çərşənbə axşamı günü, 25 avqust 2026
     

Yarım milyard insanı Bakıya yönəldən unikal yarış başladı (YENI)

Image


Bu gün Bakıda "Formula 1" üzrə dünya çempionatının 8-ci - Avropa Qran-pri yarışlarına start verilir. Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışacaqlar. Layihənin müəllifi bütün müasir "Formula 1" treklərinin memarı olan Herman Tilkedir.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin "Paddok klub", komandaların boksları və pit-leyn qurulub.

Ümumən, dünya üzrə azı 500 milyon insan bu yarışı izləyəcək.

Yarış izləmək üçün bir çox ölkələrdən Bakıya turistlər də gəlib. Onlardan bəziləri Azərbaycan haqqında, yarışın təşkilatçılığı ilə bağlı təəssüratlarını bölüşüblər.


Bu, Azərbaycanın dünyada tanınması üçün çox gözəl bir imkandır

"Bakı şəhəri çox gözəl, sakit və təmiz şəhərdir və burada "Formula 1" yarışmasının keçirilməsi şəhərə tam uyğundur". Bunu Trend-ə Bakıda "Formula 1" yarışmasını izləməyə gəlmiş britaniyalı turist Enson Berri deyib.

O, ümid etdiyini bildirib ki, Bakı dünyaya möhtəşəm bir şou nümayiş etdirəcək: "Əlbəttə, bu, Azərbaycanın dünyada tanınması üçün çox gözəl bir imkandır. Bakıya gəlməkdən çox şadıq".


"Bakıda "Formula 1" Avropa Qran Prisi yüksək səviyyədə təşkil edilib"

Britaniyadan gəlmiş Kets Events isə deyib ki Bakıda "Formula 1" Avropa Qran Prisi yüksək səviyyədə təşkil edilib. O bildirib ki, Bakı çox gözəl şəhərdir: "Hələ şəhəri gəzmək üçün kifayət qədər vaxtımız olmayıb, ancaq ilk baxışdan Bakını çox bəyəndik. Yarışmadan sonra təbii ki, Bakını gəzmək, Azərbaycanın milli mətbəxinin dadına baxmaq istəyirik".

Britaniyalı qonaq hesab edir ki, "Formula 1" yarışması Azərbaycan üçün çox əhəmiyyətlidir: "Bu cür yarışlar ölkələri çox tanıdır, çünki dünyada milyonlarla insan bu yarışmanı izləyir. Bakıda keçirilən yarış iştirakçılarının hər birinə uğurlar arzulayıram".


"Formula 1" Azərbaycana marağı xeyli artırır"

İngiltərəli turist Adrian Andrey deyib ki, "Formula 1" yarışması Bakıya gələn turistlərin sayını və ümumilikdə Azərbaycana marağı xeyli artırır. O bildirib ki, Bakı çox gözəl şəhərdir: "Formula 1" Azərbaycanı daha da tanıdacaq. İnanıram ki, bu yarışmanı izləmək üçün Bakıya gələn insanlar yenidən Bakıya turist kimi gələcək və başqa insanların da Azərbaycana gəlməsini təşviq edəcək".

A.Andrey Bakıda möhtəşəm şou izləyəcəyinə inandığını bildirib: "İnanırıq ki, Bakı şousu "Formula 1" tarixində xüsusi yadda qalacaq".


"Formula 1" Azərbaycanın dünyada daha yaxşı tanınmasına şərait yaradacaq"

"Bakı gözəl şəhərdir və hesab edirəm ki, "Formula 1" yarışmasının Bakıda keçirilməsi şəhərə daha çox turist cəlb edəcək”. Bunu isə "Formula 1" yarışmasını izləyən şotlandiyalı Devid Kembl deyib.

Qonaq qeyd edib ki, bu cür beynəlxalq yarışlar ölkələri dünyada daha yaxşı tanıdır: "Bu baxımdan "Formula 1" yarışının Bakıda keçirilməsi Azərbaycanın dünyada daha yaxşı tanınmasına şərait yaradacaq”.

D.Kembl, həmçinin Bakının təhlükəsiz şəhər olduğunu bildirib.


"Formula 1" Bakının gözəlliyini dünyaya nümayiş etdirəcək"

"Formula 1" yarışması Bakının gözəlliyini dünyaya, o cümlədən Avropaya nümayiş etdirəcək". Bu sözlər isə belçikalı qonaq Enn Veyzerə məxsusdur. O bildirib ki, Bakı bu yarışmanı yüksək səviyyədə təşkil edib: "Bakıya gəlməyimə görə çox şadam. Gözəl şəhəriniz var, həm də milli mətbəx nümunələriniz dadlıdır. Yarış iştirakçılarına da uğurlar arzulayıram”.


"Bakı təhlükəsiz şəhərdir"

Moskvalı turist Nikolay Putilin deyir ki, Bakı qədim və müasir memarlığı özündə çox gözəl birləşdirir. O bildirib ki, Bakı gözəl və təhlükəsiz şəhərdir.

Turist qeyd edib ki, ailəsinin burada hər şey çox xoşuna gəlir.


Bakı kiyevli turistdə xoş təəssürat yaradıb

"Formula 1" yarışlarını izləməyə gəlmiş İrina Kostyuçek deyib ki, Bakı çox gözəl şəhərdir. Onun sözlərinə görə, şəhər çox xoş təəssürat yaradıb.

Turist qeyd edib ki, Azərbaycan mətbəxi çox gözəldir: "Bura yenə gəlməyi düşünürük".

XXX

"Formula 1”i izləmək üçün bilet alanlar arasında Rusiya vətəndaşları daha çoxdur

Bakıda keçirilən "Formula 1" Avropa Qran-pri yarışlarını izləmək üçün 37 ölkədən bilet alınıb. Bunu Trend-ə Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

Onun sözlərinə görə, "Formula 1" yarışlarını izləmək üçün xarici ölkələr arasında daha çox bilet alan ölkə Rusiyadır. Ən çox bilet alın ikinci ölkə isə Böyük Britaniyadır.

Avropa ölkələri, Ukrayna, Niderland, ərəb ölkələrinin vətəndaşları da ən çox bilet alan ölkələr sırasındadır: "Bundan başqa, "Formula 1"in bütün komandaları, 22 pilot, 400-ə yaxın media nümayəndəsi artıq buradadır. Bunun gün artıq ilk test yürüşünə başlayırıq".


Federasiyasının prezidenti "Formula 1" kimi yarışların Azərbaycanda təşkil olunmasını ölkənin uğuru sayır

"Bu gündən Azərbaycan növbəti beynəlxalq və əhəmiyyətli yarışmaya ev sahibliyi edir. "Formula 1” yarışmasının Azərbaycanda keçirilməsinin böyük əhəmiyyəti var”. Bu fikirləri isə Azərbaycan Alpaqut Federasiyasının prezidenti Aqil Acalov deyib.

O əlavə edib ki, yarışmanın Azərbaycanda təşkil olunması, ilk növbədə, Azərbaycanın nüfuzunu göstərir və dövlətimizə olan etimadla bağlıdır: "İdman həm də bir siyasətdir. Belə beynəlxalq səviyyəli populyar idman yarışları harada keçirilirsə, dünyanın diqqəti də ora yönəlir. Bu baxımdan da Formula 1-in Bakıda keçirilməsi dünyanın diqqətinin burada olacağı anlamına gəlir. Belə olan halda, həm də xarici media Azərbaycanla bağlı xəbərlərə üstünlük verir ki, bu da ölkənin təbliğatı üçün böyük strateji əhəmiyyət daşıyır. Eyni zamanda yarışın yüksək səviyyədə təşkil olunması Azərbaycanın imicini daha da möhkəmləndirir”.

A.Acalov bildirib ki, ölkənin tanınması həm də iqtisadi sahədə irəliləyişlər üçün dividendlər qazandırır: "Yarışmanı televiziyada izləyən əcnəbilər Azərbaycanı daha yaxından görmək istəyir ki, bu da yaxın perspektivdə ölkəyə turistlərin cəlb edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Həmçinin yarışmaya gələn və hazırda Azərbaycanda olan turistlərin özləri də Azərbaycan iqtisadiyyatına töhfə verirlər. Bu cür yarışmaların burada təşkil olunması Azərbaycanın uğurudur”.


"Formula 1" Azərbaycana iqtisadi baxımdan çox fayda verəcək"

"Formula 1" Azərbaycana iqtisadi baxımdan çox fayda verəcək, çünki bu yarışma turistləri ölkəyə cəlb edir". Bu isə niderlandlı turist Tovrets Elen deyib.

O bildirib ki, bu yarışmanın ardıcıl olaraq beş il Azərbaycanda keçirilməsi ölkənin turizm sənayesinin inkişafına xeyli təkan verəcək.

T.Elen vurğulayıb ki, Azərbaycan yarışmanı yüksək səviyyədə təşkil edib.

Niderlandlı qonaq Bakını çox bəyəndiyini deyib. O bildirib ki, Azərbaycanın çox gözəl və dadlı mətbəx nümunələri var.

O, həmçinin Bakı sakinlərinin mehriban və qonaqpərvər olduğunu deyib.


"Formula 1" ölkəyə çoxlu sayda turist cəlb edir"

Gürcüstanlı qonaq David Apriaşvili isə deyib ki, "Formula 1" yarışması çox böyük bir idman bayramıdır və ölkəyə çoxlu sayda turist cəlb edir.

O bildirib ki, bu yarışma yalnız turizm baxımından önəmli deyil: "Formula 1" həm də ölkənin beynəlxalq aləmdə nüfuzunu artırır. Çox istərdim ki, bu yarışma Gürcüstanda da keçirilsin”.

D.Apriaşvili bir neçə il öncə də Bakıda olduğunu deyib: "Mən Bakıya sonuncu dəfə gəldiyim müddətdən indiyə qədər şəhər çox dəyişib, gözəlləşib. Azərbaycanla Gürcüstan mehriban qonşu və dost ölkədir və bu cür möhtəşəm yarışmanın Azərbaycanda keçirilməsi bizi çox sevindirir”.


"Bakıda Formula 1-in keçirilməsi gənc nəslin inkişafına xidmət edir"

Rusiyalı turist Kseniya Şulokova deyib ki, Bakıda Formula 1-in keçirilməsi gənc nəslin inkişafına xidmət edir.

Onun sözlərinə, nüfuzlu beynəlxalq tədbir olan "Formula 1" Azərbaycanın statusunu artırır.

Turist qeyd edib ki, "Formula 1" kimi yüksək tədbirlərin keçirilməsi şəhər infrastrukturunun inkişafına, daha çox turistin cəlb olunmasına xidmət edir.

O, həmçinin Bakının gözəlliyini vurğulayıb.


Amerikalı azarkeş Bakı trasını Formula 1-in digər şəhər trasları ilə müqayisə etdi

Amerikalı azarkeş Ted Leffler Bakı trasının Formula 1-in digər şəhər trasları ilə müqayisədə daha yaxşı olduğunu deyib.

Onun sözlərinə görə, Bakıda trekin böyük hissəsi genişdir və sürətin çox yüksək olacağı zonalar var.

Azarkeş Bakının memarlığına heyran qaldığını deyib: "Ötən gecə Bakıya gəlsəm də, şəhəri gəzə bilmişəm. Xüsusilə memarlığa və qədim qala divarlarına vuruldum".


"Bakı gözəl şəhərdir və əla təəssürat bəxş edir”

Ukraynalı turist Anna Alekseyeva isə deyib ki, Bakı gözəl şəhərdir və əla təəssürat bəxş edir. Onun sözlərinə görə, "Formula 1" yarışları Azərbaycana daha çox turist cəlb edəcək.

Turist qeyd edib ki, Bakıda gəzinti xeyli gözəl təəssüratlar bəxş edir və hər il bura gəlmək istəyirsən: "İnsanlar ünsiyyətcildir, hər şey çox xoşumuza gəlir".



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

SON XƏBƏRLƏR

24.08.2026 / 22:50
Rusiyanın Avropadakı silah zavodlarına GİZLİ HÜCUM ƏMƏLİYYATI ortaya çıxdı – azı beş zavodda yanğın, partlayışlar…

24.08.2026 / 22:25
Kremldən Paşinyana cavab - ehtiyacı yoxdursa, KTMT-dən çıxa bilər…

24.08.2026 / 22:08
Adi “TIR" sürücüsü də Rusiyada casus kimi tutulur - çünki azərbaycanlıdır...

24.08.2026 / 21:53
ABŞ-ın borcu yenə dodaq uçuqladır, üstəlik hər saniyə 58 min dollar artır...

24.08.2026 / 21:40
Paşinyan işğaldakı 3 kəndimizin adını çəkdi - Bəs 4 idilər?

24.08.2026 / 21:27
"Azad Laçının müasir siması Azərbaycan dövlətinin qüdrətinin göstəricisidir" - Vüqar Rəhimzadə

24.08.2026 / 21:17
Qlobal maliyyə "qızıl cənnətə" qayıdır

24.08.2026 / 20:58
Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

24.08.2026 / 20:46
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO

24.08.2026 / 20:24
Mərkəzi Asiya və Azərbaycan böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur

24.08.2026 / 20:02
Ermənistan Rusiyanı əsas tərəfdaşları sırasında birinci yerdən səkkizinci yerə atdı, böhran dərinləşdi

24.08.2026 / 19:56
Yeni Xəzər karkası: region ölkələri istehsal və logistikanı birləşdirir

24.08.2026 / 19:52
Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrində yeni dinamik yüksəliş mərhələsi başladı

24.08.2026 / 19:48
Prezident İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - FOTO

24.08.2026 / 19:36
İlham Əliyevin Naxçıvandakı məlum bəyanatından Zaxarova bu nəticəni çıxardı...

24.08.2026 / 18:57
Çinin Qırğızıstanla məşhur dəmiryolu Zəngəzur dəhlizi ilə birləşəcək...

24.08.2026 / 18:25
Azərbaycanla Özbəkistan beynəlxalq təşkilatlara “əbədi dostlar” kimi çıxacaq...

24.08.2026 / 18:03
Azərbaycan-Özbəkistan ticarətinin hədəf rəqəmi müəyyənləşdi - bu il 33 faiz artım var

24.08.2026 / 17:48
Mirziyoyev 8 avqust Əliyev-Paşinyan sazişinə fərqli siyasi məzmun verdi...

24.08.2026 / 17:32
Paşinyan KTMT ilə bağlı qəti mövqeyini açıqladı və son qərarı Putinin verməsini istədi - məmnun olardıq…

24.08.2026 / 17:05
Rusiyadan Ermənistana mesaj - fitosanitar nəzarət tələblərinə əməl olunmalıdır…

24.08.2026 / 16:57
DİN əməliyyat keçirdi - 116 kiloqram narkotik və 9 500 həb ələ keçirildi - VİDEO

24.08.2026 / 16:50
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərindəki “Poyi-Kalon” kompleksi ilə tanış olublar - FOTO

24.08.2026 / 16:45
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərində “Ark” qalası ilə tanış olublar - FOTO

24.08.2026 / 16:44
Prezident İlham Əliyevin sosial media hesablarında Buxarada İsmayıl Samani türbəsi ilə tanışlıqla bağlı VİDEO paylaşılıb

24.08.2026 / 16:33
Səudiyyə sahillərində tanker vuruldu...

24.08.2026 / 16:24
Azərbaycan-Özbəkistan Əbədi Dostluğunun tarixi, etnik və mədəni aspektləri

24.08.2026 / 16:09
Tarix bir qəsəbədən necə görünür? - “Boradigah tarixi qaynaqlarda” kitabı haqqında düşüncələr"

24.08.2026 / 15:57
Netanyahu Ərdoğana “diktator-antisemit” dedi – Türkiyə Akın Gurləkin “ağlı“ ilə İnterpola müraciət etsə...

24.08.2026 / 15:33
Günə 77 qəpiyə “Nar”dan smartfon!

24.08.2026 / 15:05
ABŞ-ın 40 ölkə ilə birgə Rusiyaya "24 saatlıq xəbərdarlıq" müraciəti rədd edildi...

24.08.2026 / 14:41
Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

24.08.2026 / 14:27
Azərbaycan hələlik yeganə olan bu sazişi türk dövləti ilə imzaladı...

24.08.2026 / 14:01
İsraillə Türkiyə arasında gərginlik sürətlə artır - Bakı vasitəçilik üçün hərəkətə keçdi…

24.08.2026 / 13:46
Rusiya Gürcüstanın 2 separatçı bölgəsini dünyaya yeni üsulla tanıtmaq istəyir – gürcülərə tələ qurulub...

24.08.2026 / 13:37
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Birinci xanımla Buxaraya səfərinə dair paylaşım edilib - VİDEO

24.08.2026 / 13:10
"Azərbaycanla sülh Ermənistanın Rusiya ilə münasibətlərini dəyişəcək" - Paşinyan

24.08.2026 / 12:42
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - FOTO

24.08.2026 / 12:07
Azərbaycan üzərindən Ermənistana növbəti yük göndərildi...

24.08.2026 / 11:53
Prezident İlham Əliyev və Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər - FOTO

24.08.2026 / 11:43
İran ABŞ-a meydan oxuyur - Bir damla belə neft ixrac edilməyəcək…

24.08.2026 / 11:29
Xətaidə binada yanğın törədən şəxs saxlandı

24.08.2026 / 11:21
Ukraynadan Ozon anbarlarına kütləvi hücum – bir gecədə 4 anbar vuruldu… VİDEO

24.08.2026 / 11:07
Prezident İlham Əliyev Zelenskini təbrik etdi

24.08.2026 / 10:52
Bakıdan qəti tələb - Moskvadan konkret tədbirlər gözləyirik…

24.08.2026 / 10:10
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edildi - üstəlik də 35 milyon manatdan çox cərimə...

24.08.2026 / 09:39
DYP sürücü və piyadalara müraciət etdi - "...telefondan istifadə etməyin"...

24.08.2026 / 09:12
Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb

24.08.2026 / 08:09
Sovet casusunun nəvəsi Fransa prezidentliyinə iddia edir

24.08.2026 / 07:05
ABŞ İran mövzusunda həlledici mərhələyə keçir? - Maliyyə naziri “D günü”nün anonsunu verdi…

24.08.2026 / 06:59
Avropa Birliyindən İsrailə kəskin etiraz - “…iki dövlətli həllin davamlılığını sarsıdacaq”

24.08.2026 / 06:33
İtaliya və Almaniya arasında miqrant gərginliyi artır

24.08.2026 / 06:15
Avropanın 100 diplomatından Fələstin etirazı - İsrailə qarşı sanksiyalar tələb olundu

23.08.2026 / 23:55
“Yeni Daşkənd” layihəsi müasir şəhərsalmanın nadir əsəridir" - Prezident İlham Əliyev

23.08.2026 / 23:53
Mirziyoyev Azərbaycan Prezidentinin Özbəkistana səfərini tarixi hadisə adlandırdı

23.08.2026 / 23:21
Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyuldu - FOTO

23.08.2026 / 23:03
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar - FOTO

23.08.2026 / 22:58
Mehriban Əliyeva və Leyla Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olublar - FOTO

23.08.2026 / 22:47
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı oldu - FOTO/YENİLƏNDİ

23.08.2026 / 22:11
Özbəkistanlı tələbə Prezident İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO

23.08.2026 / 21:56
İrandan qonşu ölkələrə müharibə elanı kimi təhdid – bütün Fars körfəzində neft ixracı dayanacaq...

23.08.2026 / 21:18
Prezidentin Özbəkistan səfəri: Azərbaycanı Xəzərdən Qərbə, Özbəkistanı Mərkəzi Asiyadan Xəzərə bağlayan perspektivlər

23.08.2026 / 21:01
Prezident: "Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur"

23.08.2026 / 20:58
"Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir" - Prezident

23.08.2026 / 20:56
Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub - FOTO

23.08.2026 / 20:54
"Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir" - Prezident

23.08.2026 / 20:32
Prezident İlham Əliyev Mirziyoyevi Azərbaycana səfərə dəvət etdi

23.08.2026 / 20:30
"Azərbaycanın və Özbəkistanın irəliləmək üçün dəqiq fəaliyyət planı var" - Prezident

23.08.2026 / 20:27
Prezident İlham Əliyev Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidentinin xüsusi rolunu qeyd edib

23.08.2026 / 20:25
"Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər çox möhkəm təməl üzərində qurulub" - Prezident

23.08.2026 / 20:22
Prezident: "Mərkəzi Asiya və Azərbaycan bu gün böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur"

23.08.2026 / 20:19
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

23.08.2026 / 20:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

23.08.2026 / 20:05
İran BƏƏ-dən bütün ərazisini müharibə təzminatı kimi Tehrana verməsini istədi…

23.08.2026 / 19:30
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının çay masası əsnasında təkbətək görüşü olub - FOTO

23.08.2026 / 19:19
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO/YENİLƏNDİ

23.08.2026 / 19:01
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib - FOTO/YENİLƏNDİ

23.08.2026 / 18:55
Azərbaycan Prezidentinin şərəfinə Daşkənd səmasında dronların şousu

23.08.2026 / 18:33
Putin Tramp Çində görüşə bilərlər…

23.08.2026 / 18:21
Səudiyyə, Türkiyə və Pakistan İranı da “Məkkə Sazişi”nə qoşulmağa dəvət etdi…

23.08.2026 / 18:16
Prezidentlər İlham Əliyev və Mirziyoyev Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimində iştirak ediblər - FOTO

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ