çərşənbə axşamı günü, 13 oktyabr 2026
     

Azərbaycanın sosial-iqtisadi tərəqqisində regionlar ön plana çıxır...

Image


Bu gün Azərbaycan dövlətinin sosial-iqtisadi siyasətinin əsas məqsədi ölkə əhalisinin həyat səviyyəsinin, maddi gəlirlərinin, məşğulluq səviyyəsinin davamlı şəkildə yüksəldilməsi, iqtisadi artım tempinin dayanıqlığının saxlanılmasıdır. Qeyd edilən məqsədə nail olmaq üçün Azərbaycanın sosial-iqtisadi tərəqqi strategiyasında regionlarda dinamik inkişafın təmin edilməsi xüsusi diqqət mərkəzində yer alır.

 Regionlar iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını daha dinamik hala gətirir

Burada bir məqamı xüsusi vurğulamaq lazım gəlir ki, Prezident İlham Əliyev  regionların inkişafının davamlı sürətləndirilməsini özünün sosial-iqtisadi platformasının başlıca hədəflərdən biri kimi müəyyənləşdirib. Bu kontekstdə regionlarda mövcud olan əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadəni nəzərdə tutan dövlət proqramları və digər layihələr həyata keçirilir. Bunlar ilk növbədə iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirməklə yanaşı, yeni iş yerlərinin yaradılmasında, infrastruktur sahələrinin təkmilləşdirilməsində və yenilənməsində, regionların investisiya cəlbediciliyinin artırılmasında mühüm rol oynayır.

O da mühüm faktordur ki, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası ilə bağlı görülən işləri, verdiyi tapşırıqları Prezident İlham Əliyev yerində yoxlayır. Dövlət başçısının regionlara mütəmadi səfərlərinin əsas məqsədlərindən biri də məhz budur. Elə bu günlərdə onun Daşkəsən, Goranboy rayonlarına, Naftalan şəhərinə son səfərinə həm də bu kontekstdən yanaşılmalıdır. Həmin şəhər və rayonlarda dövlət başçısının Daşkəsən, Goranboy rayonlarında, Naftalan şəhərində çoxsaylı obyektlərin açılışına qatılması bir daha təsdiq edir ki, ölkə regionları hərtərəfli inkişaf edir.  Bu yerlərdə yeni infrastruktur layihələrinin, sənaye müəssisələrinin, idman obyektlərinin, yolların, içməli su və kanalizasiya xətlərinin istismara verilməsi də qeyd edilənlərin növbəti real təzahürüdür. Bütün bunların nəticəsidir ki, regionlarda, eləcə də bütün ölkədə görülən işlər sayəsində koronavirus pandemiyası səbəbindən iqtisadiyyatda qeydə alınan azalma artıq artımla əvəz olunur. Cari ilin ilk yarısının yekunları da göstərir ki, artıq Azərbaycan iqtisadiyyatı tənəzzüldən çıxıb. Dünya ölkələrinin böyük əksəriyyətinin hələ də iqtisadi tənəzzüldə olduğu bir vaxtda Azərbaycanda bu ilin ilk 6 ayında ümumi daxili məhsul istehsalı 2,1 faiz artıb. Bu prosesdə regionların da xüsusi çəkisi böyükdür. Məhz regionlarda görülən işlər hesabına iqtisadiyyatın dayanıqlı olması və şaxələndirilməsi uğurla həyata keçirilir. Bununla  sosial-iqtisadi inkişafın effektivliyi təmin edilir, dövlət büdcəsinin gəlirlərinin artırılması və bu gəlirlərin müxtəlif mənbələrdən formalaşdırılması müvəffəqiyyətlə reallaşdırılır. Onu da xüsusi olaraq vurğulamaq lazım gəlir ki, qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün ölkənin regionlarında güclü iqtisadi potensial mövcuddur. Bundan irəli gəlir ki, ölkə regionlarının, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işləri növbəti illərdə də davam etdirmək, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, bölgələrdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədilə “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” qəbul edilib. Proqramdan irəli gələn vəzifələrin yerinə yetirilməsi rgionların inkişafında yeni bir səhifə açıb.

Qarabağ və Şərqi Zəngəzur cənnətə çevriləcək...

Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri olan 44 günlük Vətən müharibəsinin nəticələri artıq regionların inkişaf siyasətində də mühüm yeniliklərin olması ilə müşayiət edilir. Söhbət ilk olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarından gedir.

Xatırladaq ki, azad edilən ərazilər məhz bu iqtisadi rayonların tərkibindədir. İndi bu yerlərin bərpası istiqamətində Azərbaycan genişmiqyaslı işlər görür. Abşeron rayonunda şəhid ailələrinin üzvləri, müharibə əlilləri və Vətən müharibəsi qəhrəmanları ilə görüşündə bu məsələyə toxunan Prezident İlham Əliyev qeyd edib: “Biz Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək üçün xüsusi proqram qəbul etdik. Bu proqram bir neçə ili əhatə edir və birinci il - 2021-ci il üçün proqram icra olunur. Bu gün o bölgələrdə gedən quruculuq-abadlıq işləri göz önündədir. Bir çoxları üçün bu, çox gözlənilməz oldu və bəziləri təəccüb edirlər ki, biz bu işləri belə yüksək templərlə görürük. Əlbəttə, burada təkcə maliyyə vəsaiti kifayət etməz. Gərək bu genişmiqyaslı layihələri icra etmək üçün texniki imkanlar olsun, kadr potensialı olsun, daxili resurslar olsun. Biz bütün bu gücləri səfərbər etmişik və bu gün erməni vəhşiliyinin fəsadlarını aradan qaldırırıq. Mən demişdim, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Biz bunu edəcəyik”.

Azərbaycanın digər regionlarında olduğu kimi, Qarabağ və Şərqi Zəngəzurda kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, emal sənayesinin intensiv inkişaf yoluna qədəm qoyması proqnozlaşdırılır. Bu yerlərdə də dövlət dəstəyi mexanizmləri Qarabağ və Şərqi Zəngəzurda regional inkişafın sürətlənməsində mühüm rol oynayacaq. Bütövlükdə isə regionlarda iqtisadi aktivliyin artması büdcə gəlirlərinin regional diversifikasiyasına müsbət təsir göstərir, digər tərəfdən isə bölkgələrin maliyyə imkanlarının yaxşılaşmasına, bu yerlərdə insanların maddi rifah halının yüksəlməsinə əsas verir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur.

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

12.10.2026 / 23:06
Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb VİDEO

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirildi...

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

12.10.2026 / 17:38
Ukraynalılar Trampın yaxınları ilə Mayami danışıqlarını vaxtından əvvəl tərk etdilər...

12.10.2026 / 17:06
Bismillah adlı şəxs - “Təkböyrəklilər ölkəsində baş verən dəhşət" ...

12.10.2026 / 16:50
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - FOTO

12.10.2026 / 16:29
Kallas Trampın Rusiya ilə dizel anlaşmasına çox aqressiv cavab verdi...

12.10.2026 / 16:20
Laos Prezidenti Bakıya gəldi - FOTO

12.10.2026 / 16:17
"Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir" - Vüqar Rəhimzadə

12.10.2026 / 16:04
Bakıda məktəb direktorunun avtomobili yandırıldı

12.10.2026 / 15:46
Ərdoğanın və Baxçalının deputatları əmlakların araşdırılması qanununa imkan vermədilər...

12.10.2026 / 15:43
ABŞ və İsrail İrana qarşı müharibənin növbəti mərhələsinə start verir...

12.10.2026 / 15:28
Azərbaycanın ilk addımı məscidlərin bərpası oldu

12.10.2026 / 15:23
Qəzənfər Paşayev: “Vahid məktəbli formasının olması çox böyük xoşbəxlikdir”

12.10.2026 / 15:19
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI

12.10.2026 / 15:16
Azərbaycanla İordaniya arasında vizasız gediş-gəliş təsdiqləndi

12.10.2026 / 14:59
Ceyran Mahmudova:"Hər bir şagirdin eyni geyim qaydalarına riayət etməsi məktəb kollektivinə mənsubiyyət hissini gücləndirir..."

12.10.2026 / 14:45
Paşinyan Cermuk və Sisyanı Amulsar qızılına bükməyə hazırlaşır...

12.10.2026 / 14:17
MŞ-nın komissiya sədri Avropa Müstəqil Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib - FOTO

12.10.2026 / 13:50
Prezident İlham Əliyev və Mehriban Əliyevanın adından Kambocanın Baş naziri və Birinci xanımının şərəfinə rəsmi nahar verilib - FOTO

12.10.2026 / 13:23
Məhəmməd Füzuli yaradıcılığında memarlıq motivləri və cizgiləri

12.10.2026 / 13:15
Bu şəxslər üçün bankdan kredit götürmək çətinləşir - yeni qaydalar açıqlandı...

12.10.2026 / 13:03
İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi... - VİDEO

12.10.2026 / 12:57
Mənsum İbrahimov:"Son günlər müzakirə olunan geyim normaları ilə bağlı qərara diqqət yetirdikdə..."

12.10.2026 / 12:55
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər

12.10.2026 / 12:04
"Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır" - Prezident

12.10.2026 / 11:53
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - Mərkəzi Bankdan YENİ QƏRAR...

12.10.2026 / 11:49
Prezident: "Kamboca ilə siyasi münasibətlərimiz güclüdür"

12.10.2026 / 11:44
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik" - Prezident İlham Əliyev

12.10.2026 / 11:43
Prezident: "Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər"

12.10.2026 / 11:35
"Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər" - Prezident

12.10.2026 / 11:34
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:33
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:31
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:25
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır" - Prezident

12.10.2026 / 11:22
Prezident: "Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"

12.10.2026 / 11:20
"Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib" - Prezident

12.10.2026 / 11:19
Prezident TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət etdi

12.10.2026 / 11:18
Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin ikinci görüşü keçirilir

12.10.2026 / 11:05
Prezident İlham Əliyev İspaniyanın Kralına məktub ünvanlayıb

12.10.2026 / 11:02
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

12.10.2026 / 10:57
Trampın yeni atəşkəs təklifi daha çox Moskvanın işinə yarayacaq - Ukraynanın yalnız bir neft zavodu var, Rusiyanın isə…

12.10.2026 / 10:54
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 10:38
İranın daxili işlər naziri Azərbaycana niyə gəlib...

12.10.2026 / 10:21
Xəzər rayonunda dörd vəzifəli şəxs cəzalandırıldı...

12.10.2026 / 10:09
Bakıda Kamboca Krallığının Baş nazirinin rəsmi qarşılanma mərasimi olub - FOTO

12.10.2026 / 09:50
"Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir" - Təhsil Şurası

12.10.2026 / 09:45
Trampın xüsusi elçiləri Rusiya səfərini buna görə təxirə saldı…

12.10.2026 / 09:20
Börnemdən 2016 “Brexit” seçkiləri barədə şok iddia - “Rusiya müdaxiləsi olub…”

12.10.2026 / 09:20
Səudiyyə husilərlə müharibədə Qərb müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmir - Ər-Riyad məyus olub…

12.10.2026 / 09:08
AIIB Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodu üçün 45 milyon dollar ayırıb

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ