Qazaxıstan Qarabağdan meyvə-tərəvəz idxal etmək niyyətindədir

img

Qazaxıstan Qarabağ bölgəsindən meyvə-tərəvəz məhsullarını idxal etmək niyyətindədir. Bunu Trend-ə Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Kayrat Torebayev deyib:

O bildirib ki, Azərbaycanın azad edilmiş ərazilərində infrastrukturun bərpası üzrə çox iş görülməlidir: "Burada meyvə-tərəvəz məhsulunun yetişdirilməsi və təşviqi üçün perspektivlər var. Azərbaycan bu məhsulları yetişdirib Qazaxıstana tədarük edə bilər."

Nazir müavininin sözlərinə görə, Azərbaycan və Qazaxıstan kənd təsərrüfatı sahəsində rəqabət aparmır: "Bizim aramızda qarşılıqlı anlaşma mövcuddur. Məsələn, Azərbaycanda yaxşı meyvə-tərəvəz məhsulu var ki, Qazaxıstan bunu idxal və emal etmək niyyətindədir. Eyni zamanda biz Azərbaycana buğda tədarük etmək niyyətindəyik. Artıq Azərbaycan tərəfindən buğda idxalı ilə bağlı təklif olub və biz bu təklifi müsbət cavablandırmışıq. Qazaxıstanda topdan-paylaşdırma mərkəzləri tikilir ki, burada meyvə-tərəvəz məhsulu emal olunacaq, qablaşdırılıb ixraca yönəldiləcək. Biz istərdik ki, Azərbaycan da bu şəbəkəyə qoşulsun. Biz bu fikri səsləndirmişik və Azərbaycan tərəfi bu məsələdə marağını nümayiş etdirib".

Son xəbərlər