Almaniya hökuməti Türkiyədən Avropaya alternativ qaz kəmərinin tikintisini dəstəkləyir.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə kansler Angela Merkelin regiona səfərini “Deutsche Welle” nəşrinə şərh edən alman hökumətindəki mənbə deyib. Nəşrin xəbərinə görə, mənbə deyib ki, Almaniya Cənub Qaz Dəhlizinin inkişafında maraqlıdır. Onun sözlərinə görə, tək Rusiyadan deyil, digər regionlardan da qaz alışı Avropa İttifaqının diversifikasiya strategiyasının bir hissəsini təşkil edir.
Azərbaycanı isə o, “strateji cəhətdən önəmli ölkə” adlandırıb və qeyd edib ki, perspektivdə Aİ Türkmənistan, İran və İraqdan da qaz alışını hədəfləyir.