"Formula 1" yarışlarına hazırlıq işləri qaydasında gedir, heç bir problem yoxdur. Çalışırıq ki, Bakı sakinlərinə heç bir problem yaranmasın. Baxmayaraq ki, 6 kilometrlik məsafədə yollar dəyişir, amma işlər çox səliqləli şəkildə aparılır, tıxaclar yaranmır".
APA-nın məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.
Nazir bildirib ki, "Formula 1" yarışları ilə bağlı pitstop binası artıq sifariş olunub, 300 metr uzunluğu, 21 metr eni, iki mərtəbəli bina tam hazır şəkildə gətirilərək Azadlıq meydanında qurulacaq.