Litvanın Kaunas şəhərində ABŞ əsgəri ilə iki Azərbaycan vətəndaşı arasında dava düşüb. Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Kaunas şəhər polisi məlumat yayıb.
Polis bildirib ki, hadisə Laisves yolunda gecə saatlarında baş verib və ABŞ əsgəri uniformada olmayıb. Hadisənin səbəbi hələlik bilinmir.
Açıqlamada qeyd edilib ki, azərbaycanlılardan biri ABŞ əsgərinin üzünə yumruqla xəsarət yetirib.
Kaunas polisi adını açıqlamadığı ABŞ əsgərinin xəstəxanaya yerləşdirildiyini, ona xəsarət yetirən Azərbaycan vətəndaşlarından birinin isə saxlandğını bildirib.
Qeyd edilir ki, davada adı keçən ABŞ əsgəri Litvada NATO-nun “Saber Strike 2018” irimiqyaslı təlimlərinə qatılan ABŞ əsgərindən olub.
ABŞ əsgərinin Litvada əvvəllərdə bəzi olaylara qarşıdığına dair xəbərlər yayılmışdı.