Kanadanın Freyzer institutu dünya ölkələrinin iqtisadi azadlıq üzrə reytinq cədvəlini açıqlayıb.
Baki-xeber.com-un “armenpress”dən aldığı xəbərə görə, reytinq cədvəlində Azərbaycan 106-cı, Ermənistan 29-cu pillədə qərarlaşıb. Xəbərə görə, sözügedən institut dünyanın 100 ölkəsində iqtisadi azadlıq səviyyəsini araşdırıb. Reytinq əsas 5 faktor üzrə tərtib olunub: iqtisadiyyatın dövlətdən asılılığı, hüquq sistemi və mülkiyyətin qorunması, maliyyə əlçatanlığı, beynəlxalq səviyyədə ticarət azadlığı və onun kreditləşməsinin tənzimlənməsi, əmək və biznes bazarı.
Maraqlıdır ki, sözügedən reytinqdə dünyanın bir sıra aparıcı ölkələri də Ermənistandan xeyli geridə qalıb. Belə ki, cədvəldə Türkiyə 86-cı, Rusiya 87-ci, İran isə 130-cu olub. Lakin məsələ burasındadır ki, Ermənistan iqtisadiyyatının bugünkü durumu, Azərbaycan qarışıq, adı sadalanan ölkələrin heç biri ilə müqayisəyə gəlmir.