şənbə günü, 15 avqust 2026
     

Azərbaycan qazının Ukraynaya nəqli razılaşıldı - inanılmaz variant...

Image


Akif Nəsirli: "Azərbaycan Rusiyanın Cənub rayonlarını qazla təchiz edəcək, Rusiya da 

bunun əvəzi olaraq Macarıstan və Slovakiyanı qazla təmin edəcək, bu qaz mübadiləsidir"

Macarıstan və Slovakiyadan olan Avropa şirkətləri Ukraynanın qaz nəqli sistemi vasitəsilə Azərbaycandan təbii qazın tədarükünə dair müqavilələrin bağlanması üzrə danışıqların yekun mərhələsindədir. Bu barədə Bloomberg mənbələrinə istinadən URA.RU İnformasiya Agentliyi məlumat yayıb. Qeyd olunur ki, təchizat həcmi ildə 12-14 milyard kubmetr qaz təşkil edə bilər. "Macarıstan və Slovakiya şirkətləri Azərbaycandan ildə 12-14 milyard kubmetr qaz tədarükü üçün müqavilə imzalamağa yaxındırlar".

Bloomberg mənbələri bildirib ki, şirkətlərin Rusiya qazının hazırda Ukrayna vasitəsilə Aİ ölkələrinə çatdırıldığı mövcud boru kəməri şəbəkəsindən istifadə edəcəyi dəqiqləşdirilir.

Əldə olunan razılaşmalara əsasən, Azərbaycan Rusiyada hasil edilən, lakin Bakıya məxsus qazı tədarük edəcək. Nəşr yazır ki, buna cavab olaraq "Qazprom" Azərbaycan tərəfinin istehsal etdiyi yanacaqdan istifadə hüququnu alacaq.

Həmçinin, mənbələrin məlumatına görə, Azərbaycanın dövlət şirkəti SOCAR Rusiya-Ukrayna sərhədində yerləşən Sudja qazölçmə stansiyasına qaz tədarük etməyə başlayacaq. Oradan Macarıstanın MVM Zrt şirkəti qazı Aİ ölkələrinə yönəldəcək və Slovakiyanın "Slovensky Plynarensky Priemysel AS" Avropaya yanacaq daşıyacaq.

Qeyd olunduğuna görə, daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov konfrans zamanı bildirib ki, Ukrayna ilə mövcud qaz nəqli müqaviləsinin müddəti 2024-cü ilin sonunda başa çatır və hazırda gələcək tədarüklərə dair heç bir aydınlıq yoxdur. Avropa şirkətləri ilə Azərbaycan arasında qaz ixracı ilə bağlı sövdələşmə ilə bağlı suala cavab olaraq Peskov qeyd edib ki, Ukrayna ərazisindən qaz nəqli sistemi mühüm rolunu davam etdirir və kommersiya danışıqları fəal şəkildə aparılır. Bundan əlavə, o xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin bu yaxınlarda Kazanda keçirdiyi mətbuat konfransında artıq bu mövzunu işıqlandırıb.

Yazıldığı kimi, Ukrayna üzərindən Azərbaycan qazının Macarıstan və Slovakiya şirkətləri vasitəsilə nəqli nəzərdə tutulur. Təbii ki, bu çox duqqətçəkən məsələdir. İlin sonunda Rusiya qazının Ukrayna üzərindən Avropa nəqli dayanacaq. Çünki müqavilə müddəti bitib. Ukrayna da o müqaviləni uzatmaq istəmir. Nəticədə də Macarıstan və Slovakiya qazsız qalır. Bu səbəbdən də indi danışıqlar gedir ki, Ukraynanın üzərindən Azərbaycan qazı Avropaya nəql edilsin. 

 Azərbaycanın qazı Ukraynaya necə və hardan gedəcək? Bu məqalədə deyilir ki, Rusiya ərazisində Azərbaycanın mülkiyyəti olan qaz sahəsi var və o qazı Rusiyanın boruları ilə Ukraynaya nəql etmək məsələsi müzakirə edilir, ola bilsin, bunun əvəzində də Rusiya Azərbaycandan qaz alsın, yaxud da Macarıstanın və Slovakiyanın şirkətləri Azərbaycanın qazını Rusiya ilə Ukraynanın sərhədindəki Sudja məntəqəsinə aparacaqlar. Ordan da Ukraynadakı borularla Avropaya ötürəcəklər. Bu deyilənlər nə dərəcədə realdır? Bəyəm Azərbaycanın Rusiyada qaz mülkiyyəti var? Azərbaycan Rusiyada qaz çıxarır? Çünki burda deyilir ki, Rusiyanın Azərbaycanın mülkiyyətində olan qaz var. Azərbaycan orda qaz çıxarır. Hardadır Rusiyanın Azərbaycanın mülkiyyətində olan qazı? Rusiya necə buna razı olacaq? Azərbaycan qazını Ukrayna-Rusiya sərhədinə necə aparıb çıxaracaqlar?

Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli baki-xeber.com-a "Azərbaycanın Rusiyada heç bir qaz mülkiyyəti yoxdur.  Nə də Azərbaycan Rusiyada qaz çıxarmır. Əvvəllər də Rusiya və Azərbaycan arasında bu istiqamətdə müqavilə olub. Azərbaycan Rusiyanın Şimal rayonlarının qazla təzhizatında iştirak edib. Fikrimcə, Azərbaycanın Şimal sərhədində yerləşən Rusiya ərazilərinin qaz təchizatı üçün Azərbaycandan qaz ixrac ediləcək. Bu qazın həcmi 12-14 milyard kubmetr olacaq. Tutaq ki, Rusiyanın Rostov vilayətinə, eləcə də Azərbaycana yaxın olan digər Rusiya ərazilərinə  qaz ixrac olunacaq, orda qaz təminatı yaradılacaq. Biri var Rusiya Sibirdən Rostova qaz daşıya, biri də var Azərbaycan Rostova qaz versin. İkinci variant daha sərfəlidir.  Bununla da Rusiya faktiki olaraq Azərbaycana 12-14 milyard kubmetr qaz borclu olur. Rusiya Azərbaycana qaz borcunu hazır kəmərlərlə Ukrayna üzərindən Avropaya ixrac edəcək. Mövcud hazır strukturla Rusiya Azərbaycan qazını əvvəlki qaydada ixrac edəcək. Yəni qaz Ukrayna üzərindən Slovakiyaya, Macarıstana ixrac ediləcək. "Azərbaycan Rusiyada qaz çıxarır" deyilən bir şey yoxdur. Sadəcə qaz mübadiləsi olacaq"-deyə bildirdi. 

İlham Şaban: "Bu istiqamətdə ilin ortalarından danışıqlar var, amma bunun sonu nə olacaq, necə olacaq, hələ heç nə bəlli deyil" 

Neft-qaz üzrə tanınmış ekspert İlham Şaban da "Bakı-Xəbər"ə bildirdi ki, Azərbaycan Rusiyada qaz istehsalı ilə məşğul olmur və orada Azərbaycanın qaz mükiyyəti yoxdur. "Azərbaycanın Rusiyada qaz aktivi yoxdur. Sizə bir fakt deyim. İki gün bundan əvvəl bu barədə  Bloomberg yazmışdı, özü də Slovakiyanın Qaz Ticarət Şirkətindəki mənbəyə istinad etmişdi. Artıq noyabrın 1-də "Reuters" agentliyinə Slovakiyanın rəsmi təkzibi verilib ki, belə bir şey yoxdur. Bəli, bu istiqamətdə ilin ortalarından danışıqlar var, amma bunun sonu nə olacaq, necə olacaq, hələ heç nə bəlli deyil. 

Azərbaycan qazının Ukraynaya nəqli mümkündür. Ona görə ki, bizimlə Rusiya arasında boru kəməri var. Ancaq bu, Bloomberg agentliyinin yazdığı kimi, 12-14 milyon kubmetr qaz ixrac etmək üçün deyil, biz ancaq 4 milyon kubmetr qaz verə bilərik. Onun maksimum buraxıcılıq gücü 5 milyard kub metrə yaxındır. Ancaq boru kəməri sonuncu buraxıcılıq gücündə işləmir". 

"Əgər Azərbaycan qazının Ukraynaya nəqli mümkün olarsa Rusiya buna razılıq verəcəkmi? Çünki söhbət Rusiya qazının dayandırılmasından gedir və bu zaman alternativ olaraq Azərbaycan qazının Ukrayna üzərindən Aİ ölkələrinə nəqli önə çıxır. O buna razı olacaqmı?"-deyə ekspertdən soruşduq. "Çox gözəl sualdı. Çünki bu sadəcə kommersiya məsələsi deyil ki, məsələn, Məmməd İvana, İvan da hansısa Consa qaz satsın. Burda həmçinin siyasi məsələlərdə razılaşma gərəkdir. Çünki Rusiyanın Ukrayna ilə müharibəsi  torpağın üstündə deyildi ki, gedib, tutalım, hansısa bir ərazini tutsun. Putin hakimiyyətə gələndən məqsəd Avropa və Amerika ilə indiki şəraitdə təhlükəsizliklə bağlı maraqların bölüşdürülməsinin razılaşdırılması idi. Rusiyanın da, Ukraynanın da, Qərbin də ortaq məxrəci olsun ki, biz "kəmər burdan getsin" deyək. Təbii ki, bu nə bizdən, nə Rusiyadan, nə də ki, Ukrayanadan asılı bir məsələdir.  Söhbət qarşılıqlı maraqların iqtisadi-siyasi gözləntisindən gedir"-deyə İ.Şaban qeyd etdi.

İradə SARIYEVA  

 




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr yendirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

13.08.2026 / 21:10
Zəngəzur Elektrik Dəhlizi - Metsamor Atom stansiyası mütləq bağlanacaq...

13.08.2026 / 20:31
Tərtər sakini Kəlbəcərdə minaya düşdü...

13.08.2026 / 20:16
Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

13.08.2026 / 19:58
"PKK qanunu" Türkiyə siyasətini parçaladı - beynəlxalq reytinqçilər inamsız yanaşır...

13.08.2026 / 19:41
İrandan Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxs saxlandı

13.08.2026 / 19:25
İran generalı TRIPP layihəsi ilə bağlı Ermənistanı hədələdi - heç bir razılıq yoxdur...

13.08.2026 / 19:08
Naxçıvanın üzərindən Türkiyəyə və Avropaya elektrik ixrac olunacaq...

13.08.2026 / 18:49
Müharibə aparan ölkələrə "Avroviziya” qadağası - Təşkilatçılar qərar verdi...

13.08.2026 / 18:32
Rusiya Kennedinin qardaşı oğlu barədə qiyabi həbs qərarı çıxardı

13.08.2026 / 18:17
İran Fransanı “utancverici ikiüzlülükdə” ittiham etdi – buna son qoyun...

13.08.2026 / 18:05
Medvedev vətənpərvərlik hisslərini bölüşməyən rus gəncləri təhqir etdi - "axmaqlar"…

13.08.2026 / 17:48
Türkiyəda göyərtəsində 115 nəfərin olduğu gəmi yandı... - VİDEO

13.08.2026 / 17:43
Trampın "ən etibarlı köməkçisi” işdən ayrıldı

13.08.2026 / 17:25
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

13.08.2026 / 17:09
Ermənistan enerji təhlükəsizliyini Azərbaycana həvalə etməyə hazırdır

13.08.2026 / 16:56
TRIPP ətrafında yeni oyunlar başlanır, amma Azərbaycan israrlıdır...

13.08.2026 / 16:41
APA ilə Çinin CCTV+ Agentliyi arasında əməkdaşlıq sazişi imzalanıb

13.08.2026 / 16:30
Rusiya Azərbaycan üzərindən Ermənistana 20 vaqon buğda göndərdi... - YENİLƏNDİ

13.08.2026 / 16:17
“İran Azərbaycana qarşı qərəzli yanaşmadan imtina etsə, əməkdaşlıq üçün böyük imkanlar açılar”

13.08.2026 / 16:05
"Toxumçuluq haqqında" qanun təsdiqləndi

13.08.2026 / 16:00
Məşhur rejissorların teatr premyeraları və əfsanəvi tamaşaları Bakı Beynəlxalq İncəsənət Festivalında nümayiş olunacaq

13.08.2026 / 15:57
Səhiyyə Nazirliyi və TƏBİB "qarayara" xəstəliyi ilə bağlı birgə məlumat yayıb

13.08.2026 / 15:43
Naxçıvanı, Qarabağ və Zəngəzuru vahid konsepsiyada birləşdirən nələrdir?..

13.08.2026 / 15:30
İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

13.08.2026 / 15:25
ABŞ-dan Kubaya hərbi müdaxilə təhdidi - Bütün variantlar masadadır…

13.08.2026 / 15:05
Rusiya ilə Yaponiya arasında gərginlik… Putinin Kuril adalarına səfəri 80 illik böhranı yenidən alovlandırdı - səfir XİN-ə çağırıldı...

13.08.2026 / 14:50
Trampın mühafizəsi gücləndirildi – qolfu belə HHM sisteminin mühafizəsi altında oynayır...

13.08.2026 / 14:23
Paşinyan azərbaycanlı mütəxəssislərin Ermənistan səfər etdiyini açıqladı…

13.08.2026 / 13:41
Naxçıvanın dəmiryolları beynəlxalq konsorsiuma veriləcək - Tramp burada da aparıcı ola bilər...

13.08.2026 / 13:23
Rusiyada yanacaq böhranının yeni dalğası - benzin satışında növbələr yenidən başladı…

13.08.2026 / 13:21
Samuxda kütləvi zəhərlənmə - xəstəxanaya yerləşdirilənlərin sayı 10-a çatdı...

13.08.2026 / 13:02
Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ