şənbə günü, 14 noyabr 2026
     

“Qala” taekvando klubu yarandığı 10 ildə nə işlər görüb? - MÜSAHİBƏ

Image


“Azərbaycanda uşaq taekvando məkəbi çox güclüdür”
“Bu sahəyə göstərilən dövlət qayğısı uşaq və yeniyetmələrin taekvandoya kütləvi axın etməsinə münbit şərait yaradır” 

 

Uşaq taekvando məktəbi həmişə dövlətin diqqət mərkəzində olub. Bu gün respublikamızın ayrı-ayrı yerlərində müxtəlif taekvando klubları faəliyyət göstərir. Həmin klublardan biri də “Qala” taekvando klubudur. Bu klub Azərbaycan uşaq taekvando məktəbinin inkişafında çox işlər görür. Bu günlərdə klubda olduq və klubun rəhbəri, 4-cü dan qara kəmər sahibi, 1-ci dərəcəli məşqçi Ramil Həsənovla klubun fəaliyyəti, nailiyyətləri barədə danışdıq.

- Ramil müəllim, bu günlərdə Gürcüstanda keçirilən beynəlxalq taekvando yarışından qayıtmısınız. Azərbaycanı təkcə Sizin rəhbərlik etdiyiniz “Qala” taekvando klubunun üzvləri təmsil edirdi, yoxsa başqa komandalar da vardı?

- Azərbaycandan bu yarışa 10-a yaxın komanda qatılmışdı. Bu klubların da hamısı Azərbaycan Taekvando Federasiyasının nəzdindədir. Bu yarış Tiflis şəhərində keçirildi.

- Komanda şəklində yanaşsaq, bu yarışda Azərbaycan necə nəticə göstərdi?

- Azərbaycan komandası birinci oldu. Bu gün Azərbaycanda dövlət səviyyəsində idmana böyük qayğı və diqqət var. Cənab Prezident İlham Əliyev idmanın inkişafı üçün çox böyük işlər görür. Mən burada ölkəmizin 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevanın da idmana qayğısını xüsusi vurğulamaq istəyirəm. Ölkəmizdə, sözün əsl mənasında, idman güclü şəkildə inkişaf edib. Bu da idmanla bağlı həyata keçirilən uğurlu işlərin nəticəsidir. Taekvando Federasiyasının prezidenti Kəmaləddin Heydərov taekvandoçulara, taekvando klublarına böyük diqqət və qayğı göstərir. O bu sahənin inkişafına çalışır. Kəmaləddin müəllim 2000-ci ildə Taekvando Federasiyasının prezidenti seçildikdən sonra taekvandoçulara daha böyük diqqət göstərdi. Biz hər zaman onun qayğısını öz üzərimizdə hiss edirik. O çalışır ki, idmanın bu sahəsi daim inkişaf etsin, bu yöndə daha böyük nailiyyətlər əldə edilsin. O, taekvandoya çox uğurla rəhbərlik edir. Bu sahədə nailiyyətlərimiz hədsizdir. Fikrimcə, Azərbaycan taekvandoçularının beynəlxalq yarışlarda qazandığı qələbələr, uğurlar buna əyani misaldır.

- Ramil müəllim, “Qala” taekvando klubu həmin yarışda neçə nəfərlə təmsil olunurdu və hansı nəticə qazandınız?

- Klubumuz 3 idmançı ilə təmsil olunurdu. Bunlar Xanmurad Süleymanov, Qurbanlı Emil və Sultan Ağayev idilər. 37 kq çəki dərəcəsində Xanmurad medala qədər gəldi, lakin medala çıxış döyüşündə uduzdu. Emil Qurbanov 53 kq çəki dərəcəsində döyüşdü, II yerə, Sultan Ağayev isə III yerə çıxdı. 

- Həmin yarışda neçə ölkə təmsil olunurdu?

- Yarışmada Azərbaycan, Türkiyə, İran, Ukrayna, Ermənistan, Gürcüstan daxil olmaqla 10-a qədər ölkə təmsil olunurdu. 

- Azərbaycan taekvandoçuları erməni klublarının təmsilçiləri ilə qarşılaşdılarmı?

- Bəli. Bizim idmançıların əksəriyyəti erməni döyüşçülərinin üzərində qələbə çaldı. Düzdür, “Qala” taekvando klubunun təmsilçilərindən erməni ilə qarşılaşan olmadı, ancaq digər klublarımızın üzvləri ermənilərlə döyüşdü və onları uddu. Bilirsiniz, hər bir azərbaycanlı idmançı ilk növbədə vətəndaş olduğunu unutmur. Biz idmançılar dövlətimizin, xalqımızın maraqlarını hər şeydən üstün tuturuq. İdmançılar yarışa qatılanda istəyirlər ki, ermənilərlə qarşılaşıb onlara qalib gəlsinlər. Bu onların Vətənə, dövlətə, bayrağa sədaqətindən irəli gəlir.

- Ramil müəllim, “Qala” taekvando klubu tez-tez yerli və beynəlxalq əhəmiyyətli yarışlara qatılır. Bilmək istəyirəm ki, bu yarışlar klub üzvlərinin inkişafına necə təsir göstərir?

- Ümumiyyətlə, yarışlarda aktivlik göstərmək, mütəmadi olaraq iştirak etmək klub üzvlərinin inkişafına, döyüşdən-döyüşə daha da təkmilləşərək keçməsinə böyük şərait yaradır. Klub mütəmadi olaraq yarışlara qatılır. Tiflisdən əvvəl Saatlıda və Qəbələdə keçirilən turnirlərdə iştirak etmişik. Uşaqlarımız pis nəticə göstərmədilər. Həmin yarışları da bir neçə medalla başa vurduq.

- Taekvandoçu üçün əsas psixoloji hazırlıqdır, yoxsa fiziki güc? Yəni onu qələbəyə daha çox hansı keyfiyyəti aparır?

- Bu məsələ kompleks yanaşma tələb edir. İdmançıya həm psixoloji hazırlıq, həm də fiziki güc gərəkdir. Bunları bir-birindən ayırmaq olmaz.

- Uşaqların özlərinin yarışlara marağı necədir?

- Həvəsi olan uşaqlar çoxdur. Uşaqlarımız var ki, heç bir yarışdan qalmır. Perspektivli tələbələrim də az deyil. Gələcəyinə ümid bəslədiyim uşaqlar var. Məsələn, Əsgər Həsənin, Emil Qurbanlının, Xanmurad Süleymanovun, Sultan Ağayevin, Kənan Yusifovun, Ayxan Qurbanlının, Mircəfər və Mirnadir Cəfərov qardaşlarının, Fatimə və Əli İsmayılovların (qardaş-bacı) və başqa uşaqların adını çəkə bilərəm. Adlarını çəkdiyim və çəkmədiyim uşaqlarımız var ki, onların gələcəyi böyükdür. İdmançıları uşaqlıqdan hazırlamalıyıq ki, onlardan gələcəkdə müsbət nəticələr əldə edə bilək. Klubumuz bu yöndə davaml olaraq çalışır, fəaliyyət göstərir. Bunun nəticəsidir ki, klubumuz indiyə qədər xeyli müsbət nəticəyə nail olub.                                                 

- Azərbaycanda taekvando uşaq məktəbinin vəziyyəti necədir?

- Deyərdim ki, Azərbaycanda uşaq taekvando məkəbi çox güclüdür. Bizdə bu sahə inkişaf edib. İdman belədir ki, orada mütləq uşaq məktəbi olmalıdır. Uşaq məktəbi olmasa, gələcək üçün böyük idmançı yetişdirmək mümkün deyil.

- Ümumiyyətlə, Azərbaycan taekvando məktəbi zəif deyil.

-  Bu gün, demək olar ki, Azərbaycan taekvandoçuları dünyada birinci yerdədir. Olimpiya Oyunlarında taekvando sahəsində bir qızıl, iki bürünc qazandıq, Dünya kubokunda iki il davamlı olaraq Azərbaycan komandası birinci yerdə oldu. Avropa çempionatlarında da ölkəmiz, demək olar ki, həmişə öndə olub. Bizim taeklvando komandası dünyada ən güclü komandadır.

- “Qala” taekvando klubu nə vaxtdan fəaliyyət göstərir?

- Bu il klubumuzun 10 illiyidir. Klubumuzun həmişə istedadlı təmsilçiləri olub. İndiyə qədər çoxlu nailiyyət qazanmışıq. Avropa çempionumuz olub. Dünya və Avropa çempionatlarında iştirakçılarımız, mükafatçılarımız var. Beynəlxalq turnirlərdə böyüklər arasında çempionlarımız da, II, III yer tutanlarımız da olub. Biz uşaqları yetişdirib Azərbaycan çempionatına çıxarırıq. Çempion olanlar isə yığma komandaya düşür. Ondan sonra yığma komandanın məşqçiləri onlarla məşğul olurlar, təlim-məşq toplantısı keçirlər, idmançıları yarışlara hazırlayırlar. 

- Yeri gəlmişkən, uşaqların idmana cəlb edilməsində yaş faktoru necə nəzərə alınır? Ümumiyyətlə, Sizin idman növünə uşaqlar neçə yaşdan götürülür?

- Uşaqları 5 yaşından götürürük. Bu da uşağın fərasəti, idmana marağı, aktivlik səviyyəsi ilə bağlıdır. Elə uşaq olur ki, 5 yaşında da qıvraq olur, hərəkətli olur, hərəkətləri tez mənimsəyir. Elə uşaq da var ki, 15 yaşındadır, ancaq heç nə götürə bilmir. İdmana, sadəcə, öz sağlamlığı üçün gəlir, yəni idmanla peşəkar səviyyədə məşğul olmur. Düzdür, idmana hamı ilk növbədə sağlamlıq üçün gəlir. Ancaq idmanla peşəkar səviyyədə məşğul olan uşaqlarımız çoxdur. Uşağın yaxşı idmançı kimi yetişməsində valideynin də rolu böyükdür.

- Nə mənada?

- O mənada kı, uşağını vaxtlı-vaxtında məşqə gətirir, onun yarışlara çıxmasına kömək edir. Bir sözlə, valideyn uşağa dəstək göstərməlidir ki, uşaqda özünə inam formalaşsın. Bilirsiniz ki, bizim klubun sponsoru yoxdur. Biz valideynlərin maliyyəsi hesabına yarışlara gedirik. Klub özü-özünü maliyyələşdirir.

- Hazırda klubun nə qədər üzvü var?

- 100-dən çoxdur. Klubun filialları da var. Filiallarımızdan biri “Azadlıq” metrosu yaxınlığında yerləşir. Orada tələbəm Avropa çempionu Fatma İbrahimova məşq keçir. Fatma İbrahimova yeniyetmə qızlar arasında ilk Avropa çempionu olub. O biri filialımız isə Sulutəpə qəsəbəsindədir. Orada məşqləri Xaliq Umudov keçir. O da tələbəmdir və ikiqat respublika çempionudur. Hər ikisi gənc məşqçilərdir və sözsüz ki, gələcəkləri çox gözəl olacaq.

- Belə çıxır ki, tələbələrinizi işlə də təmin edirsiniz...

- Bəli. Həm mənə kömək edirlər, həm özləri işləyirlər.

- Ramil müəllim, tez-tez “Qala” klubunda da, digər klublarda da yoldaşlıq görüşləri keçirilir. Yoldaşlıq görüşlərinin əhəmiyyəti nədir?

- Yoldaşlıq görüşlərinin uşaqların yetişməsində rolu çoxdur. Uşaq nə qəədr çox yarış görsə, bir  o qədər irəliyə addım atır, inkişaf edir. Çünki zal məşqi ilə elə də inkişaf etmək, irəli getmək olmur. Uşağı zalda məşq etdirib yetişdirsək və onu ildə bir dəfə yarışa çıxarsaq, o uşaqdan heç bir müsbət nəticə gözləmək olmaz. Ancaq, ən azından, ayda 1 dəfə uşaqlar yarış görməlidirlər. Uşaq yarışlarda iştirak etməli və tatamini hiss etməlidir. Bu ona görə lazımdır ki, onlar böyük yarışlara çıxanda özlərini tatami üzərində rahat hiss etsinlər. Yarışsız idmançının inkişaf etməsi mümkün deyil.

- Özünüz nə vaxtdan taekvandodasınız?

- 1990-cı ildən bu sahədəyəm. 2005-ci ilə qədər yarışlarda iştirak etmişəm.

- Harada məşğul olurdunuz?

- Əslən tovuzluyam, amma Bakıda yaşamışıq. İlk dəfə Xoreoqrafiya məktəbində taekvando zalında məşğul olmuşam. Süleyman Məmmədlinin tələbəsi olmuşam. Taekvandonu Azərbaycana Süleyman Məmmədli gətirib. Sonra Qüdrət Kərimovun yanında məşğul olmuşam. Hazırda respublikamızda taekvando üzrə güclü müəllimlərin, güclü idmançıların məşqçisi Qüdrət Kərimov olub.

- Yaxşı idmançı olmaq olar. Amma yaxşı müəllim olmaq çətin məsələdir... Siz yaxşı idmançı və yaxşı müəllimsiniz. Bunun sirri nədir?

- Bilirsiniz, müəllimlik xüsusi bir qabiliyyətdir. O hər idmançıda olmayan keyfiyyətdir. O qədər güclü idmançılar var ki, idman sahəsində çoxlu nailiyyətləri var, Dünya və Olimpiya çempionu olublar. Ancaq onları zala buraxsan, uşaqları hazırlaya bilməzlər. Elə məşqçilər də var ki, elə də böyük nailiyyəti yoxdur, lakin öyrətmək, mənimsətmək qabiliyyəti çox yüksəkdir. Əsl məşqçinin, müəllimin uşaqlarla işləmək bacarığı olmalıdır.  

- Sizin nailiyyətlərinizə gələk...

- Yeniyetmələr və gənclər arasında respublika çempionu olmuşam. Demək olar ki, həmişə finalda döyüşmüşəm. Beynəlxalq turnirlərdə iştirak etmişəm. Beynəlxalq turnirlərin qalibi və mükafatçısı olmuşam. Bu sahədə uğurlarım az olmayıb. Mən artıq 10 ildən artıqdır məşqçiliklə məşğulam, uşaq və yeniyetmələrlə işləyirəm. Bu sahəyə göstərilən dövlət qayğısı uşaq və yeniyetmələrin taekvandoya kütləvi axın etməsinə münbit şərait yaradır. 

- Digər taekvando klubları ilə əməkdaşlığınız varmı?

- Bütün klublarla əlaqəmiz var, hamısı ilə də əməkdaşlıq edirik. Ya biz gedirik, ya da onlar klubumuza gəlib yoldaşlıq görüşləri keçiririk. Heç olmasa həftədə bir dəfə yoldaşlıq görüşləri keçiririk. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ