çərşənbə günü, 14 oktyabr 2026
     

“Dollar bahalaşacaq” mülahizələri cəmiyyəti bürüyür – nə qədər əsaslıdır…

Image


Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) yaydığı məlumatda deyilir ki, 2020-ci ilin avqust ayı ərzində fond tərəfindən valyuta hərraclarında 478 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Bildirilir ki, avqustda valyuta satışında iyul ayı ilə müqayisədə 7,3 faiz azalma qeydə alınıb. Belə ki, 2020-ci ilin iyul ayı ərzində ARDNF tərəfindən 515,5 mln. dollar məbləğində vəsait satılıb. Bu ilin yanvar-avqust aylarında ARDNF tərəfindən 5 003,7 mln. dollar məbləğində vəsait satılıb ki, bu da illik ifadədə 28,5 faiz çoxdur.

Heç şübhəsiz ki, bu ilin mart ayında Mərkəzi Bankın kommersiya banklarına valyuta satışı ilə bağlı verdiyi tapşırıqlar da dollar satışına təsirsiz ötüşməyib. Belə ki, sözügedən sənədə görə, banklar bir müştəriyə 15 min manat ekvivalentindən (8823 dollardan) yüksək məbləğdə dollar satmamalıdırlar. Digər bir məhdudiyyətə görə, 500 dollardan yuxarı mübadilə zamanı müştəri haqqında xüsusi forma doldurulur.

Onu da qeyd edək ki, son zamanlar Azərbaycanda dolların bahalaşmasına dair iddialar dolaşır. Maraqlıdır, Azərbaycanda dollar hansı həddə qədər bahalaşa bilər? Danılmaz faktdır ki, manat uzun müddətdir sabitliyini qoruyub saxlayır. Hazırkı şəraitdə dolların məzənnəsinin yüksəlməsi ehtimalı varmı?

  • Ruslan Atakişiyev: “Dövlət mövcud olan məzənnəni stabil saxlamaq marağındadır, çünki…”

İqtisadçı-ekspert Ruslan Atakişiyev bildirdi ki, bu gün milli valyutamızın dollara qarşı məzənnəsi tənzimlənən kursdur. Onun sözlərinə görə, Azərbaycan manatının dollar qarşısında həqiqi dəyərinin nə qədər olduğunu bilmirik: “Bunu bilmək üçün üzən məzənnəyə keçməliyik. Bu gün yenə də devalvasiya təhlükəsi qalmaqdadır. Təbii ki, beynəlxalq geoiqtisadi proseslərdən asılı olaraq, təzyiq gah artır, gah da azalır. 2015-ci ildə 2 devalvasiya olandan sonra belə qəbul olundu ki, Azərbaycanın milli valyutası üzən məzənnəyə keçsin. Lakin 2016-cı ilin əvvəlində baş verən sosial-iqtisadi proseslər manatın üzən yox, tənzimlənən məzənnəyə keçməsinə şərait yaratdı. 2020-ci ilin martından gördük ki, Azərbaycan manatına devalvasiya təhlükəsi yaransa da, Mərkəzi Bankın valyuta ehtiyatlarının satışa çıxarılması nəticəsində əhali həmin valyutaları aldı. Bununla da devalvasiya baş vermədi və mövcud olan formalaşmış məzənnə qaldı”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, Azərbaycanın iqtisadi inkişaf konsepsiyasına baxanda görürük ki, dövlət mövcud olan məzənnəni stabil saxlamaq marağındadır: “Çünki dəyişən məzənnə sahibkarlıq və investisiya mühitinə təsir göstərir, sahibkarların risqini artırır. Ona görə də dövlət sahibkarlığın inkişafı üçün həm investorlar, həm də iş adamlarında etimadlı mühit formalaşdırmağa çalışır. Etimadlı mühitin də əsas amillərindən biri milli valyutanın stabil məzənnəsinin qorunub saxlanmasıdır. Ona görə də iqtisadi baxımdan təhlükələr olsa da, dövlət məzənnənin tənzimlənmə siyasəti nəticəsində dolların bahalaşmasına getməyəcək”.

  • Samir Əliyev: “…bu ilin avqust ayında son 3 ildə ən aşağı həddə dollar satılıb”

İqtisadçı-ekspert Samir Əliyev isə bildirdi ki, ötən ilin avqust ayında Dövlət Neft Fondu tərəfindən valyuta satışı bu ilin avqust ayı ilə müqayisədə az qala iki dəfə çox olub: “Yəni keçən il dollar satışı 815 milyondan bir qədər çox olub. Təbii ki, az satışın səbəbi dollara olan tələbatın azalmasıdır. Azalma dedikdə bu o demək deyil ki, camaatın tələbatı azdır. Sadəcə olaraq, Mərkəzi Bankın atdığı bir sıra addımlar nəticəsində inzibatı olaraq dollara tələbat azalıb. Bundan başqa, bildiyiniz kimi, hazırda əsasən dərman preparatları və ərzaq məhsulları üzrə idxala yaşıl işıq yandırılıb. Digər sahələrdə isə bir sıra məhdudiyyətlər var. Məhz bu amil də dollara olan tələbatı azaldır. Digər tərəfdən, məlumdur ki, vətəndaşlar dollar aldıqda onun qeydiyyatı aparılır, il ərzində limit qoyulub və 20 min manatdan artıq dollar almağa qoymurlar. Yəni bu da vətəndaşların dollar almasını məhdudlaşdırır. Bir qayda olaraq, ölkədə yay aylarında dollara tələbat artır. Bunun da səbəbi  turizmlə bağlıdır. Yəni vətəndaşlar yay aylarında turist qismində xarici ölkələrə gedirlər və bu zaman özlərilə dollar aparırlar. Hazırda bu, demək olar ki, yoxdur, minimuma enib. Odur ki, qeyd etdiyim səbəblərə görə dollara tələbat azalıb. Hətta bu ilin avqust ayında son 3 ildə ən aşağı həddə dollar satılıb”.

Günel CƏLİLOVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

13.10.2026 / 19:36
Azərbaycanın ASAN brendi Asiyanı “işğal edir”...

13.10.2026 / 19:21
“Azərbaycana təzyiqlər artır” - Prezident demişdi axı, üstəlik səbəb də göstərmişdi...

13.10.2026 / 18:22
ABŞ Konqresi Tramp-Putin razılaşmasını ləğv edə bilər...

13.10.2026 / 18:04
İqtisadi Şuranın növbəti iclası keçirilib - FOTO

13.10.2026 / 17:47
Prezident İlham Əliyevin sosial media hesablarında Laos Prezidentinin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb

13.10.2026 / 17:38
"Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var" - QMİ sədri

13.10.2026 / 17:21
Qara dənizdə hücuma məruz qalan gəmidəki 8 Azərbaycan vətəndaşı xilas edilib

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ