çərşənbə günü, 14 oktyabr 2026
     

Azərbaycan avronun bahalaşmasından həm qazanır, həm də itirir...

Image


Dünya birjalarında, eləcə də Azərbaycanda əsas valyuta növlərindən biri sayılan avro son aylarda durmadan bahalaşır və prosesin hələ bir müddət davam etməsi gözlənilir. İlk növbədə ona görə ki, Avropa Mərkəzi Bankı əsas faiz dərəcələrini və geniş istiqraz satınalma proqramının həcmini dəyişməyərək, koronavirus pandemiyasının iqtisadi təsirlərini yumşaltmaq üçün qəbul edilmiş genişmiqyaslı stimullaşdırma paketinə dəyişiklik etməyib.

Avrozonada nəzərəçarpacaq dərəcədə zəif inflyasiya və avronun dəyərində ciddi artım olmasına baxmayaraq, qurumun İdarəedici Şürasının iclasının yekununda pul-kredit siyasətinin mövcud parametrlərinin qorunub saxlanmasına qərar verilib. Digər tərəfdən, bazarlar Avropa Mərkəzi Bankının avrozonada iqtisadi aktivliyin bərpa olunmasına dair əminliyinə reaksiya göstərdiyindən, avro dollara nisbətdə bahalaşmağa davam edib. Qurumun prezidenti Kristin Laqardın sözlərinə görə, avrozonada əvvəlki gözləntilərə uyğun olaraq, iqtisadi aktivlikdə güclü canlanma var: “İstehsalat sektorundakı aktivlik yaxşılaşmağa davam edərkən, xidmət sektorundakı dinamika son zamanlar bir qədər yavaşlayıb”. Avropa Mərkəzi Bankının pul-kredit siyasətini korrektə etməyə hazır olduğunu qeyd edən Laqard bildirib ki, İdarəedici Şüra, avronun məzənnəsindəki dəyişikliklər də daxil olmaqla, əldə edilən məlumatları ortamüddətli inflyasiya gözləntilərinə təsir edəcək dərəcədə diqqətlə qiymətləndirəcək. İndilikdə Avropa Mərkəzi Bankının məzənnə sabitliyindən çox qiymət sabitliyini hədəf alması səbəbindən son aylarda avronun dəyəri xeyli artıb, elə təkcə iyul ayında bu artım 4%-dən çox olub. Mart ayından bəri Avropa valyutası dollar qarşısında 10% bahalaşıb. Bu da avrozona iqtisadiyyatına olan inamı və ABŞ Federal Ehtiyat Sisteminin çevik inflyasiya hədəfləmə siyasətinə keçmək qərarından sonra dolların zəifliyini əks etdirir.

Baş verənlər Azərbaycanda da avronun bahalaşması ilə özünü göstərir. Burada bir daha xatırladaq ki, Azərbaycanda valyuta siyasəti inzibati qaydada tənzimləndiyi üçün əsas hədəf dollar-manat məzənnəsi ilə götürülür. Hökumətin və Mərkəzi Bankın qərarı əsasında dolların məzənnəsi hazırda 1,70 manat səviyyəsində sabit saxlanılır. Manatın digər valyutalara nisbətən məzənnəsi məhz dollar-manat münasibətləri əsasında çarpaz məzənnə ilə hesablanır və dolların dünyada digər valyutalara nisbətən enməsi və qalxması ilə tənzimlənir. Bu halda məlumdur ki, dolların məzənnəsi dünya birjalarında həm avro, həm də bir neçə digər əsas valyutalara qarşı dəyər itirir. Əsas səbəb isə ABŞ-da virusun qarşısının alınmasında müəyyən problemlərin olması, gündəlik yoluxma sayının 50-60 min hədlərinə çatması, ABŞ iqtisadiyyatında ciddi daralmanın müşahidə olunmasıdır. Həmçinin bu, Federal Ehtiyat Sisteminin və ABŞ hökumətinin bilərəkdən apardığı bir siyasətdir. Çünki dolların ucuzlaşması ABŞ iqtisadiyyatına dəstək göstərir, ixracat potensialını artırır və ABŞ mallarının xaricə ixracını cəlbedici hala gətirir. Buna görə də, son zamanlar dollar-avro nisbətində də kifayət qədər ciddi dəyişikliklər yaşanır. Belə vəziyyətdə Azərbaycanda manat-dollar nisbəti dəyişmədiyi üçün bu, avronun məzənnəsində özünü göstərir. Yəni dolların avro qarşısında itirdiyi dəyər manat-avro məzənnəsi əsasında çarpaz məzənnə sistemi ilə hesablanaraq avronun üzərinə gəlinir. Ekspertlər bildirir ki, Azərbaycanda tam üzən məzənnə rejimi tətbiq olunsaydı, dünya birjalarında dolların ucuzlaşması ölkəmizdə də dolların ucuzlaşmasına səbəb olardı. Hazırda ölkəmizdə sabit məzənnə rejimi tətbiq olunduğu üçün dolların məzənnəsi dəyişmir və çox güman ki, yaxın gələcəkdə də bu sabit məzənnə rejimi davam edəcək. Bu səbəbdən dolların avro qarşısında və digər valyutalar qarşısında dəyişən məzənnəsi digər valyutaların manata olan məzənnəsində öz əksini tapacaq. Avronun bahalaşması isə Avropadan gələn məhsulların qiymətində özünü göstərir. Ölkədə Avropadan idxal olunan məhsulların qiymətlərində artımlar müşahidə edilməkdədir. Satıcılar bahalaşmanı Avropa ölkələrinin birjalarında baş verən proseslər, eləcə də avronun məzənnəsi ilə bağlayırlar. Bu səbəbdən, avronun manata nisbətən yüksəlməsi Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşmür. Düzdür, bu, avro ilə saxlanan valyuta ehtiyatlarının manatla ifadədə artmasına səbəb olur. Yəni avronun məzənnəsində müşahidə olunan artım Neft Fondunda saxlanan vəsaitlərin də artmasına səbəb olacaq. Bununla yanaşı, avronun məzənnəsinin yüksəlməsi avrozonadan Azərbaycana idxal edilən məhsulların qiymətinin artmasına gətirib çıxarır. Bu isə Avropa mallarının Azərbaycanda daha baha satılmasına səbəb olur. Məsələn, artıq avtomobil biznesi ilə məşğul olanlar bildirir ki, avronun bahalaşması nəticəsində Azərbaycana Avropadan gətirilən maşınların bahalaşması qeydə alınır. Bahalaşma Azərbaycana Avropadan gətirilən ehtiyat hissələrində də müşahidə olunur. Halbuki, Asiya ölkələrindən gətirilən, o cümlədən Cənubi Koreya və Yaponiya avtomobillərinin ehtiyat hissələrinin qiymətində hər hansı dəyişiklik yoxdur. Bununla yanaşı, avroda son məzənnə yüksəlmələri bir sıra xidmətlərin də qiymətinin artmasına gətirib çıxarır.

Ramil QULİYEV

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

13.10.2026 / 19:36
Azərbaycanın ASAN brendi Asiyanı “işğal edir”...

13.10.2026 / 19:21
“Azərbaycana təzyiqlər artır” - Prezident demişdi axı, üstəlik səbəb də göstərmişdi...

13.10.2026 / 18:22
ABŞ Konqresi Tramp-Putin razılaşmasını ləğv edə bilər...

13.10.2026 / 18:04
İqtisadi Şuranın növbəti iclası keçirilib - FOTO

13.10.2026 / 17:47
Prezident İlham Əliyevin sosial media hesablarında Laos Prezidentinin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb

13.10.2026 / 17:38
"Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var" - QMİ sədri

13.10.2026 / 17:21
Qara dənizdə hücuma məruz qalan gəmidəki 8 Azərbaycan vətəndaşı xilas edilib

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ