çərşənbə axşamı günü, 13 oktyabr 2026
     

İqlim problemi Xəzər dənizini məhvə sürükləyir, çıxış yolu varmı...

Image


Dünyada iqlim şəraitindən, əsasən də planetdə orta temperaturun yüksəlməsindən qaynaqlanan təbii fəlakətlərin sayı 1970-ci ildən 2019-cu ilədək olan dövrdə beş dəfə artıb. Bu barədə məlumat BMT-nin Ümumdünya Meteorologiya Təşkilatının məruzəsində yer alıb.

Təşkilatın baş katibi Petteri Taalasın bəyanatında bu xüsusda qeyd edilir: “Hava, iqlim və hidroloji amillərlə bağlı ekstremal halların miqdarı artır və onlar dünyanın bir çox yerlərində iqlim dəyişikliyi nəticəsində daha tez-tez baş verir, daha sərt olur”. Məruzədə bildirilir ki, 1970-ci ildən sonrakı dövrdə 2 milyondan çox insanın ölümünə səbəb olan və iqtisadiyyata 3,64 trilyon dollar həcmində zərər vuran 11 mindən çox təbii fəlakət qeydə alınıb. Eyni zamanda, ölüm hallarının 91 faizi inkişaf etməkdə olan ölkələrin payına düşüb. Quraqlıqla bağlı ölənlər daha çoxdur və təxminən 650 min nəfər təşkil edir. Fırtınalar 577 min nəfərin, daşqınlar 59 minə yaxın insanın, anomal istilər isə 56 minədək insanın həyatına son qoyub. Məruzəyə əsasən, təbii fəlakətlər nəticəsində iqtisadi itkilərin artımı da qeydə alınıb. Əgər 1970-ci ildə ziyan gündə 49 milyon dollar təşkil edirdisə, 2010-2019-cu illərdə bu göstərici artaraq gündəlik 383 milyon dollara çatıb. BMT-nin Fəlakət Risqinin Azaldılması üzrə xüsusi nümayəndəsi Mami Mizutori bu məruzənin olduqca narahatedici olduğunu bildirib. O qeyd edib ki, bu ilin iyul ayı dünyanın hər tərəfində istilik dalğaları və daşqınlarla qeyd olunan ən isti ay olub. Araşdırmalar hava şəraitinin sürətlə dəyişməsi və intensivliyi səbəbindən daha çox insanın əziyyət çəkdiyini göstərib. Mizutori keçən il 31 milyon insanın təbii fəlakətlər səbəbindən köçkün düşdüyünü və bu rəqəmin münaqişələr səbəbilə köçkün düşənlərin sayından çox olduğunu bildirib. Onun sözlərinə görə, ekstremal hava şəraiti hər il orta hesabla 26 milyon insanı yoxsulluq həddinə çatdırır. İndi isə koronavirus pandemiyası problemi daha da ağırlaşdırır.

Artıq baş verən dəyişikliklər ölkəmizə də təsir edir. Su ehtiyatlarına mənfi təsir edən bu  dəyişiklik quraqlıq problemini Azərbaycanda da kəskinləşdirir. Amma bu dəyişikliklərin ən çox təsir etdiyi sahələrdən biri də Xəzər dənizidir. Son illərdə Xəzərin ekosistemində tendensiya mənfiyə doğru gedir. Buna iqlim dəyişiklikləri, antropogen amillər təsir edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru Mehman Axundov qeyd edir ki, son 10 ildə Xəzər regionunda baş verən iqlim dəyişiklikləri su bioloji ehtiyatlarının həcminin əhəmiyyətli dərəcədə azalmasına səbəb olub: “Xəzərin bioloji resurslarının vəziyyəti dənizlə ona tökülən çaylar arasında birbaşa əlaqədə qiymətləndirilməlidir. Hava istiliyində anomal artım, hətta qış mövsümündə də müşahidə olunur. 2010-cu ildən sonra Kür çayının illik axını, demək olar ki, 40-50 faiz azalıb, oxşar proseslər Xəzərə daxil olan çay axınının 85 faizə qədərini təmin edən Volqada da müşahidə olunur. Dəniz suyunun intensiv buxarlanması atmosfer temperaturunun iqlim artımı fonunda Xəzər dənizinin səviyyəsinin, demək olar ki, 1.5 metrə düşməsinə səbəb oldu. Buna baxmayaraq, son illərdə Kür axınının azalması səbəbindən dəniz suyu Salyana qədər çayın aşağı axar hissəsini doldurmağa başladı. Təbii ki, bunun nəticəsində yarıkeçici (çəkikimi balıq növləri) və anadromlu (nərə balıqları, qızılbalıq) balıqların kürüləməsi və təbii çoxalması üçün Kürə girməsi qeyri-mümkün olur. Bu, son 5-6 ildə müşahidə edilir və bu o deməkdir ki, balıq ehtiyatlarının təbii artırılması mümkün deyil, balıq resursları getdikcə azalır. Bütün bunlar bizi nəinki qiymətli vətəgə əhəmiyyətli balıq növlərinin, həm də Xəzərin bütün endemik balıq faunasının, biomüxtəlifliyin azalması ilə təhdid edir”. Onun sözlərinə görə, 2021-ci ilin yazında anomal yüksək hava istiliyi 2011-ci illə müqayisədə dəniz suyunun, xüsusən də səth təbəqələrində temperaturun təxminən 50 dərəcə artmasına səbəb oldu: “Yüksək temperatur, demək olar ki, sayı və biokütləsi təxminən 10 dəfə azalan Xəzər zooplanktonunun biomüxtəlifliyini yandırır. Beləliklə, kilkə və digər xırda balıqlar da daxil olmaqla, digər kiçik balıqların qida ehtiyatlarının azalması müəyyən edildi. Bu da, öz növbəsində, kilkələrlə qidalanan daha böyük balıqların – nərəkimilərin, qızılbalığın, siyənəklərin və hətta Xəzər dənizinin endemiki olan Xəzər suitisinin populyasiyalarının azalması ilə nəticələnir. Müşahidələrimiz göstərdi ki, iyul-avqust aylarında dəniz suyunun istiliyinin artması göyümtül-yaşıl yosun koloniyalarının kütləvi inkişafına və bütün Cənubi Xəzərin dərin sularında su səthinin 50 metrdən çox sahələrində çiçəklənməsinə səbəb olur. Anomal yüksək temperatur fonunda sakit havalarda bu, plankton orqanizmlərinin və balıqların həyatı üçün optimal olmayan suda həll olunmuş oksigen miqdarının azalmasına və bunun nəticəsində dənizin geniş ərazilərində balıqların kütləvi şəkildə tələf olmasına səbəb olur. Bu yay dənizin müxtəlif yerlərində, o cümlədən digər Xəzəryanı ölkələrin sularında müşahidə olunan balıqların kütləvi şəkildə ölüm hallarını xatırlayaq, çünki müəyyən etdiyimiz tədqiqat nəticələri ümumilikdə bütün Xəzər dənizi boyunca ümumi tendensiyanı xarakterizə edir və bu, həmçinin, digər Xəzəryanı ölkələrdən olan həmkarlarımızla aparılan müzakirələrlə də təsdiqlənir”. Ekspert qeyd edir ki, son 10 ildə iqlim dəyişikliyi nəticəsində Xəzərdə dəniz ekosisteminin keyfiyyətcə yeni bir vəziyyəti formalaşaraq inkişaf edir: “Apardığımız tədqiqat balıq ovu araşdırmaları, balıq ehtiyatlarının əhəmiyyətli dərəcədə azaldığını təsdiqlədi. Yaşayış yerlərinin istiliyinin artması fonunda plankton icmasının dəyişməsi Cənubi Xəzərdən müxtəlif növ balıq populyasiyalarının nisbətən daha soyuq Orta Xəzərə yenidən paylanmasına səbəb oldu. Dənizin dibə yaxın təbəqəsində yaşayan balıq növlərinin (kütüm, kefal, nərə balıqları və digərləri) qida obyektləri olan zoobentos orqanizmləri, suyun istiliyinin artması səbəbindən, daha dayaz su zonasından dənizin daha sərin olan dərin sahələrinə köçüb. Hazırda qlobal və regional iqlim dəyişiklikləri nəticəsində Xəzər ekosistemi bir zamanlar kütləvi şəkildə məskunlaşan plankton və zoobentos növlərinin yox olması, həmçinin, araşdırmalarımız nəticəsində aşkar edilmiş yeni növlərin ortaya çıxması ilə xarakterizə olunur. Əlbəttə ki, çox yaxın gələcəkdə bu, nəinki balıqların biomüxtəlifliyinin azalmasına, həm də Xəzər regionunda balıqçılığın sosial-iqtisadi vəziyyətinə təsir göstərəcək”.

Ramil QULİYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

12.10.2026 / 23:06
Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb VİDEO

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirildi...

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

12.10.2026 / 17:38
Ukraynalılar Trampın yaxınları ilə Mayami danışıqlarını vaxtından əvvəl tərk etdilər...

12.10.2026 / 17:06
Bismillah adlı şəxs - “Təkböyrəklilər ölkəsində baş verən dəhşət" ...

12.10.2026 / 16:50
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - FOTO

12.10.2026 / 16:29
Kallas Trampın Rusiya ilə dizel anlaşmasına çox aqressiv cavab verdi...

12.10.2026 / 16:20
Laos Prezidenti Bakıya gəldi - FOTO

12.10.2026 / 16:17
"Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir" - Vüqar Rəhimzadə

12.10.2026 / 16:04
Bakıda məktəb direktorunun avtomobili yandırıldı

12.10.2026 / 15:46
Ərdoğanın və Baxçalının deputatları əmlakların araşdırılması qanununa imkan vermədilər...

12.10.2026 / 15:43
ABŞ və İsrail İrana qarşı müharibənin növbəti mərhələsinə start verir...

12.10.2026 / 15:28
Azərbaycanın ilk addımı məscidlərin bərpası oldu

12.10.2026 / 15:23
Qəzənfər Paşayev: “Vahid məktəbli formasının olması çox böyük xoşbəxlikdir”

12.10.2026 / 15:19
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI

12.10.2026 / 15:16
Azərbaycanla İordaniya arasında vizasız gediş-gəliş təsdiqləndi

12.10.2026 / 14:59
Ceyran Mahmudova:"Hər bir şagirdin eyni geyim qaydalarına riayət etməsi məktəb kollektivinə mənsubiyyət hissini gücləndirir..."

12.10.2026 / 14:45
Paşinyan Cermuk və Sisyanı Amulsar qızılına bükməyə hazırlaşır...

12.10.2026 / 14:17
MŞ-nın komissiya sədri Avropa Müstəqil Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib - FOTO

12.10.2026 / 13:50
Prezident İlham Əliyev və Mehriban Əliyevanın adından Kambocanın Baş naziri və Birinci xanımının şərəfinə rəsmi nahar verilib - FOTO

12.10.2026 / 13:23
Məhəmməd Füzuli yaradıcılığında memarlıq motivləri və cizgiləri

12.10.2026 / 13:15
Bu şəxslər üçün bankdan kredit götürmək çətinləşir - yeni qaydalar açıqlandı...

12.10.2026 / 13:03
İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi... - VİDEO

12.10.2026 / 12:57
Mənsum İbrahimov:"Son günlər müzakirə olunan geyim normaları ilə bağlı qərara diqqət yetirdikdə..."

12.10.2026 / 12:55
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər

12.10.2026 / 12:04
"Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır" - Prezident

12.10.2026 / 11:53
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - Mərkəzi Bankdan YENİ QƏRAR...

12.10.2026 / 11:49
Prezident: "Kamboca ilə siyasi münasibətlərimiz güclüdür"

12.10.2026 / 11:44
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik" - Prezident İlham Əliyev

12.10.2026 / 11:43
Prezident: "Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər"

12.10.2026 / 11:35
"Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər" - Prezident

12.10.2026 / 11:34
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:33
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:31
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:25
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır" - Prezident

12.10.2026 / 11:22
Prezident: "Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"

12.10.2026 / 11:20
"Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib" - Prezident

12.10.2026 / 11:19
Prezident TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət etdi

12.10.2026 / 11:18
Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin ikinci görüşü keçirilir

12.10.2026 / 11:05
Prezident İlham Əliyev İspaniyanın Kralına məktub ünvanlayıb

12.10.2026 / 11:02
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

12.10.2026 / 10:57
Trampın yeni atəşkəs təklifi daha çox Moskvanın işinə yarayacaq - Ukraynanın yalnız bir neft zavodu var, Rusiyanın isə…

12.10.2026 / 10:54
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 10:38
İranın daxili işlər naziri Azərbaycana niyə gəlib...

12.10.2026 / 10:21
Xəzər rayonunda dörd vəzifəli şəxs cəzalandırıldı...

12.10.2026 / 10:09
Bakıda Kamboca Krallığının Baş nazirinin rəsmi qarşılanma mərasimi olub - FOTO

12.10.2026 / 09:50
"Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir" - Təhsil Şurası

12.10.2026 / 09:45
Trampın xüsusi elçiləri Rusiya səfərini buna görə təxirə saldı…

12.10.2026 / 09:20
Börnemdən 2016 “Brexit” seçkiləri barədə şok iddia - “Rusiya müdaxiləsi olub…”

12.10.2026 / 09:20
Səudiyyə husilərlə müharibədə Qərb müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmir - Ər-Riyad məyus olub…

12.10.2026 / 09:08
AIIB Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodu üçün 45 milyon dollar ayırıb

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ