Sentyabrın 15-də dövlət tədbiri ilə əlaqədar Bakının bəzi ərazilərində avtomobillərin və vətəndaşların hərəkətinə məhdudiyyət tərbiq olunacaq.
Baki-xeber.com-un Daxili İşlər Nazirliyinə istinadən xəbərinə görə, Parlament prospekti, Şəhidlər Xiyabanı, Neftçilər prospekti, Azadlıq meydanı və bura yaxın ərazilərdə dövlət tədbirləri başa çatanadək hərəkət məhdudlaşdırılacaq.