Bazar günü günü, 16 avqust 2026
     

Avropada “mavi yanacaq” sürətlə bahalaşır, Azərbaycan qazına böyük tələb yaranır

Image


Avropada təbii qazın qiyməti kəskin surətdə bahalaşmaqda davam edir. Artıq Avropa bazarlarında 1000 kubmetr qazın qiyməti 660 dollara çatır.  

Yaranmış vəziyyətdə “Fitch Ratings” beynəlxalq reytinq agentliyi cari qiymət artımı dinamikasını və sabit tədarüklə bağlı problemləri nəzərə alaraq Avropada təbii qazın 2021-2022-ci illər üzrə qiymət proqnozlarını artırıb. Qazın indiki qiymət artımını “Fitch” agentliyi pis hava şəraiti, 2020-ci ildən etibarən sıxılmış təbii qaz tədarükünün sabit şəkildə azalması və qaz anbarlarında ehtiyatların 2019-2020-ci illər səviyyəsindən aşağı düşməsi ilə izah edir. Qeyd olunur ki, Asiya və Amerika regionunda sıxılmış qazla bağlı yüksək rəqabətin mövcud olması qısamüddətli perspektivdə Avropaya qaz tədarükünü artırmağa imkan verməyəcək. Bundan başqa, 2021-ci ilin sonuna kimi Rusiyadan qaz tədarükü artımına da ümid etməyə dəyməz. Belə ki, “Qazprom” 19 faiz artımla bu il Avropaya qaz ixracını rekord səviyyəyə çatdırıb. Bundan sonra “Qazprom” Avropaya qaz nəqlini artırmağı düşünmür. Onu da xatırladaq ki, avqust ayında “Qazprom”un zavodunda baş vermiş qəza səbəbindən bir neçə gün ərzində Avropaya qaz tədarükündə azalma qeydə alınıb. Bu hadisə xammal çatışmazlığına və qiymət artımına zəmin yaradıb.

Azərbaycan Avropanın qaz tədarükçülərindən biri kimi burada qiymət artımından daha çox vəsait əldə edir. Özü də bu o fonda baş verir ki, Avropada Azərbaycan qazı almaq istəyən ölkələrin sayı artır. Məhz belə bir vaxtda bəlli olub ki, Bolqarıstanın Enerji Holdinqi Azərbaycan təbii qazının tam həcmdə bu ölkəyə çatdırılması üçün ölkəmizlə danışıqlar aparır. Bildirilir ki, Azərbaycan təbii qazını Yunanıstana, oradan isə Bolqarıstana nəql edəcək Yunanıstan-Bolqarıstan İnterkonnektorunun layihə şirkəti tərəfindən elan edilən müddətdə, yəni 2022-ci ilin 1 iyul tarixinə qədər kommersiya istifadəsinə veriləcəyi gözlənilir. Bu, Azərbaycan qazının tam həcminin Bolqarıstana şərtlərə uyğun olaraq çatmasına imkan verəcək. Məlumata görə, Yunanıstan-Bolqarıstan İnterkonnektorunun tikintisinin davam etdirilməsi səbəbindən, Azərbaycan təbii qazının Yunanıstanın Komotini çatdırılma nöqtəsinə razılaşma çərçivəsində tədarükə başladığı tarixinə, yəni 2020-ci ilin dekabrın 31-dən etibarən kommersiya istismarına verilməyib. Bunun üçün də, bu kəmərlə təbii qazın 2022-ci ilin ortalarında kommersiya əməliyyatına başlanılacağı gözlənilir.

Bildirilir ki, Yunanıstan ərazisində başqa bir çatdırılma məntəqəsinin müvəqqəti istifadəsi və təbii qazın Bolqarıstana alternativ marşrutla nəqli barədə razılaşma əldə edilib. Təbii qazın mümkün həcmləri Azərbaycan tərəfi ilə müvəqqəti çatdırılma məntəqəsinə verilmə şərtləri ilə razılaşdırılıb. Qazın Bolqarıstan enerji sisteminə alternativ marşrutla nəql edildiyi bütün qaz ötürmə sistemlərinin mövcud imkanları, tətbiq olunan prosedurları və ticarət şərtləri nəzərə alınıb. Belə ki, razılaşma Azərbaycandan tədarük ediləcək təbii qazı Bolqarıstanın əsas enerji şirkəti olan “Bulgargas” şirkətinin Yunanıstandakı Komotini çatdırılma məntəqəsində tədarük alması nəzərdə tutur. Təbii qazın Bolqarıstana çatacağı gözlənilən TAP kəməri ilə Yunanıstan-Bolqarıstan İnterkonnektoru arasındakı qovşaq nöqtəsidir. Müqavilədə Bolqarıstan tərəfinin birtərəfli qaydada çatdırılma nöqtəsini dəqiqləşdirə və ya dəyişdirə biləcəyi nəzərdə tutulmayıb. Yəni çatdırılma məntəqəsində müvəqqəti dəyişiklik etmək üçün Azərbaycan təchizatçısının razılığı tələb olunur. Qeyd edək ki, Yunanıstan-Bolqarıstan İnterkonnektoru Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının ikinci mərhələdə istismarı çərçivəsində hasil edilən "mavi yanacağ"ın Bolqarıstana nəqlini nəzərdə tutur. TAP-a qoşulacaq bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyəcək. Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Kəmərin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.

Bir müddət əvvəl isə Yunanıstan və Şimali Makedoniya qaz kəmərinin tikintisi ilə bağlı razılaşma imzalayıb. Razılaşmaya əsasən, Şimali Makedoniya TAP layihəsi çərçivəsində Azərbaycandan "mavi yanacaq" alacaq. İlk mərhələdə qaz kəmərinin gücü illik 1,5 milyard kubmetr həcmində qiymətləndirilir, gələcəkdə isə 3 milyard kubmetrə qədər artırılması nəzərdə tutulur. undan başqa, Rumıniyanın energetika naziri Vircila Popeskunun sözlərinə görə, bu ölkə Azərbaycandan ilk qaz tədarükünün 2022-ci ilin iyul ayında gerçəkləşəcəyini gözləyir ki, bu da Yunanıstan-Bolqarıstan təbii qaz kəmərinin tikintisi başa çatandan sonra mümkün olacaq. Macarıstan da Azərbaycan qazı ilə yaxından maraqlanır. Bütün bunlar Avropada Azərbaycan qazına böyük tələb yarandığını göstərir.

Ramil QULİYEV

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

16.08.2026 / 18:32
Azərbaycan elminin Scopus, Webof Science, Süni intellekt və nəsillərarası əlaqə problemləri…

16.08.2026 / 18:24
Hindistanın 80 ili: Transformasiya, tərəfdaşlıq və sivilizasiya özünəinamı yolu

16.08.2026 / 16:02
Zelenski avropalı tərəfdaşlarından silah istədi - antibalistik raketləri anbarlarda saxlamayın…

16.08.2026 / 15:38
İran Bəhreyndəki ABŞ bazasını darmadağın etdi – hərbi dəniz bazası Dieqo Qarsiyaya köçürüldü...

16.08.2026 / 15:23
Belçika tarixində ən dəhşətli yanğın – alovlar sürətlə yaşayış məntəqələrinə yaxınlaşır…

16.08.2026 / 15:06
Ukraynanın üçüncü prezidenti Yuşşenko Bakıya gəldi…

16.08.2026 / 14:19
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 51-ə çatdı…

16.08.2026 / 13:40
Rusiya Kiyevdə "Flamingo" raket istehsalı müəssisələrini bombaladı…

16.08.2026 / 13:26
General Abbasəli Novruzov vəfat etdi

16.08.2026 / 12:53
Polşa Ukrayna veteranlarının iştirakı ilə Avropa Legionu yaratmağı təklif edir - NATO-ya alternativ olmayacaq...

16.08.2026 / 12:25
Ukrayna da Avropa Birliyinin İrana qarşı sanksiyalarına qoşuldu…

16.08.2026 / 12:09
Beyləqanda qadın kanalda batdı...

16.08.2026 / 11:50
Moskvada Wildberries-in ən böyük anbarı vuruldu - güclü yanğın başladı...

16.08.2026 / 11:36
NATO qırıcısı Rumıniya üzərində naməlum pilotsuz təyyarəni vurdu…

16.08.2026 / 10:51
Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

16.08.2026 / 10:26
İrandan Trampa təhdid kimi mesaj – “…ərzaq maşınında gizlənməli olacaq”…

16.08.2026 / 10:02
Ərdoğan ABŞ-dan F-35-lərin tədarükünü gözləyir - Tramp vəd verib…

16.08.2026 / 09:30
Moskvaya kütləvi dron hücumu – üç hava limanında uçuşlar dayandı…

16.08.2026 / 09:14
Cənubi Koreya Şimali Koreya qoşunlarına xəbərdarlıq atəşi açdı...

16.08.2026 / 08:55
Urmiya gölü qırmızı rəngə boyandı...

15.08.2026 / 21:44
Tehranda İranın müstəqilliyinə qarşı qəsd hazırlayan iki fransız diplomat saxlandı - Fransaya sərt xəbərdarlıq edildi...

15.08.2026 / 21:15
Moskva ABŞ və Türkiyədən Ukraynaya mümkün silah tədarükü ilə bağlı açıqlama tələb etdi…

15.08.2026 / 20:53
ABŞ Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi...

15.08.2026 / 20:19
Nərimanovda mağaza soyuldu, saxlanan var...

15.08.2026 / 19:40
Abşeronda yarımtikilidən və avtomobildən oğurluq edən şəxs yaxalandı

15.08.2026 / 18:26
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

15.08.2026 / 17:56
E3 ölkələri Ukrayna ilə bağlı mümkün Tramp-Putin razılaşmasına qarşı hərəkətə keçdi - Avropanın Moskva ilə əlaqə qurmaq cəhdləri alınmır…

15.08.2026 / 17:32
İran iqtisadiyyatı çökür… Pezeşkiandan şok etiraf - gəlirlərimiz azalıb, neft sata bilmirik…

15.08.2026 / 17:17
İrandan müharibə ilə bağlı şok açıqlama - 3 pilotumuz Qətər tərəfindən əsir götürülüb...

15.08.2026 / 16:03
Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

15.08.2026 / 15:37
Rusiya Xəzər vasitəsilə İrana yeni hərbi təchizat marşrutu yaradıb - "Xəzər Ekspresi"...

15.08.2026 / 15:15
Senatorlar Trampdan izahat istədilər - Rusiyaya qarşı müntəzəm sanksiyalar nə vaxt bərpa ediləcək…

15.08.2026 / 14:21
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

15.08.2026 / 14:09
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı məlumat yaydı

15.08.2026 / 13:54
Saakaşvili həmvətənlərinə çağırış etdi - “Payıza qədər… dayanmaq vaxtı deyil!”

15.08.2026 / 12:51
İmişlidə 10 kiloqramdan artıq narkotik aşkarlandı

15.08.2026 / 12:25
Britaniya Netanyahunun "İslam Respublikası" sözlərinə görə İsraildən izahat istədi…

15.08.2026 / 11:43
Bakıda mağazanın tavanı uçdu, bir nəfər dağıntı altında qaldı - VİDEO

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ