Cümə günü, 16 oktyabr 2026
     

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Bakının tarixi rəmzlərindən olan “Qu quşları” fəvvarəsi yenidən quruldu - FOTO

Image


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 60-cı illərdə Bakı bulvarının "Azneft" dairəsi ərazisində sakinlərin və şəhərimizin qonaqlarının sevimli məkanı olan “Qu quşları” fəvvarəsi öz ilkin memarlığının prototipi əsasında yenidən bərpa olunaraq istifadəyə verilib. Trend-in məlumatına görə, Mehriban Əliyevanın tapşırığına əsasən tarixi ənənələrin qorunması ideyasına söykənən layihə üzərində işlər qısa müddətdə həyata keçirilib.

Qeyd edək ki, Azərbaycanda insanların istirahəti və asudə vaxtını səmərəli keçirməsinə böyük diqqət ayrılır, müvafiq və səmərəli işlər aparılır. İldən-ilə paytaxtda və regionlarda istirahət guşələri çoxalır – yeni parklar, xiyabanlar, bağlar, uşaq meydançaları tikilir, əsaslı təmir olunur və yenidən qurulur. İctimai yerlərdə yeni yaşıllaşdırma zolaqları salınır, abadlaşma işləri aparılır.

Bakıda isə şəhər sakinləri və çoxsaylı qonaqların ən sevimli istirahət məkanlarından biri də əlbəttə ki, Dənizkənarı Milli Parkdır. Dənizkənarı Park həm sakinlərin, həm də çoxsaylı xarici turistlərin heyran olduğu böyük istirahət zonasıdır. Bakı bulvarının infrastrukturu ən yüksək tələblərə cavab versə də, burada quruculuq və abadlaşdırma işləri daim davam edir.

Yaşı 100-dən çox olan Bakı bulvarının “Mirvari” kafesi, “Kiçik Venesiya” kimi öz əlamətdar məkanları var. Nə vaxtsa bulvarda daha bir əfsanəvi məkan olub – “Qu quşları” fəvvarəsi.

Dahi şair Nizami Gəncəvi və görkəmli bəstəkar Qara Qarayevin “7 gözəl” poeması və baletindən ruhlanaraq yaradılan və 7 qu quşu heykəlindən ibarət fəvvarə dərhal sakinlərin ürəyincə oldu və necə deyərlər, paytaxtın “əfsanəvi” məkanına çevrildi. Məhz bu “Qu quşları” fəvvarəsi fonunda insanlar şəkillər çəkdirir, görüşlər təyin edir, hovuzda “üzən” qu quşlarına baxıb zövq alırdılar, şəhərin qonaqları isə gözəl Bakıya yenə də qayıtmaq arzusu ilə hovuza qəpik atırdılar.

Qeyd edək ki, 1960-80-ci illərdə ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda genişmiqyaslı quruculuq işləri həyata keçirilir, o cümlədən Bakıda memarlıq kompleksləri və paytaxtın simasını dəyişən binalar inşa edilirdi.

Ötən əsrin 60-80-ci illərində Bakıda gözəl memarlıq ansamblları tikildi, nəfis heykəltəraşlıq kompozisiyaları quraşdırıldı. Həmçinin köhnə fəvvarələr bərpa olundu, yeniləri tikildi. Onların arasında üzən "qu quşları" olan fəvvarə də var idi.

Əlavə edək ki, ötən əsrin 60-cı illərində görkəmli memarlar Vadim Şulgin və Həsənağa Məcidovun yaradıcı söhbətləri zamanı kağız üzərində formalaşmış “Qu quşları” fəvvarə kompozisiyası mütəmadi olaraq yenilənib. Belə ki, 80-ci illərdə həmin memarlıq ansamblına yeni hidrotexniki mühəndis qurğusu (fəvvarə) əlavə olunub və yeni işıqlandırma ilə təchiz olunub. 90-cı illərin əvvəllərində fəvvarə baxımsızlıq səbəbindən dəyişikliyə uğramış, qu quşlarının sayı azaldılmış və ərazi kiçildilmişdi. 2007-ci ildə isə Bakı bulvarının yenidən qurulmasından sonra “Qu quşları” fəvvarəsinin yerində mərmər fəvvarə kompleksi inşa edilmişdi. Lakin Bakı sakinlərinin hər zaman tarixi “Qu quşları” fəvvarəsi ilə bağlı nostalgiyası olub. Bu baxımdan Bakının tarixi rəmzlərindən birinin ilkin görünüşündə sakinlərin ixtiyarına verilməsi, şəhərin simasının daha da gözəlləşdirilməsi, ənənələrin yaşadılması və müasir memarlıqda tarixi izlərin qorunması böyük əhəmiyyət daşıyır.

“Qu quşları” fəvvarəsinin bərpası üzərində işlər zamanı müasir texniki tələblərlə yanaşı, onun tarixi görünüşü maksimum dəqiqliklə yenidən yaradılıb.

Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində ərazidə hovuz inşa edilib, 16 fəvvarə dirəyi qurulub, təbii daşlar üzərində heykəltəraş Murad Sücəddinov tərəfindən 7 ədəd qu quşu heykəli hazırlanıb.

Layihə üzrə işlərdə əsas məqsəd xatirəsi yaşlı nəslin yaddaşında və bir çox fotolarda qalan bu əfsanəvi məkanı bərpa etmək idi. Buna görə də tarixi fəvvarənin bərpası üzrə işləyən komanda eyni zamanda qarşıya qoyulan tapşırığın ciddiliyini və əhəmiyyətini anlayaraq layihə üzərində böyük məmnuniyyətlə çalışıblar.

Gündüz olduğu kimi, axşam saatlarında da gözəl görünməsi üçün hovuz kompleksində xüsusi işıqlandırma quraşdırılıb.

“Qu quşları” fəvvarəsinin bərpasından sonra Bakı bulvarı və ümumilikdə Azərbaycan paytaxtı daha bir vizit kartı, tarixi keçmişin və gözəl gələcəyin rəmzini əldə edəcək. Öz zərifliyi ilə heyran edən fəvvarə heç şübhəsiz ki, bakılıların qürur duyduğu məkan olacaq və öz gözəlliyi ilə şəhərin çoxsaylı qonaqlarını valeh edəcək.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ