Cümə günü, 02 oktyabr 2026
     

Azərbaycan Ukrayna üçün strateji əhəmiyyətli ölkəyə çevrilir...

Image


Bu gün Ukrayna enerji bazarında Azərbaycan getdikcə daha mühüm mövqe sahibinə çevrilməkdədir. Belə görünür ki, qarşıdakı dövrdə Azərbaycanın Ukraynanın enerji təminatənda rolu daha da artacaq.

Qeyd edək ki, Azərbaycan hazırda Ukraynaya neft ixrac edən yeganə ölkədir. Bu ilin yanvar–aprel ayları ərzində Ukrayna 142,6 milyon  dollar məbləğində 377,38 min ton neft idxal edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 16,2 % azdır. Dəyər baxımından isə il ərzində 18,4 % azalma qeydə alınıb. Ukrayna Dövlət Gömrük Xidmətinin bu barədəki açıqlamasına görə, hesabat dövründə idxal edilən neftin hamısı Azərbaycandan tədarük olunub. Hadisələrin inkişafı göstərir ki, Azərbaycan təbii qaz məsələsində də Ukraynada hakim mövqe tuta bilər. Xüsusən də “Şimal axını-2” qaz kəməri ətrafında baş verənlər bunu qaçılmaz edir. Məsələ burasındadır ki, ABŞ “Şimal axını-2” kəmərinə sanksiya tətbiqini dayandırır. Prezident Co Bayden bu xüsusda bildirir: “ABŞ administrasiyası “Şimal axını-2” qaz layihəsinə sanksiyaları ona görə dayandırmağa qərar verdi ki, layihə demək olar tamamlanıb və sanksiyalar Avropa müttəfiqləri ilə münasibətlərə ziyan vurardı. Bu, heç də mənim Almaniyaya nəyisə icazə verib-verməyəcəyim məsələ deyil. Hazırda irəli gedərək sanksiyalar tətbiq etmək, məncə, Avropa ilə münasibətlərimizə əks təsir göstərərdi”. Dövlət Departamentinin bildirməsinə görə, kəməri çəkən Rusiya şirkəti və onun almaniyalı baş icraçı direktoru, Rusiya prezidenti Vladimir Putinin müttəfiqi olan Matias Varninq sanksiya tətbiq olunası fəaliyyətlə məşğul olublar. Amma Bayden administrasiyası ABŞ-ın milli maraqlarına uyğun olmadığı üçün sanksiyaları dayandırır. Bu addım Vaşinqtonun özündə respublikaçıların və bəzi demokratların tənqidinə səbəb olub. İndi məlumatlar gəzir ki, 95 faizi tamamlanmış kəmər sentyabrda tam hazır ola bilər. Keçmiş prezident Donald Tramp administrasiyası dövründə isə “Şimal axını-2”  Berlinlə Vaşinqton arasında siyasi mübahisə mövzusu idi. Yanvarda vəzifəyə keçən Bayden isə artıq fərqli mövqe sərgiləyir və Avropa ilə münasibətləri düzəltməyə çalışır. Bununla belə, ABŞ rəsmilərinin fikrincə, bu kəmər Avropanı Rusiyanın enerji təchizatından daha çox asılı edəcək və qaz tranzit haqlarından asılı Ukraynadan yan keçəcək. Almaniya hökuməti layihəni dayandırmaqdan imtina edib, bunun kommersiya və suveren məsələ olduğunu deyib. Bütün bunlar Ukraynanı narahat edir. Kiyev hesab edir ki, “Şimal axını-2” işə düşdükdən sonra Rusiya Ukrayna ərazisi ilə qaz nəql etməyəcək. Bu, Ukrayananı böyük gəlirdən məhrum edəcək və qaz təminatında yeni problemlər yaradacaq. Ukraynanın sabiq xarici işlər naziri Pavel Klimkin də "Espresso" telekanalına müsahibəsində bildirib ki, Ukrayna hazırda Avropa üçün strateji əhəmiyyət daşıyan Rusiya qazının tranzitçisidirsə, “Şimal axını-2”nin istismara başlaması ölkənin statusunu dəyişəcək. O bildirib ki, bu, Ukrayna üçün böyük risqdir: "İki həftə əvvəl ABŞ dövlət katibi Entoni Blinken Ukraynaya gəlmişdi və o zaman ABŞ-ın “Şimal axını-2” operatoruna sanksiya barədə məsələ qaldırılmamışdı. Blinken bunu Ukraynaya səfəri zamanı ölkəmizin rəhbərliyinə deməyibsə, bu, Ukrayna-Amerika münasibətlərində inam böhranının başlaması deməkdir". Bu şəraitdə Ukrayna qaz təchizatında da problemlə üzləşəcəyini istisna etmir. Elə bununla bağlı Azərbaycan qazının Ukraynaya nəqli də aktuallaşır. Artıq müəyyən müddətdir Azərbaycan təbii qazının Ukraynaya sıxılmış və ya maye vəziyyətində nəqli imkanları müzakirə edilir. Bundan başqa, “Cənub Qaz Dəhlizi”ndən Ukraynanın qaz idxalı da ötən ildən gündəmdədir. Ukrayna prezidenti Vladimir Zelenski və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hələ ötən il Xəzərin Azərbaycana aid yataqlarından təbii qazın tədarükünə dair danışıqlar aparıb. Ukrayna prezidenti o vaxt bildirirdi: “Bizim üçün enerji daşıyıcılarının nəql yollarının şaxələndirilməsi mühüm məsələdir. Belə ki, Xəzər qazının TANAP boru kəməri ilə müvafiq bağlantılar vasitəsilə Ukraynaya nəql olunması barədə müzakirə apardıq”.  Ekspertlər bildirir ki, bu ilin ikinci yarısında Azərbaycan qazı Bolqarıstana nəql ediləcək. Bu fonda “Türk axını” qaz kəməri işə salınandan sonra bu kəməri revers işlətməklə Bolqarıstandan Azərbaycan qazını Ukraynaya nəql etmək problem deyil. Amma Azərbaycan təbii qazının TANAP vasitəsilə Ukraynaya nəql edilməsi üçün alqı-satqı müqaviləsi imzalanmalıdır. Yəni bunun üçün Ukrayna təbii qazın sahibi ilə müqavilə imzalamalıdır. Bu qazın sahibi isə SOCAR və Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən digər yataqların operatorlarıdır. Bu gün Ukraynaya Azərbaycan qazının nəql edilməsi üçün bütün infrastruktur mövcuddur və bu nəqletmə mümkündür.

Ramil QULİYEV

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Prezident İlham Əliyev: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ