12/12/2019 00:18
728 x 90

ABŞ Nümayəndələr Palatasında konqresmen Şermana çaldırılan erməni düdüyü...

img

ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici işlər üzrə komitəsinin üzvü Bred Şerman  Palataya Amerikanın Azərbaycana onun hücum imkanlarını genişləndirən müdafiə vasitələri satmasını bloklayan qanun layihəsi təqdim edib.

Baki-xeber.com-un xəbərinə görə, belə bir açıqlama ilə Amerikadakı Erməni Milli Komitəsi (ANKA) çıxış edib. Xəbərə görə, bu addım Bakının Xankəndidən sərnişin təyyarəsi belə qalxacağı təqdirdə vurulacağı ilə hədələməsinə cavab olaraq atılıb. Konqresmen deyib ki, bu, sərnişin təyyarəsinə atəş açılmaması üçün Azərbaycana ciddi siqnal olacaq. ANSA-nın icraçı direktoru Aram Xamparyan isə deyib ki, Amerikanın vergi ödəyicilərinin vəsaiti hesabına alınan raketlər “daim müharibə ritorikası ilə çıxış edən ölkənin (!)” günahsız insanların olduğu təyyarəni vurmasına yönəlməməlidir.

ANSA-nın başçısının erməni olması və ölkəsinin təcavüzkar siyasətinə dəstək verməsi təəccüblü deyil. Təəccüblü olan amerikalı konqresmenin heç öz ölkəsinin də tanımadığı qondarma rejimin tərəfində durmaqla erməni düdüyünün çaldığı havaya oynamasıdır. Yəqin bir siyasətçi olaraq Şerman da bilməmiş deyil ki, Xankəndi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış hüdudları daxilində yerləşir və o üzdən, Azərbaycan dövlətinin iradəsi xaricində, deyil təyyarə, o şəhərin aeroportundan quş uçması belə mümkünsüzdür. Heç şübhə yoxdur ki, Bred Şermanın dilini açıb mümkünsüzü deməyə vadar edən ölkəsinin qanunları deyil, erməni konyakıdır. Onu bu “poxmeldən” ayılda biləcək yeganə vasitə isə Azərbaycanın atacağı sərrast cavab addımı ola bilər.

SAMİRƏ

 

Son xəbərlər