Cümə günü, 16 oktyabr 2026
     

MDU-nun Bakı filialında “Mədəniyyətlərin dialoqunda təhsil: rus məktəbi dünyası” mövzusunda beynəlxalq elmi-praktik forum işinə başlayıb

Image


M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında “Mədəniyyətlərin dialoqunda təhsil: rus məktəbi dünyası” mövzusunda beynəlxalq elmi-praktik forum işinə başlayıb.

Beynəlxalq forum Rus Dilinə Dəstək Beynəlxalq Pedaqoji Cəmiyyəti, Rus Dili və Ədəbiyyatı Müəllimlərinin Beynəlxalq Assosiasiyası, Azərbaycanda Rus İcması, habelə Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyasının Moskva Dövlət Pedaqoji Universiteti və Aleksandr Soljenitsın adına Rus Mühacirliyi Evi ilə əməkdaşlığı çərçivəsində təşkil olunub.

Forumu açan Milli Məclisin deputatı, Azərbaycanda Rus İcmasının sədri, Rusiya Həmvətənləri Beynəlxalq Şurasının idarə heyətinin üzvü Mixail Zabelin ölkəmizin müxtəlif beynəlxalq tədbirlərə, forumlara ev sahibliyi etməsinin təsadüfi olmadığını deyib. Vurğulayıb ki, Azərbaycan əzəldən tolerantlıq diyarı kimi tanınır. Rusiya tərəfinin bu tədbir üçün məkan kimi Bakını seçməsi Azərbaycanın multikulturalizm, orta və ali təhsil sahəsində təcrübəsi ilə bağlıdır. “Önəmlisi odur ki, Azərbaycan rəhbərliyi və xalqı rus dilinə qayğı ilə yanaşır”, - deyən Mixail Zabelin Rus İcması və Rusiya həmvətənləri adından Azərbaycan rəhbərliyinə və xalqına təşəkkür edib.

Diqqətə çatdırılıb ki, forumda Azərbaycanla yanaşı, Rusiya, Polşa, Almaniya, Çexiya, Misir, Bolqarıstan, Latviya və digər ölkələrin təhsil müəssisələrinin rəhbərləri və professor-müəllim heyətləri iştirak edirlər.

Mixail Zabelin forumun M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında keçirilməsinə yaradılan şəraitə görə bu ali təhsil müəssisəsinin rektoru, akademik Nərgiz Paşayevaya minnətdarlığını bildirib.

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva forumun Bakıda keçirilməsinin təsadüfi olmadığını deyib, Azərbaycanda müxtəlif mədəniyyətə, dillərə mənsub etnik qrupların dinc yanaşı yaşadığını vurğulayıb. Qeyd edib ki, Azərbaycan rəhbərliyi mədəniyyətlərin dialoquna multikulturalizmin tərkib hissəsi kimi xüsusi diqqət yetirir. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2016-cı ilin ölkədə “Multikulturalizm ili” elan edilməsi buna bariz nümunələrdən biridir. “Şübhəsiz, ölkəmizdə multikulturalizmin qorunub saxlanılması amillərindən biri təhsildir”, - deyən Məhəbbət Vəliyeva Təhsil Nazirliyinin müxtəlif dillərdə, o cümlədən rus dilində tədrisə xüsusi diqqət yetirdiyini, mədəniyyətlərin və xalqların dialoquna töhfə verdiyini söyləyib. Belə ki, hazırda ölkədə 342 orta məktəbdə tədris rus dilində aparılır. Respublikada 120 mindən çox şagird rus dilində təhsil alır. Bundan başqa, 3086 məktəbdə rus dili xarici dil kimi tədris olunur. Rus dilindən ali təhsil sahəsində də geniş istifadə edilir. Təhsil Nazirliyinin bilavasitə tabeliyində olan 20 ali məktəbdən 14-də rus dilinin tədrisi üzrə bölmə fəaliyyət göstərir. Rus dili müəllimi hazırlığı bir neçə ali məktəbdə, o cümlədən Bakı Dövlət Universitetində, Bakı Slavyan Universitetində, habelə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında aparılır.

Məhəbbət Vəliyeva, həmçinin Rusiya Federasiyasının təhsil müəssisələrində Azərbaycan dilinin tədrisindən danışaraq deyib: “Moskvada Kərim Kərimov adına 1583 saylı gimnaziyada Azərbaycan dili və ədəbiyyatı tədris olunur. 2005-ci ildən Moskva Dövlət Linqvistik Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi fəaliyyət göstərir. Ümid edirik ki, Rusiyanın ali məktəblərində Azərbaycan dilinin tədrisi nəinki qorunub saxlanılacaq, xüsusən azərbaycanlıların yığcam yaşadıqları ərazilərdə daha da genişləndiriləcək”.

Nazir müavini rus dilinin Azərbaycanda tədrisi ilə bağlı M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının, Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin fəaliyyətini xüsusi vurğulayıb. Diqqətə çatdırıb ki, 1993-cü ildən Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərində Azərbaycan Dövlət İqtisad Universitetinin filialı fəaliyyət göstərir. 2015-ci ildə iki ölkənin təhsil nazirlərinin iştirakı ilə Rusiya-Azərbaycan Ali Məktəbləri Assosiasiyası yaradılıb. Assosiasiyanın Azərbaycan tərəfdən həmsədri Sumqayıt Dövlət Universiteti, Rusiya tərəfdən həmsədri Ufa Dövlət Neft Universitetidir.

Məhəbbət Vəliyeva forumun mədəniyyətlərarası dialoqa dair müzakirələrin aparılması və əməkdaşlıq üçün geniş imkanlar yaratdığını deyərək iştirakçılara uğurlar arzulayıb.

Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə Azərbaycan-Rusiya əlaqələrinin, ölkəmizdə rus dilindən istifadənin tarixinə nəzər salıb. Qeyd edib ki, bu gün keçirilən forum iki ölkə arasında yüksək səviyyəli əlaqələrə daha bir nümunədir.

Rusiyanın Azərbaycandakı səfirinin müşaviri İqor Yeronin Bakıda belə bir tədbirin keçirilməsini yüksək qiymətləndirib, Azərbaycanda həm məktəblərdə, həm KİV-lərdə rus dilindən geniş istifadə olunduğunu, rus dilində kitabların təksə Rusiyadan gətirilmədiyini, respublikada da nəşr edildiyini diqqətə çatdırıb. Azərbaycanın multikulturalizm ənənəsinin dünya ölkələrinə örnək olduğunu vurğulayan İqor Yeronin Azərbaycan rəhbərliyinin müdrik siyasətini, eləcə də xalqın rus dilinə müsbət yanaşmasını qeyd edib, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirib.

Bakının və Azərbaycanın arxiyepiskopu Aleksandr tarixə nəzər salaraq ümummilli lider Heydər Əliyevin natiqlik məharətini, Bakıda keçirilən tədbirlərdən birində 90 dəqiqə Azərbaycan, 90 dəqiqə də rus dilində eyni dərəcədə səlis danışmasını, fikrini dəqiqliklə çatdırmasını xatırladıb. Bu gün Azərbaycanda rus dilinin geniş dairədə işlək olduğunu deyən arxiyepiskop Aleksandr, eyni zamanda, ölkədə yaşayan digər xalqların nümayəndələrinin Azərbaycan dilini bilməsinin zəruriliyini qeyd edib. O, həmçinin Kilsənin Bilik Fondu ilə əməkdaşlığından, Azərbaycan dili kurslarının təşkil edilməsindən danışıb.

Beynəlxalq Pedaqogika Cəmiyyəti Əlaqələndirmə Şurasının sədri, Latviya Rus Mədəniyyəti Cəmiyyətinin sədri, Riqa şəhərində “Siqma” özəl məktəbinin direktoru Yelena Matyakubova Bakıya ikinci dəfədir gəldiyini deyərək, Azərbaycan xalqının xeyirxahlığına və səmimiliyinə şəxsən şahid olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, müəllimlik sadəcə bir peşə deyil, missiyadır. Habelə Latviya ilə Azərbaycanın gənc nəslindən olan nümayəndələri arasında əlaqələrin genişləndirilməsi faydalı olardı.

“Rossotrudniçestvo”nun nümayəndəsi Mark Kalinin bu təşkilatın rəhbəri Eleonora Mitrofanovanın forum iştirakçılarına təbrik məktubunu oxuyub. O, “Rossotrudniçestvo”nun Bakıda fəaliyyət göstərən nümayəndəliyinin iki xalq arasında əlaqələrin daha da genişlənməsi istiqamətində həyata keçirdiyi layihələrdən söhbət açıb, forumun əhəmiyyətini vurğulayıb.

Çıxış edənlər Beynəlxalq Müəllimlər Günü münasibətilə təbriklərini çatdırıblar.

Tədbirdə Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyasının rəhbəri Lyubov Yakunina A.S.Puşkin medalı ilə təltif olunub. Medalı Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva təqdim edib. O, Lyubov Yakuninanın fəaliyyətini yüksək qiymətləndirib, ona səmimi arzularını çatdırıb.

Rus Dilinə Dəstək Beynəlxalq Pedaqoji Cəmiyyətinin medalı isə Səbail rayonundakı 132-134 nömrəli təhsil kompleksinin direktoru, Əməkdar müəllim Sara Xanlarovaya təqdim edilib. Tədbirdə, həmçinin bir qrup müəllimə diplomlar və mükafatlar verilib.

Forum işini plenar iclasla davam etdirib. Plenar iclasa Moskva Dövlət Pedaqoji Universitetinin Dinlərin və Sivilizasiyalararası Münasibətlərin Tarixi-Mədəni Tədqiqləri Mərkəzinin direktoru Yelena Omelçenko və Bakı Slavyan Universitetinin prorektoru, professor Rafiq Novruzov moderatorluq ediblər.

Plenar iclasda “Təhsil sahəsində millətlərarası və konfessiyalararası dialoq”, “Rus dili və çoxdillilik: məktəblərdə polimədəni təhsilə yanaşmalar”, “Polimədəni mühitdə rusdilli təhsil haqqında”, “Rus emiqrasiyasının tarixi və mədəni irsinin qorunub saxlanması məqsədilə Rus Mühacirliyi Evinin fəaliyyəti haqqında” və digər mövzularda məruzələr dinlənilib.

Forumun tədbirləri oktyabrın 6-da İsmayıllı rayonunun İvanovka kəndində rus məktəbi bazasında keçiriləcək.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ