"Formula 1" üzrə "McLaren Honda" komandasının pilotu və Avropa Qran Prisinin rəsmi elçisi Fernando Alonso Bakının yarış mərhələlərindən biri qismində seçilməsinin doğru qərar olduğuna əmindir.
O bildirib: "Biz trasın seçilməsi baxımından Beynəlxalq Avtomobil Federasiyasına tam güvənirik. Federasiyaya və onların qəbul etdiyi qərarlara tam etimad edirik".
F.Alonso əlavə edib: "Biz dünyada idmanı, idman dəyərlərini irəli aparırıq və bu istənilən ölkədə həmişə qiymətləndiriləcək".