Nəsimi rayon İcra Hakimiyyətindən “Bakı Xəbər”ə verilən məlumata görə, rayonda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş voleybol üzrə turnir keçirilib. 4-7 dekabr 2017-ci il tarixdə keçirilən voleybol turniri təhsil müəssisələrinin idman klubları arasında təşkil edilib. Turnirdə 10 voleybol komandası iştirak edib.
Azərbaycan Voleybol Federasiyasının idman zalinda dekabrın 7-də final yarışları keçirilib. Final yarışında Azərbaycan Tibb Universiteti ilə Azərbaycan Dillər Universitetinin komandaları rəqabət aparıb. Gərgin və maraqlı oyun nəticəsində Azərbaycan Tibb Universitetinin komandası qalib gəlib. Beləliklə, Azərbaycan Tibb Universitetinin komandası birinci, Azərbaycan Dillər Universitetinin komandası ikinci və Azərbaycan Neft və Sənaye Universitetinin komandası üçüncü yerə layiq görülüb. Qaliblər Rayon İcra Hakimiyyəti tərəfindən kubok, medal və hədiyyələrlə mükafatlandırılıb. Mukafatlandırma mərasimində Nəsimi rayon İcra hakimiyyətinin aşçısı Asif Əsgərov və Azərbaycan Voleybol Federasiyasının baş məqçisi Faiq Qarayev qalib komandaları təbrik edərək onlara idman yarışlarında hər zaman qalib olmağı arzulayıb.
Tədbirin sonunda voleybolçu tələbələrlə xatirə şəkilləri cəkilib.