələri isə son 800 min ilin ən yüksək səviyyələrindədir. Əslində, temperaturun bir qədər artması dünyanın kövrək ekosistemlərini poza bilər ki, bu da insanlar və digər canlılar üçün dəhşətli nəticələrə səbəb ola bilər. Bəzi ekspertlər həmçinin hesab edirlər ki, iqlim dəyişikliyi küləklərin və digər atmosfer amillərinin dəyişməsi səbəbindən bəzi yerlərdə daha uzun, daha intensiv soyuqlara səbəb ola bilər. Vəziyyətin ağır olmasına baxmayaraq, bəşəriyyət hələ də iqlim dəyişikliyinin ən pis təsirlərindən qaçmaq üçün kiçik bir şansa malikdir. Elə COP29 da buna xidmət edir.

Ramil QULİYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ