Cümə günü, 16 oktyabr 2026
     

Mətbuat Şurası “Mediada Azərbaycan dilinin qorunması: problemlər və perspektivlər” mövzusunda Dəyirmi masa keçirdi - FOTO

Image


Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə “Mediada Azərbaycan dilinin qorunması: problemlər və perspektivlər” mövzusunda Dəyirmi masa keçirilib.

MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov məlumat verib ki, tədbir rəhbərlik etdiyi qurumun Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə gerçəkləşdirdiyi «Azərbaycan media məkanında ədəbi dilin qorunmasına dəstək» layihəsi çərçivəsində reallaşır.

Media fəaliyyətinə dildən istifadə sahəsində ən spesifik məqam kimi diqqət çəkən Ə.Amaşov bildirib  ki, kütləvi informasiya vasitələrində çalışanların ana dilimizdən düzgün yararlanmaları mütləqdir.

MŞ sədri jurnalistikamızda dildən istifadə xüsusiyyətlərinin çoxsaylı müzakirələrin mövzusuna çevrildiyini deyib. O vurğulayıb ki, ötən illərlə müqayisədə bir sıra irəliləyişlərin əldə olunmasına baxmayaraq, jurnalistlərin ədəbi dilin işlədilməsi qaydaları ilə bağlı problemləri yaşanmaqdadır. “Layihəmizin məqsədi həmin tendensiyanın aradan qaldırılmasına dəstək göstərməkdən ibarətdir. Bu, 2018-ci ildəki ilk toplantımızdır. Hələlik bəzi xarakterik məqamları diqqətə çatdırmağı düşünürük. Monitorinqimiz iyunun 15-dən noyabrın 15-dək olan dövrü əhatə edir. İlkin nəticələrimiz var. Tədbirimiz də bu nəticələri ümumi şəkildə vurğulamaq, diqqətə çatdırmaq məramından irəli gəlir. Layihə çərçivəsindəki ikinci tədbirimizdə isə konkret rəqəmləri açıqlamağı düşünürük”, - deyə Ə.Amaşov vurğulayıb.

MŞ-nin ədəbi dilin qorunması ilə bağlı monitorinqinin qrup rəhbəri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, “Xalq qəzeti”nin əməkdaşı İlham Abbasov məlumat verib ki, Şuranın ötən illərdə apardığı araşdırmalara bir qayda olaraq qəzetlər daxil edilirdi. Bu dəfə informasiya saytlarının da materialları araşdırılacaq. “Ümumilikdə 20 KİV-i nəzərdən keçiririk. İlkin nəticə bundan ibarətdir ki, elektron informasiya resurslarında ana dilimizin normalarına riayət sahəsindəki vəziyyət ürəkaçan deyil. Bu, əlbəttə, tələskənlikdən irəli gəlir. Bir çox hallarda müəllifin yazdığı mövzu barədə məlumatsızlığı dil pozuntularını doğurur. Prinsipial məqam budur ki, pozuntu dilin qrammatik sisteminə daxil olursa, məsələ ciddidir. Belə ciddilik müşahidə edilməkdədir. Daha bir xarakterik cəhət mürəkkəb sözlərin işlədilməsi ilə əlaqədardır. Təbii ki, orfoqrafik səhvlər də kifayət qədərdir. Ancaq biz müqayisəli yanaşırıq. Çünki Mətbuat Şurası artıq neçə illərdir ki, mövcud istiqamətdə iş aparır. Müşahidələrimiz onu deməyə əsas verir ki, ötən illərdən fərqli olaraq, ümumən mediada ana dilimizin işlədilməsi sahəsində müsbət tendensiyalar nəzərə çarpmaqdadır. Əldə edilmiş bu nəticənin qorunub saxlanılması üçün fəaliyyətimizin davamlılığına ehtiyac var”, - deyən İ.Abbasov bildirib ki, Mətbuat Şurasının monitorinqində iki başlıca məqama diqqət yetirilir. Birincisi leksik pozuntulardır ki, bura alınma dialekt, şivə sözlərin, terminlərin və yeni sözlərin, yəni neologizmlərin işlədilməsi ilə bağlı pozuntular daxildir. Qrammatik pozuntulara isə morfoloji və sintaktik qaydalara əməl olunmaması ilə bağlı pozuntular, həmçinin üslub pozuntuları aiddir.

Mediamızda ana dilimizdən istifadə sahəsində kifayət qədər pozuntu faktlarının mövcudluğunu vurğulayan MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, belə təmayüllərə qarşı bütövlükdə cəmiyyətin səfərbər olması zəruridir. O, son dövrlər mövzu ilə bağlı çoxsaylı tədbirlərin gerçəkləşdirdiyini diqqətə çatdırıb. Baş redaktor onu da bildirib ki, hər bir media orqanı yol verdiyi dil xətalarını səmimi qarşılamalı, fəaliyyətində dönüş etməyi bacarmalıdır.

«525-ci qəzet»in redaktoru Seyfəddin Hüseynli qeyd edib ki, dil məsələlərinə yanaşmada ilk növbədə nəsillər arasındakı münasibətlər tənzimlənməlidir. Mövcud xüsusda medianın dili məsələsinə diqqət yetirilməlidir. Bu, mediaya baxış da aktuallaşdırır. Çevik medianın xəbər dili reallığı var. Reallıq ənənəvi medianın dilindəki ahəngarlıqla uzlaşmır. Uzlaşmaların yaranmasına çalışmalıyıq. Buna görə də nöqsanların diqqətə çatdırılması mütləqdir.

«Olaylar» qəzetinin və eyni adlı informasiya agentliyinin rəhbəri Yunus Oğuz təklif edib ki, mediadakı dil pozuntularının qarşısının alınması məqsədilə praktik jurnalistlər üçün dil kursları təşkil olunsun. O, həmçinin vurğulayıb ki, ana dilindən istifadə sahəsində pozuntuları doğuran daha bir cəhət jurnalistikada ixtisaslaşmanın aşağı səviyyəsidir.

MŞ İdarə Heyətinin üzvü, «Xalq cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirib ki, media zamanla ayaqlaşaraq çevik fəaliyyət göstərməlidir. Çeviklik heç də o demək deyil ki, ədəbi dilin norma və qanunları ikinci plana atılmalıdır. Bunun baş verməməsi üçün, maarifləndirici tədbirlərlə yanaşı, müasir informasiya texnologiyalarının tətbiqinin genişlənməsinə ehtiyac var. Baş redaktor dünyanın bir çox ölkələrinin media vasitələrində, eləcə də internet informasiya resurslarında dildən istifadədəki qüsurlara yol verilməsinin qarşısını alan xüsusi proqramların tətbiq edildiyini diqqətə çatdırıb. E.Mirzəbəyli ölkəmizin əlaqədar qurumlarının məsələyə həssaslıqla yanaşmalarının vacibliyini əsaslandırıb.

MŞ İdarə Heyətinin üzvü, «Teleqraf Holdinq»in rəhbəri Aynur Camalqızı bildirib ki, rəhbərlik etdiyi media qurumuna işçi götürülməsində onların jurnalistika fakultələrini bitirmələri amili nəzərə alınır. Lakin məzunların heç də hamısı tələblər səviyyəsində olmur. O cümlədən onların dil bilikləri də. Buna görə jurnalistika fakultələrinin tələbələrinin dərslərinin redaksiyalarda keçirilməsi daha faydalıdır. Belə yanaşma nəzəri biliklərin təcrübədə tətbiqi üçün real şərait yaradacaq.

MŞ İdarə Heyətinin üzvü, «Şərq» qəzetinin baş redaktoru Akif Aşırlı çıxışında redaksiyaların, peşəkar heyəti formalaşdırmaqla yanaşı, onun saxlanması üçün yetərincə maliyyəsinin olmasının vacibliyini vurğulayıb. Bu cəhət imkan verəcək ki, qəzetçilik texnologiyalarının bütün tərəflərinə, o cümlədən redaktə və korrektura məsələlərinə ciddi riayət edilsin.

Çıxış edənlərdən MŞ İdarə Heyətinin üzvü, «Bizim yol» qəzetinin baş redaktoru Bahəddin Həziyev, «Xalq qəzeti»nin baş redaktor müavini Tahir Aydınoğlu, «Palitra» qəzetinin baş redaktoru Namiq Əliyev, veteran jurnalistlər Məhazir Süleymanzadə və Tofiq Yusifov müzakirə olunan mövzunun əhəmiyyətinə toxunaraq bildiriblər ki, jurnalistikanın söz sənəti kimi ədəbi dilə riayət etməsi örnək mahiyyət daşıyır. Onlar digər sahələrdə də ana dilindən istifadədə ciddi nöqsanların mövcudluğuna diqqət çəkib və bununla əlaqədar olaraq, maarifləndirmə işləri ilə yanaşı, hüquqi mexanizmlərin tətbiqinin əhəmiyyətini önə çəkiblər.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ