Özəlləşməyə çıxarılan dövlət əmlaklarının çoxu hərracda satılmır... nə baş verir...

Əkrəm Həsənov: “Əksər hallarda hərraca çıxarılanların qiyməti çox şişirdilmiş olur”

img

Hərraclara çıxarılan əmlakların çoxu alınmır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin özəlləşdirməyə təqdim etdiyi dövlət əmlaklarının çoxu satılmır.

Təkcə son 3 ayda (iyun-avqust aylarında) ölkədə səhmdar cəmiyyətlərin (SC), kiçik dövlət müəssisələrinin və obyektlərinin, yarımçıq tikililərin, qeyri-yaşayış sahələrinin, nəqliyyat vasitələrinin özəlləşdirilməsi ilə bağlı 9 hərrac keçirilib. Bu hərraclara bir hissəsi təkrar olmaqla ümumilikdə 292 dövlət əmlakı çıxarılıb. 52 əmlak isə özəlləşdirilib. Ayrı-ayrı hərraclar üzrə isə vəziyyət fərqlidir.

Ümumiyyətlə, son zamanlar keçirilən hərraclarda satışa çıxarılan əmlaklar satılmır. Satılsa da, bu az faiz təşkil edir. Maraqlıdır, hərraca çıxarılan əmlakların satış qiyməti yüksək olur deyə satış az olur,ya başqa səbəblər var?

  • “Ölkəmizdə hərrac təşkilatlarının sayı azdır, onların da fəaliyyəti qeyri-şəffafdır”

Mövzu ilə bağlı fikir bildirən iqtisadçı ekspert Əkrəm Həsənov qeyd etdi ki, ölkəmizdə keçirilən hərrac sistemi ilə bağlı narazılıqlar hər zaman olub: “Bu sahə, demək olar ki, Azərbaycanın ən qeyri-şəffaf və korrupsiyaya bulaşmış bir sistemidir. Məlumat üçün bildirim ki, ölkəmizdə hərrac təşkilatlarının sayı azdır. Onların da fəaliyyəti qeyri-şəffafdır. Hərraclara, əsasən icra məmurları, bəzi dövlət orqanları müraciət edir”.

Hərraclarda satışa çıxarılan əmlakların satışının az olmasına gəlincə, həmsöhbətimiz bildirdi ki, bunun səbəbi qiymətin qeyri-müəyyən olması ilə bağlıdır: “Əksər hallarda hərraca çıxarılanların qiyməti çox şişirdilmiş olur. Təbii ki, bazar qiymətindən yüksək olan əmlakı kimsə hərrac vasitəsilə almaz. Bu kimi amillər hərraclarda satışa çıxarılan daşınar və daşınmaz əmlakların satışının azalmasına təsir edir”.

Günel CƏLİLOVA

Son xəbərlər