Cümə günü, 02 oktyabr 2026
     

ABŞ və Çin dünya iqtisadiyyatını yeni təhdidə doğru sürükləyir...

Image


ABŞ və Çin arasında yenidən gərginləşməkdə olan münasibətlər dünya iqtisadiyyatı üçün növbəti dəfə ciddi təhdid yarada bilər. Ekspertlər hesab edir ki, koronavirus pandemiyası səbəbindən ciddi çətinlik yaşayan dünya iqtisadiyyatı ABŞ və Çin arasında yeni gərginlik səbəbindən daha ciddi çətinliklərlə üzləşəcək. Yeri gəlmişkən qeyd edək ki, ABŞ və Çinin yeni gərginliyinə də məhz koronavirus səbəb olmaqdadır.

 Məsələ burasındadır ki, ABŞ prezidenti Co Bayden mayın 26-da Birləşmiş Ştatların kəşfiyyat orqanlarına COVID-19 pandemiyasının mənşəyinin araşdırılması səylərini ikiqat artırmağı və növbəti üç ay ərzində nəticə əldə etməyi tapşırıb. Bayden bildirib ki, dünya boyunca 3.5 milyondan çox insanın həyatına son qoymuş bu virusun insanın infeksiyalı heyvanla təması və ya laboratoriya qəzası nəticəsində yayılmasına dair kifayət qədər dəlil yoxdur. O qeyd edir ki, ABŞ kəşfiyyat icması hər iki versiya barədə kifayət qədər dəlilin olmaması qənaətindədir: “Kəşfiyyat orqanları qəti nəticəyə gəlinməsi üçün məlumat toplanması və onun analizi sahəsində səylərini ikiqat artırmalı, nəticə barədə növbəti 90 gün ərzində mənə məruzə etməlidirlər”. O, ABŞ-ın milli laboratoriyalarını bu təhqiqata dəstək verməyə çağırıb. Co Bayden koronavirus infeksiyasının ilk dəfə qaynaqlandığı Çinin hakimiyyət orqanlarına müraciət edərək, onları pandemiyanın mənşəyinə dair beynəlxalq təhqiqatlarla əməkdaşlığa çağırıb. ABŞ prezidenti etiraf edib ki, Çin hökumətinin beynəlxalq araşdırmalarla əməkdaşlıqdan imtina etməsinə görə son nəticəyə gəlinməməsi də mümkündür. Bayden vurğulayıb ki, epidemiyanın ilk aylarında müfəttişlərin bölgəyə girişinə imkan verilməməsi dəqiq nəticənin əldə olunmasına maneçilik törədir. Onun sözlərinə görə, ABŞ onun mövqeyində olan partnyorlarla birlikdə tam, şəffaf, dəlillərə əsaslanan beynəlxalıq təhqiqata qatılması üçün Çinə təzyiqləri davam etdirəcək.

Digər ABŞ rəsmiləri də bildirir ki, Çin koronavirusun mənşəyini araşdıran beynəlxalq komissiyanın işlədiyi vaxt tam səmimi olmayıb. Ağ Evin müşavirlərindən Endi Slavitt qeyd edib: "Biz nəticənin necə olacağından asılı olmayaraq, baş verənlərin kökünə çatmalıyıq. Bizə bu işdə Çinin tam açıqlığı lazımdır. Bizə bu işdə Ümumdünya Səhiyyə Təşkilatının köməyi lazımdır. Biz hazırda bunu hiss etmirik”. İndiyədək əsas sayılan rəsmi versiyaya görə, koronavirus insanlara vəhşi heyvanların ətindən keçib, həmin heyvanlar isə virusa yarasalardan yoluxub. Epidemiyanın başlandığı Çinin Uhan şəhərində virusoloji laboratoriyanın olmasına görə virusun buradan ehtiyatsızlıq üzündən yayıla biləcəyinə dair versiyanı bir çox ölkələrdə bir çox ekspertlər rədd edib. Ümumdünya Səhiyyə Təşkilatının bu ilin əvvəllərində Uhanda araşdırma aparan ekspert qrupu da bu nəticəyə gəlmişdi ki, virus heyvanlardan insana keçə bilərdi.  Bununla yanaşı, ötən payızda ABŞ Dövlət Departamenti pandemiya ilə bağlı öz araşdırmasına başlamışdı. CNN telekanalının verdiyi məlumata görə, Dövlət Departamentinin diqqətini, xüsusilə də Uhandakı institutun Çin ordusu ilə bağları cəlb etmişdi. Bu təhqiqat ilkin nəticələrin əsaslı olmasına dair şübhələrə görə Co Bayden administrasiyası tərəfindən dayandırılmışdı. “The Wall Street Journal” qəzeti mayın 23-də ABŞ kəşfiyyatının hesabatı olduğu iddia edilən sənədi dərc etmişdi. Bu sənəddə deyilirdi ki, Uhan institutunun əməkdaşları arasında hələ 2019-cu ilin noyabrında koronavirus simptomları ilə xəstələnənlər olub. Rəsmi Pekin ilk yoluxmaların həmin ilin dekabr ayının sonlarında qeydə alındığında israr edir. “The Washington Post” qəzeti yazır ki, virusun təbii mənşəyini aşkarlamaq cəhdləri alınmayıb: “İkincisi, ilkin dönəmdə laboratoriyadan sızma versiyası virusun biosilah kimi yaradılması spekulyasiyası ilə qarışırdı. Buna görə də alimlər asanlıqla laboratoriya versiyasını kənara qoyurdular. Amma Çin tərəfdən şəffaflığın olmaması, Uhandakı laboratoriyaya diqqətin artması bəzi alimləri bu versiyanı çıxdaş etməkdə tələsdiklərini dilə gətirməyə vadar edib. Vaxtilə Senator Tom Koton Uhandakı laboratoriyanı göstərərək Çindən cavab tələb edirdi. O haqlı çıxarsa, adı tarix kitablarına düşəcək. Tramp administrasiyası laboratoriya ssenarisini üzə çıxarmağa çalışsa da, yalnız ümumi, o qədər də aydın olmayan kəşfiyyata istinad edirdi. Digər tərəfdən, Tramp administrasiyasının mesajı arxasında antiçin ritorikası dayanırdı.

Laboratoriyadan sızma versiyası ilə bağlı ən son hadisə 18 tanınmış alimin “Science” jurnalına məktubu oldu. Onların fikrincə, yeni araşdırma lazımdır, çünki həm laboratoriyadan təsadüfi sızma, həm də heyvanlar vasitəsilə yayılma versiyaları ağlabatandır”. Çin ABŞ-ın iddialarını yenidən rədd edir. Amma fakt odur ki, virus səbəbindən ABŞ və Çin arasında yenidən gərginlik yaranır və bu, tərəflərin iqtisadi münasibətlərinə təsir edir.  ABŞ və Çin arasında şiddətlənməkdə olan qarşıdurmanın dünya iqtisadiyyatında hansı şoklar yaradacağı indi beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Belə fikirlər səslənir ki, tərəflər mövqelərindən geri çəkilməsə, dünya iqtisadiyyatında yeni böhranın yaşanması qaçılmaz olacaq. Çünki ABŞ və Çin hazırda dünyada ən böyük iqtisadiyyata malik birinci-ikinci yerləri bölüşən ölkələrdir. Dünya iqtisadiyyatının az qala yarısı onların payına düşür. Bu mənada, iki ölkənin gərginləşən münasibətlərinin qlobal iqtisadi böhşrana rəvac verməsi heç də istisnalıq təşkil etmir. Yeri gəlmişkən qeyd edək ki, hər iki ölkənin Azərbaycanın da yerləşdiyi Cənubi Qafqaza marağı əhəmiyyətli dərəcədə artıb. Xüsusən də istər Çinin, istərsə də ABŞ-ın regionun əsas dövləti olan Azərbaycanla iqtisadi münasibətlərə indi daha çox diqqət yetirməsi aydın müşahidə olunur. Bunu ABŞ və Çin liderlərinin respublika günü münasibətilə Prezident İlham Əliyevə göndərdikləri təbrik məktublarından da görmək olar.

Ümumiyyətlə, Qafqazda vəziyyət belədir ki, Ermənistan burada hansısa iqtisadi çəkiyə malik olmadığından, onunla əməkdaşlıq digər ölkələr, o cümlədən ABŞ və Çin üçün arxa plandadır. Qonşu Gürcüstan isə daha çox ABŞ-a meyllənir. Amma region iqtisadiyatının böyük hissəsinə malik Azərbaycanla vəziyyət fərqlidir. Çin və ABŞ indilikdə Azərbaycanla iqtisadi əlaqələri daha da dərinləşdirməyə can atır. Azərbaycan isə hər iki ölkə ilə iqtisadi əməkdaşılığı genişləndirməkdə maraqlıdır və tərəflərin hər birinə münasibətdə neytral siyasət yürüdür. Belə görünür ki, Bakının bu yanaşmasından Pekin və Vaşinqton özləri də razıdır və tərəflərin hər ikisi, ticarət müharibəsinə rəğmən, Azərbaycanla əlaqələri daha sürətlə inkişaf etdirəcək. Bu fonda Azərbaycan da ABŞ və Çin arasında hər hansı gərginliyin yaranmasında maraqlı deyil.

Ramil QULİYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Prezident İlham Əliyev: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ