Azərbaycan xarici ölkələrə silah satışını artırıb. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev deyib.
Nazir müavini bildirib ki, əsasən atıcı silahların satışı artıb: "Azərbaycanın silah satdığı əsas ölkələr Asiya, Afrika və Yaxın Şərq ölkələridir".